2001 UEFA Superkuboku Haqqinda Melumat - Vikipedia

2001 UEFA Superkuboku Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2001 UEFA Superkuboku

2001 UEFA Superkuboku (ing. 2001 UEFA Super Cup) — 24 avqust 2001-ci ildə Monakodakı II Lui stadionunda keçirilmiş sayca 26-cı UEFA Superkuboku matçı. Superkubok uğrunda 2000/01-ci il mövsümündə Çempionlar Liqasının qalibi olmuş Almaniyanın "Bayern" klubu ilə 2000/01-ci il mövsümündə UEFA Kubokunun sahibi olmuş İngiltərənin "Liverpul" klubu üz-üzə gəlib. "Bayern" Superkubok uğrunda matçda üçüncü dəfə iştirak edirdi, Münhen təmsilçisi buna qədər 1975-ci və 1976-cı illərdə iki dəfə məğlubiyyətlə üzləşmişdi. "Liverpul" Superkubokda dördüncü dəfə iştirak edirdi, komanda 1977-ci ildə kuboku qazanmış, 1978-ci və 1984-cü illərdə isə məğlub olmuşdu.

2001 UEFA Superkuboku
Turnir UEFA Superkuboku
Tarix 24 avqust 2001
Yer II Lui stadionu, Monako
Matçın adamı Maykl Ouen (Liverpul)
Hakim Vitor Melo Pereyra
Tamaşaçı 13824
2000
2002

Klublar Avropanın iki mövsümi turnirlərində qalib gələrək yarışda çıxış etmək hüququ qazanıblar. Superkubokun hər iki iştirakçısı öz yarışlarının finalında İspaniya komandalarına qalib gəliblər. "Bayern" Çempionlar Liqasının finalında "Valensiya"nı penaltilər seriyasında məğlub edərək qalib olub. "Liverpul" isə UEFA Kubokunun finalında "Deportivo Alaves"i əlavə vaxtda məğlub edərək qələbə qazanıb.

Superkubok uğrunda görüş Monakoda yerləşən və 18.523 tamaşaçı tutumuna malik olan II Lui stadionunda oynanılıb. Görüşü stadiondan canlı olaraq, 13.824 tamaşaçı izləyib.[1][2][3][4]

"Liverpul" birinci hissənin 23-cü dəqiqəsində norveçli Yon Arne Riisenin vurduğu qol sayəsində hesabda önə keçib. "Mersisaydlar" fasiləyədək üstünlüyünü artıra biliblər — hücumçu Emil Heski fərqlənə bilib. 46-cı dəqiqədə Maykl Ouen hesabı 3:0-a çatdırıb. İkinci hissənin ortalarında "Bayern" təşəbbüsə yiyələnməyi bacarıb. 57-ci dəqiqədə yarımmüdafiəçi Hasan Salihamidziç vurulan qollardan birinin əvəzini çıxa bilib, 82-ci dəqiqədə isə Karsten Yanker hesab arasındakı fərqi minimuma endirib. Bununla belə, qalan vaxt ərzində "Liverpul" üstünlüyünü əldən verməyərək, tarixdə özünün ikinci Superkubokunu qazanıb.

Arxa plan redaktə

 
Görüşün keçirildiyi II Lui stadionu.

"Bayern" 2000/01-ci il mövsümündə Çempionlar Liqasının qalibi olaraq, UEFA Superkubokunda iştirak etmək hüququ qazanıb. Münhen təmsilçisi final görüşündə İspaniyanın "Valensiya" klubunu məğlub edib. Milanın "San Siro" stadionunda keçirilmiş oyunda hesabı 2-ci dəqiqədə[5] "Valensiya"nın futbolçusu Qaizka Mendieta açıb. Almanlar qarşılaşmanın 50-ci dəqiqəsində[5] Ştefan Effenberqin penaltidən vurduğu qolla oyunda "status-kvo"nu bərpa ediblər. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından oyunun taleyi penaltilər seriyasında həll olunub. Zərbələri daha dəqiq yerinə yetirən "Bayern"li futbolçular 5:4 hesabı ilə qalib gəliblər.[6][7] Bununla da "Bayern Münhen" Çempionlar Liqasının dördqat qalibi adını qazanıb. "Bayern" Superkubok uğrunda matçda üçüncü dəfə iştirak edirdi, Münhen təmsilçisi buna qədər 1975-ci və 1976-cı illərdə müvafiq olaraq, Kiyev "Dinamo"suna və "Anderlext"ə məğlub olmuşdu.[8] Bu görüş alman komandalarının UEFA Superkubokunu qazana bilmələri üçün yeddinci cəhd olub: buna qədər "Bayern"in iki məğlubiyyətdən savayı, 1992-ci ildə "Verder Bremen", 1997-ci ildə "Borussiya Dortmund", 1977-ci və 1983-cü illərdə isə "Hamburq" məğlubiyyətlə üzləşmişdi.[8]

