2018 FİFA Dünya Kuboku açılış mərasimi Haqqinda Melumat - Vikipedia

2018 FİFA Dünya Kuboku açılış mərasimi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2018 FİFA Dünya Kuboku açılış mərasimi

2018 FİFA Dünya Kubokunun açılış mərasimi saat 03:30-da (BYV) 14 iyun 2018-ci ildə Moskva[1] şəhərində yerləşən Lujniki stadionunda baş tutmuşdur. Mərasim Rusiyanın Səudiyyə Ərəbistanı üzərindəki 5-0-lık qələbəsi ilə başa çatan açılış oyunundan saat yarım əvvəl keçirilmişdir.[2][3]

Aida Qarifullina və Robbi Vilyams çıxış edərkən.
Keçmiş kubok qalibi Ronaldo.
Rusiya prezidenti Vladimir Putin, FİFA prezidenti Canni İnfantino və Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman.

Performans redaktə

Keçmiş braziliyalı oyunçu Ronaldo Rusiya 2018 köynəyi geyən balaca uşaqla meydançada gəzmişdir. Rusiyalı müğənni Aida Qarifullinanın çıxışından sonra ingilis pop müğənnisi Robbi Vilyamsda səhnədə yerini almış və "Let Me Entertain You" mahnısı səsləndirilməyə başlamışdır. Vilyams "Feel" mahnısının bir hissəsini oxumuş və Aida ilə "Angel" mahnısını duet şəklində oxumuşdur. Bundan sonra bütün 32 iştirakçının bayraqlarına bürünmüş könüllülər meydana çıxmışdır. Daha sonra Ronaldo mart ayında Beynəlxalq Kosmik Stansiya heyəti ilə kosmosa göndərilmiş və iyunun əvvəlində gətirilmiş Adidas Telstar 18 topu ilə qayıtmışdır. Robbi Vilyams ən sonda "Rock DJ" mahnısını ifa etmişdir.[4]

Mübahisələr redaktə

Çıxış zamanı Vilyams səhvən "barmaq" işarəsi göstərmişdir. "This Morning" verilişində verdiyi müsahibədə Vilyams "Mən çox təzyiq altında idim, çünki bir dəqiqə qalmışdı və yarım dəqiqə ərzində nə edəcəyimi bilmirdim. Beləcə, mən 1 dəqiqəlik geri sayma etmişdim" sözləri ilə çıxış etmişdir. Fox hadisəyə görə üzr istəmişdir.[5] İnsident Böyük Britaniyada İTV-də nümayiş etdirilməmişdir və kəsilmişdir.[5]

İstinadlar redaktə

  1. Tirkey, Joy. "FIFA World Cup, Opening Ceremony: When And Where To Watch, Live Coverage On TV, Live Streaming Online". NDTV Sports. 13 June 2018. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2018.
  2. "World Cup 2018 Opening Ceremony: What time will it start and when will Robbie Williams feature?". The Telegraph. 13 June 2018. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2018.
  3. "Robbie Williams show at World Cup opening ceremony is too short to ever be dull". Guardian. 14 June 2018. 14 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2018.
  4. "World Cup 2018: Ronaldo and Robbie Williams star in opening ceremony". BBC. 14 June 2018. 15 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2018.
  5. 1 2 "Fox apologises for Williams gesture". BBC News. 15 June 2018. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2018.

Xarici keçidlər redaktə


Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024