"Liverpul" isə öz növbəsində UEFA Kubokunun 2000/01-ci il mövsümünün qalibi kimi Superkubokda oynamaq hüququ qazanıb. Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilmiş final görüşündə İspaniyanın "Deportivo Alaves" klubu ilə qarşılaşan "qırmızılar" matçın əlavə vaxtında vurulan "qızıl qol"un hesabına meydandan 5:4 hesablı qələbə ilə ayrılıblar.[9][10] Bununla da "mersisaydlılar" UEFA Kubokunun üçqat qalibi adını qazanıblar.[11] "Liverpul" UEFA Superkubokunda dördüncü dəfə çıxış edirdi. Onlar buna qədər 1977-ci ildə "Hamburq"u məğlub etmiş, 1978-ci və 1984-cü illərdə isə müvafiq olaraq, "Anderlext" və "Yuventus"a məğlub olmuşdular.[8]

"Bayern" və "Liverpul" bu oyuna qədər altı dəfə üz-üzə gəlmişdilər: keçirilən altı görüşdə tərəflər hərəyə bir dəfə qələbə qazanmış, dörd oyun isə heç-heçə başa çatmışdı.[12] Klublar ilk dəfə Yarmarkalar Kubokunun 1970/71-ci il mövsümünün dörddəbir final mərhələsində qarşılaşıblar, o zaman "Liverpul" Almaniya klubunu "Enfild"də 3:0 hesabı ilə məğlub etmiş, səfər oyununda isə 1:1 hesablı heç-heçə edərək turnirin yarımfinalına yüksəlmişdi. Klublar növbəti dəfə UEFA Kuboklar Kuboku çərçivəsində qarşılaşıblar. 1971/1972-ci il mövsümünün ikinci mərhələsinin ilk görüşündə tərəflərin heç biri fərqlənə bilməyib, Münhendə keçirilən oyunda isə "Bayern" rəqibini 3:1 hesabı ilə məğlub edərək turnirin dörddə bir finalına yüksəlib.[13] Klublar 1974-cü ildən 1978-ci ilədək olan dövr ərzində ikilikdə beş Avropa Çempionlar Kuboku qazanmışdılar. Ona görə də Avropa Çempionlar Kubokunun 1980/81-ci il mövsümünün yarımfinal oyunları xüsusi diqqət mərkəzində idi.[13] "Enfild"dəki qolsuz heç-heçədən sonra "Bayern" cavab matçının favoriti sayılırdı, lakin Münhendə 1:1 hesabı qeydə alınıb, və "Liverpul" səfərdə vurduğu qolun hesabına turnirin finalına vəsiqə qazanıb.[13]

2001-ci ilin yayında hər iki komandanın heyətində dəyişikliklər baş verib. "Bayern" üçün əsas itkilər komandanı tərk edən müdafiəçi Patrik Andersonla yarımmüdafiəçi Mixail Veysinger olub. Münhen təmsilçisi yay ərzində heyətini qvineyalı Pablo Tiam, xorvatiyalı NikoRobert Kovaç qardaşları və "Verder Bremen"dən 5 milyon funt sterlinqə alınmış perulu hücumçu Klaudio Pisarro ilə gücləndirib.[14][15] "Liverpul" "Tottenhem"ə keçən sol cinah müdafiəçisi Kristian Sigenin xidmətlərindən məhrum olub. İngiltərə klubu heyətini iki qapıçı — İrji DudekKris Kirklandla, həmçinin "Monako"dan alınan norveçli Yon Arne Riise ilə gücləndirib.[16]

Hər iki komanda superkubok oyunu öncəsi yeni mövsümdə bir neçə oyun keçirmişdi. "Bayern" futbol üzrə Almaniya çempionatı çərçivəsində dörd oyun keçirmişdi. Komanda iki qələbə, bir heç-heçə və bir məğlubiyyətdən sonra turnir cədvəlinin beşinci yerində qərarlaşmışdı.[17] "Liverpul" isə mövsümün əvvəlində İngiltərə Superkuboku çərçivəsində "Mançester Yunayted"lə qarşılaşmış və rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.[18] "Mersisaydlılar" eyni hesabla, həmçinin futbol üzrə İngiltərə çempionatının birinci turu çərçivəsində "Vest Hem Yunayted" üzərində qələbə qazanmışdılar.[19] Liverpul təmsilçisi bunlardan başqa, 1985-ci ildən bəri ilk dəfə olaraq, Çempionlar Liqasında iştirak etmişdi.[20] "Liverpul" üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın "Haka" klubunu iki oyunun nəticəsinə görə 9:1 hesabı ilə darmadağın edərək, turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı.[21] Bu qarşıdurmanın "Enfild"də baş tutmuş cavab oyunu "Bayern"lə oyuna üç gün qalmış keçirilmişdi.[22]

Matçdan əvvəl redaktə

 
2000-ci ildə "Bayern"dən "Liverpul"a transfer olunmuş Markus Babbel.

2001-ci il UEFA superkuboku matçı ingilis-alman futbol qarşıdurması şəraitində keçirilirdi: "Bayern" və "Liverpul"un görüşündən bir həftə sonra, 2002 FİFA Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Almaniyaİngiltərə milli komandaları qarşılaşmalı idilər.[14][23] Bu oyun ərəfəsində superkubok matçını İngiltərənin o vaxtkı baş məşqçisi Sven-Yoran Eriksson stadiondan canlı izləyib.[22] Hər iki klubun heyətində bu yığmaların təmsilçiləri olub, "Liverpul"un heyətində Almaniya yığmasının oyunçuları Ditmar HamannMarkus Babbel, "Bayern"in heyətində isə superkubok oyununa bir həftə qalmış İngiltərə yığmasının heyətində Niderland yığması ilə yoldaşlıq görüşündə iştirak etmiş Ouen Harqrivz çıxış edirdi.[22] Ditmar Hamann və Markus Babbel üçün bu oyun xüsusi əhəmiyyət daşıyırdı: hər iki futbolçu vaxtilə "Bayern"in heyətində çıxış etmişdi — Hamann Münhen təmsilçisinin heyətində Almaniya çempionatında 105 oyunda, Babbel isə 182 oyunda forma geyinmişdi. Babbelin sözlərinə görə o, "Bayern"i tərk etdiyinə görə təəssüflənməyib, çünki inanırdı ki, gənc oyunçulardan ibarət olan və ildən-ilə inkişaf edən "Liverpul" komandası daha böyük uğurlara nail ola biləcək.[22]

Superkubok matçından əvvəl hər iki komandanın heyətində zədəli futbolçular var idi. "Bayern"in dörd futbolçusu — Mehmet Şoll, Ştefan Effenberq, Paulo SercioYens Yeremis zədə səbəbindən görüşdə iştirak edə bilməyiblər.[9][22] "Liverpul"un heyətində isə dizindən əməliyyat keçirmiş yarımmüdafiəçi Patrik Berger görüşü buraxmalı olub. Axilles vətərindən zədə almış Stiven Cerrardın isə bu qarşılaşmada iştirakı sual altında idi,[24] ancaq "Liverpul"un yarımmüdafiəçisi yekunda görüşdə iştirak edə bilib. Bundan başqa, komandanın qapıçısı Sander Vesterfeld zədəsini sağaldaraq heyətə qayıdıb.[25]

"Bayern" superkubok matçı öncəsi son görüşünü Bundesliqa çərçivəsində "Sankt-Pauli" komandasına qarşı keçirmiş və 2:0 hesabı ilə qalib gəlmişdi. Son görüşlə müqayisədə Münhen təmsilçisinin heyətində bəzi dəyişikliklər baş verib: start heyətində müdafiəçi Samuel Kuffurun əvəzinə Robert Kovaç, hücumçu Karsten Yankerin əvəzinə isə Klaudio Pisarro meydana çıxıb.[26] Həsan Salihamidziç isə zədəli Paulo Sercionu əvəzləyib. Dayaq yarımmüdafiəçisi rolunu Ouen Harqrivz öz üzərinə götürüb.[26] "Bayern"in start heyəti Çempionlar Liqasının finalı ilə müqayisədə də bir az dəyişib — "Valensiya"ya qarşı matçda ilk dəqiqələrdən oynayan yalnız 7 futbolçu superkubok oyununa start heyətində çıxıb.[24] "Liverpul" 4-4-2 sxemi ilə oynayırdı. Qapını Sander Vesterfeld qoruyurdu. Xətti müdafiənin mərkəzində Sami Hyupyala Stefan Anşo, cinahlarda isə Ceymi Karragerlə Markus Babbel yer almışdı. Yarımmüdafiənin mərkəzində oynayan Ditmar Hamann ehtiyac olduğu halda müdafiəçilərə, Hari Makallister isə hücumçulara kömək etməli idi. Hücumda yer alan Emil Heski - Maykl Ouen cütlüyünə cinahlardan Stiven Cerrardla klubun əsas heyətində ilk rəsmi görüşünə çıxan Yon Arne Riise dəstək verirdi.[26] Jerar Ulyenin komandası "Bayern"lə müqayisədə daha az dəyişikliklərə məruz qalıb — Denni Mörfini əvəzləmiş Yon Arne Riise, "mersisaydların" əsas heyətində UEFA Kubokunun finalında "Deportivo Alaves" komandasına qarşı oyunda meydana çıxmayan yeganə oyunçu olub.[24]

Superkubok uğrunda görüş Monakoda yerləşən və 18.523 tamaşaçı tutumuna malik olan II Lui stadionunda oynanılıb. Görüşü stadiondan canlı olaraq 13.824 tamaşaçı izləyib. "Bayern"i təmsil edən azarkeşlər stadionda böyük əksəriyyəti təşkil edirdi.[24][27] Oyun cümə günü avqustun 24-də yerli vaxtla saat 20:45-də başlayıb.[2] "Liverpul"u meydana kapitan sarğısıyla müdafiəçi Sami Hyupya, "Bayern"i isə oyundan bir neçə gün əvvəl UEFA versiyası üzrə Avropanın ən yaxşı qapıçısı mükafatını almış Oliver Kan çıxarıb.[28][29]

Matç redaktə

Birinci hissə redaktə

Matçın əvvəlində "Bayern" təşəbbüsə yiyələnib, lakin oyunda hesabı açmaq üçün ilk qol şansını İngiltərə komandası yaradıb. Maykl Ouen sağ cinahdan cərimə meydançasında olan Emil Heskiyə ötürmə verib, onun endirdiyi zərbə isə müdafiəçi Tomas Linkeyə tuş gəlib.[24] Tezliklə "Bayern"in cavab hücumu gəlib, amma Ouen Harqrivzin zərbəsindən sonra top qapı tirinin üstündən keçib. 9-cu dəqiqədə Robert Kovaç Maykl Ouenə qarşı kobud oynadığına görə, hakim cərimə zərbəsi təyin edib. Markus Babbel Hari Makkalisterin cərimə zərbəsindən ötürdüyü topu qəbul edərək zərbə endirib, lakin top qapıdan yan keçib.[24] Oyun tələsik tempdə keçirdi, heç bir komandanın yarımmüdafiəçiləri meydanın mərkəzində üstünlüyü ələ ala bilmirdi.[30] Get-gedə qayda pozuntularının sayı artırdı. 14-cü dəqiqədə portuqaliyalı hakim Vitor Pereyra Hasan Salihamidziç ilə mübarizədə qaydanı pozduğu üçün "Liverpul"un yarımmüdafiəçisi Ditmar Hamannı sarı vərəqə ilə cəzalandırıb. Birinci hissənin ortalarına doğru "Bayern"li futbolçular daha inamlı oynamağa başlayıblar və meydanın mərkəzini öz nəzarəti altına ala biliblər. Ancaq Münhenlilər üstünlüyünü qola çevirə bilməyiblər.[24] Əvəzində "Liverpul" hesabı açıb. 23-cü dəqiqədə Stiven Cerrard "Bayern"in müdafiəçilərindən yayınan Maykl Ouenə ötürmə verib, o isə cərimə meydanının daxilinədək irəliləyib və qapı önünə ötürmə verib. Ouenin ötürməsini Yon Arne Riise məhsuldar sonluqla tamamlayaraq, komandasını hesabda önə çıxarıb - 1:0. Bu qol norveçli futbolçunun mersisaydlıların heyətində vurduğu ilk qol kimi tarixə düşüb.[2][31] Qol epizodu zamanı "Bayern"in müdafiəsindəki səhv, alman klubunun müdafiə xəttindəki oyunçularının bir yerdə az oynamaqlarından irəli gəlirdi — komandaya yeni gəlmiş Robert Kovaçla Pablo Tiam hələ komandaya tam uyğunlaşa bilməmişdilər.[32]

"Liverpul" vurulmuş qoldan sonra təşəbbüsü "Bayern"ə verərək əks-hücum taktikası seçib. Qarşılaşmanın 26-cı dəqiqəsində Stiven Cerrard "Liverpul"un cərimə meydançasının on metr sol tərəfində münhenlilərin müdafiəçisi Biksant Lizarazyuya qarşı kobud oynayıb. Çiriako Sforsanın ötürməsindən sonra "Bayern"in müdafiəçisi Pablo Tiam zərbə vursa da, top qapının üstündən keçdi.[30] "Mersisaydların" cavab hücumu az qala "Bayern"in qapısına vurulmuş ikinci qolla yekunlaşacaqdı: 31-ci dəqiqədə Emil Heskidən ötürmə alan Maykl Ouen zərbə mövqeyinə çıxaraq qapını yoxlayıb, lakin Oliver Kan təhlükəli zərbəni dəf edə bilib.[30] Oyunun bu məqamına qədər alman klubu "Liverpul"un qapısı qarşısında yüz faizlik qol vəziyyəti yarada bilməmişdi, "Liverpul"un müdafiəçiləri münhenlilərin hücumlarının qarşısını ala bilirdilər, müdafiəçilərin arasında xüsusilə Sami Hyupya öz oyunu ilə seçilirdi.[32] "Liverpul"un qapısı qarşısında ilk qol vəziyyəti görüşün 32-ci dəqiqəsində yarandı. Sağ cinahdan qurulan hücumda münhenlilərin müdafiəçisi Uilli Sanyol Riiseni keçərək topu cərimə meydançasında olan Covanni Elberə ötürdü, lakin sonuncunun zərbəsi qapıdan aralı keçdi.[30] İlk hissənin sonunda "Liverpul" daha bir dəfə fərqləndi. Ditmar Hamannın məhsuldar ötürməsindən sonra Emil Heski hesab arasındakı fərqi ikiyə çatdırdı.[30][32] Bu, birinci hissədə vurulan son qol olduğundan komandalar fasiləyə "Liverpul"un 2-0 hesablı üstünlüyü ilə yollandılar.

İkinci hissə redaktə

 
Görüşün ən yaxşı oyunçusu seçilən Maykl Ouen.

Fasilədə tərəflərin heç biri heyətində dəyişiklik etmədi. Fasilədən sonra oyunun xarakteri dəyişməyib. Münhenlilərin müdafiə xətti birinci hissədə olduğu kimi yenə də rəqibin sürətli hücumçuları ilə mübarizə zamanı səhvlər buraxmağa davam edirdi.[24][26] Ouen HarqrivzUilli Sanyoldan başqa "Bayern"in əksər oyunçuları meydanda həvəssiz hərəkət edirdilər.[26] Müdafiədə diqqətsiz oyun, həmçinin fərdi səhvlər, ikinci hissənin başlamasından cəmi 13 saniyə sonra "Bayern"in qapısına vurulmuş üçüncü qolla yekunlaşdı.[33] Müdafiəçi Ceymi Karragerdən meydanın mərkəzindən ötürmə alan Maykl Ouen, topu ram edə bilməyən münhenlilərin müdafiəçisi Pablo Tiamın səhvindən istifadə edib və topu ustalıqla sol ayağı ilə Oliver Kanın qoruduğu qapıdan keçirib. "Liverpul" üçüncü qolu vurduqdan sonra müdafiəyə çəkilib. Bu ana qədər mersisaydların qapı çərçivəsinə bir zərbə belə vura bilməmiş Almaniya komandası bundan istifadə edib.[31][34] "Bayern" 57-ci dəqiqədə hesab arasındakı fərqi 2-yə endirməyi bacarıb. Ouen Harqrivzin yerinə yetirdiyi künc zərbəsindən sonra Hasan Salihamidziç topu başla qapıdan keçirib. İkinci hissənin ortalarında hər iki komandanın heyətində futbolçu dəyişiklikləri gerçəkləşib. "Liverpul"un heyətində İqor Bişçan Stiven Cerrardı, Denni Mörfi isə Yon Arne Riiseni əvəzləyib. "Bayern"in baş məşqçisi Ottmar Hitsfeld, Çiriako Sforsa, Klaudio Pisarro və Həsən Salihamidziçin yerinə müvafiq olaraq, Niko Kovaçı, Karsten YankeriRoke Santa Krusu meydana buraxıb. "Liverpul"un futbolçuları öz aralarında paslaşaraq vaxtı uzatmağa çalışırdı.[30]

Görüşün 66-cı dəqiqəsində Klaudio Pisarronun əvəzinə meydana Karsten Yanker daxil oldu. Bu dəyişiklikdən sonra "Bayern"in hücum xəttində canlanma yarandı.[26] 82-ci dəqiqədə Roke Santa Krus sağ cinahdan rəqibin cərimə meydançasında olan Covanni Elberə ötürmə verdi, o isə topu bir toxunuşla Yankerə ötürdü. Sonuncu başla dəqiq oynayaraq, hesab arasındakı fərqi minimuma endirdi - 2:3. Bu qoldan cəmi bir dəqiqə sonra mersisaydların baş məşqçisi Jerar Ulye Maykl Oueni Robbi Faulerlə əvəzləyib.[30] İkinci buraxılan qoldan sonra, "Liverpul" müdafiəyə çəkilib.[32] Tezliklə "Bayern" hesabı bərabərləşdirmək üçün şans əldə etdi, lakin Biksant Lizarazyunun zərbəsindən sonra "Liverpul"un qapıçısı Sander Vesterfeld topun qapıya girməsinə mane oldu.[30] "Bayern"in təzyiqinə və öz oyunçularının yorğunluğuna baxmayaraq, ingilis komandası sona qədər üstünlüyünü qoruya bilib. Matçın əsas vaxtı başa çatandan sonra görüşün portuqaliyalı hakimi Vitor Melo Pereyra "Liverpul"un 3:2 hesablı qələbəsini qeydə alıb.[9] İngiltərə klubu Çempionlar Liqasına qayıdışını Avropanın əsas klub turnirinin hazırkı sahibi üzərində qələbə ilə qeyd edib.[30]

Oyunun detalları redaktə

24 avqust 2001
20:45 MAYV
Bayern Münhen Almaniya  2 : 3 İngiltərə  Liverpul
Salihamidziç Qol  57'
Yanker Qol  82'
Qollar Riise Qol  23'
Heski Qol  45'
Ouen Qol  46'
II Lui stadionu, Monako
Tamaşaçı: 13 824
Hakim: Portuqaliya  Vitor Melo Pereyra
Hesabat
 
 
 
 
 
 
 
 
 
 
Bayern Münhen
 
 
 
 
 
 
 
Liverpul
Bayern:[35][36]
Q 1 Almaniya  Oliver Kan (k)
M 2 Fransa  Uilli Sanyol
M 6 Qvineya  Pablo Tiam
M 12 Xorvatiya  Robert Kovaç
M 25 Almaniya  Tomas Linke
YM 3 Fransa  Biksant Lizarazyu
YM 10 İsveçrə  Çiriako Sforsa 66-cı dəqiqədə əvəz olunub  66'
YM 20 Bosniya və Herseqovina  Həsən Salihamidziç  72-ci dəqiqədə əvəz olunub  72'
YM 23 İngiltərə  Ouen Harqrivz
H 9 Braziliya  Covanni Elber
H 14 Peru  Klaudio Pisarro 66-cı dəqiqədə əvəz olunub  66'
Ehtiyat oyunçular:
Q 22 Almaniya  Bernd Dreher
M 4 Qana  Samuel Kuffur
YM 8 Xorvatiya  Niko Kovaç 66-cı dəqiqədə əvəzetmədən daxil olub  66'
YM 17 Almaniya  Torsten Fink
H 19 Almaniya  Karsten Yanker 66-cı dəqiqədə əvəzetmədən daxil olub  66'
H 21 Almaniya  Aleksandr Sikler
H 24 Paraqvay  Roke Santa Krus 72-ci dəqiqədə əvəzetmədən daxil olub  72'
Baş məşqçi:
Almaniya  Ottmar Hitsfeld
 
Liverpul:[35][37]
Q 1 Niderland  Sander Vesterfeld
M 6 Almaniya  Markus Babbel
M 2 İsveçrə  Stefan Anşo
M 4 Finlandiya  Sami Hyupya (k)
M 23 İngiltərə  Ceymi Karrager
YM 17 İngiltərə  Stiven Cerrard 66-cı dəqiqədə əvəz olunub  66'
YM 21 Şotlandiya  Hari Makallister
YM 16 Almaniya  Ditmar Hamann Booked in the 14-cü minute  14'
YM 18 Norveç  Yon Arne Riise 70-ci dəqiqədə əvəz olunub  70'
H 8 İngiltərə  Emil Heski
H 10 İngiltərə  Maykl Ouen 83-cü dəqiqədə əvəz olunub  83'
Ehtiyat oyunçular:
Q 19 Fransa  Peggi Arfeksad
M 27 Fransa  Qreqori Vinyal
YM 11 İngiltərə  Ceymi Rednapp
YM 13 İngiltərə  Denni Mörfi 70-ci dəqiqədə əvəzetmədən daxil olub  70'
YM 25 Xorvatiya  İqor Bişçan 66-cı dəqiqədə əvəzetmədən daxil olub  66'
H 9 İngiltərə  Robbi Fauler 83-cü dəqiqədə əvəzetmədən daxil olub  83'
H 37 Finlandiya  Yari Litmanen
Baş məşqçi:
Fransa  Jerar Ulye

Matçın ən yaxşı oyunçusu:
İngiltərə  Maykl Ouen (Liverpul)[38]

Köməkçi hakimlər:
Portuqaliya  Karluş Manuel Ferreyra Matuş (Portuqaliya)
Portuqaliya  Joze Manuel Silva Kardinal (Portuqaliya)
Dördüncü hakim:
Portuqaliya  Antoniu Manuel Almeyda Koşta (Portuqaliya)

Matçın nizamnaməsi

  • 90 dəqiqədən ibarət əsas vaxt.
  • Görüş heç-heçə bitərsə, 15 dəqiqədən ibarət əlavə 2 hissə və qızıl qol qaydası.
  • Əlavə vaxtda qalib müəyyənləşməsə penalti zərbələri keçiriləcək.
  • Maksimum yeddi ehtiyat oyunçu.
  • Maksimum üç əvəzetmə.

Matçdan sonra redaktə

2001 UEFA superkuboku "Liverpul"un tarixində qazandığı sayca doqquzuncu avrokubok olub. Bu kubok eyni zamanda "Liverpul"un 2001-ci ilin altı ayı ərzində qazandığı sayca beşinci mükafat idi.[14][25][31] İngilis klubu buna qədər İngiltərə Federasiya Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Kubokunuİngiltərə Milli Futbol Superkubokunu qazanmşıdı. Beləliklə, "Liverpul" təqvim ili ərzində beş mükafat qazana bilmiş ilk İngiltərə komandası kimi tarixə düşdü.[9] "Liverpul"un baş məşqçisi Jerar Ulye qələbə münasibətilə oyunçularını təbrik edib:

"  Bizim ilk kuboku — İngiltərə Liqa Kubokunu qazanmağımızdan təxminən altı ay keçib, amma beşinci qələbə mənim üçün birinci qələbə qədər dəyərlidir. Biz öz üzərimizdə daim işləyirik. Mən bilirəm ki, biz hələ idealdan uzağıq, amma buna baxmayaraq oyunçularımla fəxr edirəm. Bugünkü qələbə bizim üçün çox vacibdir.[32]
Jerar Ulye
" 

"Liverpul"un qazandığı uğurlarda komandanın fransız baş məşqçisi Jerar Ulyenin böyük rolu olub.[25] Çempionlar Liqasının hazırkı qalibi "Bayern Münhen" üzərində qələbə, "Liverpul"un Avropanın əsas klub turnirində maksimum uğurlu çıxış etməkdə iddialı olduğunu bir daha təstiqləyib.[14][39] Jerar Ulye komandası haqda fikirlərini bildirib:

"  Mən oyunçularla söhbət zamanı 1977-ci ildə UEFA Superkubokunu qazanmış "Liverpul" komandasını xatırladım, həmin vaxt o komandanın heyətində Fil Tompson çıxış edirdi. Bu gün meydanda olan oyunçuların yarısı onda hələ doğulmamışdılar. Bu komanda gəncdir, amma onlar tez öyrənir və yaxşı inkişaf edirlər.[38]
Jerar Ulye
" 

"Bayern"in qapısına qələbə topunu vurmuş Maykl Ouen matçın ən yaxşı oyunçusu seçilib.[33] Bu qol Ouenin yeni mövsümdə vurduğu yeddinci qol idi.[14] Ouenə oyunun sponsoru olan Carlsberg şirkəti tərəfindən 10.000 funt sterlinq dəyərində qəbz verilib. Pullar xeyriyyəçiliyə sərf olunub.[38] Hücumçu "Liverpul" ilə birlikdə İngiltərə Premyer LiqasınıÇempionlar Liqasını qazanmaq arzusunda olduğunu söyləyib. O vurğulayıb ki, UEFA Kubokunda qazanılmış təcrübə və "Bayern" üzərindəki qələbə Çempionlar Liqasında "Liverpul"a kömək edəcək.[38] Superkubok oyunundan bir həftə sonra İngiltərə yığmasının heyətində Ouenin və "Liverpul"un digər oyunçularının əla formada olması, 2002-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin cavab matçında ingilislərə Almaniyanı 5:1 hesabı ilə darmadağın etməyə imkan yaradacaqdı. Həmin görüşdə İngiltərənin bütün qollarını "Liverpul"un oyunçuları vuracaq, Maykl Ouen isə Oliver Kanın qoruduğu qapıdan 3 top keçirəcəkdi.[40]

"Bayern"in məğlubiyyəti Çempionlar Liqasının qalibinin Superkubok oyununda ardıcıl beşinci, alman komandalarının isə bu turnirdə yeddinci məğlubiyyəti oldu.[29][38] "Bayern"in baş məşqçisi Ottmar Hitsfeld etiraf edib ki, müdafiəçilərin komandaya uyğunlaşması üçün vaxta ehtiyac var: "Özümüzü hazırlamaq üçün vaxta ehtiyacımız var. Əgər siz "Liverpul" kimi komandalara qarşı ləng oynayırsınızsa, o zaman rəqib sizi mütləq cəzalandıracaq." Hitsfeld futbolçularının fərdi səhvlər buraxdıqlarını və müdafiədə pis oynadıqlarını qeyd edərək, yetirmələrini tənqid edib.[38] Almaniyalı məşqçi həmçinin matçın ən yaxşı oyunçusunu seçilmiş Maykl Oueni yüksək qiymətləndirib:

"  Bu gün "Liverpul" bizdən daha yaxşı idi və qələbəyə tam layiq idi. Biz müdafiədə çox pis oynadıq və görüşdə həlledici qolu vuran Maykl Ouenə qarşı heç nə edə bilmədik. Hesab 0:3 olarkən biz dönüşə nail ola bildik və hətta hesabı bərabərləşdirədə bilərdik, ancaq şanslarımızdan istifadə edə bilmədik.[32]
Ottmar Hitsfeld
" 

Bəzi səhvlərinə baxmayaraq, iyirmi yaşlı Ouen Harqrivzin oyunu "Bayern" klubunun prezidenti Frans Bekkenbauer tərəfindən qeyd olunub: "Harqrivzin böyük istedadı var, ancaq ona vaxt lazımdır. Yaxşı olar ki, o hələ gənclər yığmasında oynamağa davam etsin".[29]

Almaniyanın idman jurnalı "Kicker", "Bayern"in lazımi səy göstərmədiyini və intizamlı, taktiki cəhətdən hazırlıqlı və əks-hücumlarda yaxşı oynayan "Liverpul" tərəfindən məğlub edildiyini vurğulayıb.[26]

Hər iki komanda Avrokuboklardakı sonrakı çıxışını 2001-02 Çempionlar Liqasının dörddəbir final mərhələsində gələcək finalçılara uduzaraq dayandırıb. "Liverpul" iki oyunun nəticəsinə görə, Almaniyanın "Bayer 04" klubuna, "Bayern" isə turnirin gələcək qalibinə, Madridin "Real" komandasına məğlub olub.[41]

İstinadlar redaktə

  1. "Match Press Kit (2009)" (PDF) (ingilis). Union of European Football Associations (UEFA). Archived from the original on 2016-03-03. İstifadə tarixi: 08-11-2016. Səhifə 18
  2. 1 2 3 "Match details" (ingilis). lfchistory.net. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  3. "«Ливерпуль» 3:2 «Бавария»". sportbox.ru. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  4. "Match statistics" (ingilis). transfermarkt.com. 2016-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  5. 1 2 "Bayern 1-1 Valencia" (ingilis). UEFA. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  6. "Финал Лиги чемпионов 2000/01". ru.uefa.com. 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-18.
  7. "«Бавария» победила в Лиге чемпионов" (ingilis). BBC Sport. 23 may 2001. 5 February 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  8. 1 2 3 Stokkermans, Karel. "Суперкубок УЕФА" (ingilis). Rec. Sport. Soccer Statistics. Foundation. 24 sentyabr 2010. 2012-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2012.
  9. 1 2 3 4 "UEFA Cup final clockwatch". BBC Sport. 16 May 2001. 30 October 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.
  10. "Финал Кубка УЕФА 2000/01". ru.uefa.com. 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-18.
  11. Biggs, Matt. "Liverpool 5:4 Alaves". The Guardian (ingilis). London. 16 may 2001. İstifadə tarixi: 25 fevral 2012.
  12. "Статистика встреч". wildstat.ru. 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  13. 1 2 3 "Bayern Munich v English clubs" (ingilis). talksport.com. 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  14. 1 2 3 4 5 "Суперкубок УЕФА" (ingilis). www.dailymail.co.uk. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  15. "FC Bayern transfers 01/02" (ingilis). transfermarkt.com. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  16. "Liverpool FC transfers 01/02" (ingilis). transfermarkt.com. 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  17. "Положение команд Бундеслиги после четырёх туров" (alman). kicker.de. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09-11-2016.
  18. "«Ливерпуль» одолел «Юнайтед»" (ingilis). BBC Sport. 12 августа 2001. 2008-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  19. "Игры сезона 2001/02 английской Премьер-лиги" (ingilis). LFC History. 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  20. "Liverpool held by Boavista" (ingilis). BBC Sport. 11 сентября 2001. 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  21. "«Ливерпуль» разгромил ФК «Хака»" (ingilis). BBC Sport. 21 августа 2001. Archived from the original on 2002-10-02. İstifadə tarixi: 9 ноября 2016.
  22. 1 2 3 4 5 Fifield, Dominic. "«Ливерпуль» готов встретиться с «Баварией» в Суперкубке". The Guardian (ingilis). 24 августа 2001. İstifadə tarixi: 9 ноября 2016.
  23. Townsend, Nick. "Owen wraps up fifth trophy for Liverpool". The Independent (ingilis). 25 августа 2001. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  24. 1 2 3 4 5 6 7 8 "Год триумфов «Ливерпуля»". Union of European Football Associations (UEFA). 24 августа 2001. Archived from the original on 2013-01-05. İstifadə tarixi: 9 ноября 2016.
  25. 1 2 3 MacBryde, Dave. "«Бавария» 2:3 «Ливерпуль»" (ingilis). Liverpool Echo. 24 августа 2001. İstifadə tarixi: 9 ноября 2016.
  26. 1 2 3 4 5 6 7 "Lustlose Bayern ohne Chance" (alman). kicker.de. 2013-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09-11-2016.
  27. "Super Liverpool record cup win". Union of European Football Associations (UEFA). Archived from the original on 2001-11-06. İstifadə tarixi: 9 ноября 2016.
  28. "«Бавария» 2 : 3 «Ливерпуль»". footballfacts.ru. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  29. 1 2 3 "European Super Cup: Liverpool's potent pointer" (ingilis). lfchistory.net. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  30. 1 2 3 4 5 6 7 8 9 "Поминутное расписание матча" (ingilis). Union of European Football Associations (UEFA). 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 марта 2012.
  31. 1 2 3 "Суперкубок УЕФА 2001". liverbird.ru. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  32. 1 2 3 4 5 6 "Суперкубок - у «Ливерпуля»". sport-express.ru. İstifadə tarixi: 9 ноября 2016.
  33. 1 2 "UEFA Super Cup: The eight British sides to win the trophy" (ingilis). skysports.com. 2018-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  34. "2001: Оуэн славит "Ливерпуль"". Union of European Football Associations (UEFA). 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 ноября 2016.
  35. 1 2 "Составы команд". UEFA.com. 24 августа 2001. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 марта 2012.
  36. "Расстановка игроков «Баварии»" (ingilis). www.football-lineups.com. 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.
  37. "Расстановка игроков «Ливерпуля»" (ingilis). www.football-lineups.com. 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.
  38. 1 2 3 4 5 6 "«Красные» продлили победную кубковую серию" (ingilis). Union of European Football Associations (UEFA). 25 августа 2001. 2012-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 марта 2012.
  39. "SUPER CUP IS BACK AT ANFIELD FOR SECOND TIME" (ingilis). liverpoolfc.com. 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  40. "ГЕРМАНИЯ - АНГЛИЯ - 1:5". football.kulichki.net. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  41. "Лига чемпионов 2001/02". Union of European Football Associations (UEFA). 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 ноября 2016.

Xarici keçidlər redaktə


Saytda 249 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024