2021-ci il Facebook kəsintisi Haqqinda Melumat - Vikipedia

2021-ci il Facebook kəsintisi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Facebook kəsintisi (2021)

Facebook-un idarə etdiyi bütün xidmətlərə təsir edən kəsinti
(2021-ci il Facebook kəsintisi səhifəsindən istiqamətləndirilmişdir)

Facebook kəsintisi — 4 oktyabr 2021-ci il UTC saatıyla 15:39-da Facebook sosial şəbəkəsi və onun törəmə şirkətləri Messenger, Instagram, WhatsApp, MapillaryOculus yeddi saatdan çox müddət ərzində bütün dünyada əlçatmaz oldu.[1][2][3] Kəsinti həmçinin "Facebook ilə giriş et" özəlliyini istifadə etməyə çalışan şəxslərin də 3-cü tərəf saytlara girişini əngəllədi.[4]

Kəsinti zamanı Facebook-un ana səhifəsi.

Kəsinti əsnasında bir çox istifadəçi Twitter, Discord ve Telegram-a axın etdi və bu platformaların serverlərində fasilələrə yol açdı.[5][6][7][8] Problemin DNS və IP adresləri arasındakı əlaqədən qaynaqlandığı bildirildi.[5][9] Təxminən saat 20:50-də Sərhəd Keçid Protokolu (BGP) yönləndirməsi bərpa olundu və 21:05-də DNS xidmətlərinə giriş mümkün oldu. 1 saatdan artıq müddətdən sonra Facebook, Instagram və WhatsApp-a giriş tədricən mümkün oldu. 22:50-də isə problem tamamilə aradan qaldırıldı.[10]

Səbəbləri redaktə

 
4 oktyabr 2021-ci ildə qlobal kəsinti zamanı Facebook xidmətlərinin trafik həcmi (Kentik-dən data)

Təhlükəsizlik mütəxəssisləri kəsintinin Sərhəd Keçid Protokolu tərəfindən Facebookun DNS serverlərinin yerləşdiyi IP ünvanı prefikslərinini gerilətməsi səbəbi ilə yarandığını və bununla da istifadəçilərin əlaqəli domenlərə əlçatanlığını və xidmətlərdən istifadəsini mümkünsüz etdiyini açıqladılar.[3][11] Təsirlər qlobal hal aldı; Məsələn, İsveçrə İnternet xidmət təminatçısı Init7, Sərhəd Keçid Protokolunda dəyişiklik edildikdən sonra Facebook serverlərinə yönələn internet trafikində böyük bir azalma qeyd etdi.[12]

Cloudflare, saat 15:39 -da (UTC) Facebook-un bütün məsul ad servlerlərinin tutunduğu IP prefiksləri də daxil olmaqla xeyli BGP yeniləmələri etdiyini və həmin əsnada bunun Facebook-un DNS serverlərini İnternetdən əlçatmaz vəziyyətə salmağına səbəb olduğunu açıqladı. 15:50-də yeniləmələrin artması ilə birlikdə DNS analizatoru ilə əlaqə itdi, 21:00-dan az sonra isə Facebook BGP yeniləmələrinə davam etdiyini açıqladı və Facebook-un domeni ilə 21:05-da yenidən əlaqə yaratmaq mümkün oldu.[13]

Oktyabrın 5-də Facebook-un mühəndis qrupu kəsilmənin səbəbini izah edən bir bloq yazısı yayımladı. Texniki xidmət zamanı qlobal internet onurğa sistemi qabiliyyətini dəyərləndirmək üçün bir əmr istifadə olundu və bu əmr yanlışlıqla Facebook-un bütün data mərkəzlərinin əlaqəsini kəsdi. Facebook-un DNS serverləri ayrı bir şəbəkədə işləyərkən, Facebook-un data mərkəzlərinə qoşula bilmədikləri təqdirdə BGP marşrutlarının geri çəkilmək üçün tərtib olunmuşdur ki, bu da internetin qalan hissəsinin Facebook-a qoşulmasını qeyri -mümkün etdi.[14]

Facebook, bir qrupun Santa Klara, Kaliforniya data mərkəzindəki server kompüterləri vasitəsilə sıfırlamasından sonra tədricən geri döndü.[5] Təxminən saat 22:45 UTC-də Facebook və əlaqəli xidmətlər yenidən istifadəyə açıq vəziyyətə gətirildi.[15] Şəbəkə kəsilmələrini izləyən Downdetector saytı bu günə qədər bir hadisə üçün ən böyük nəticə olan 10 milyondan artıq problem hesabatı dərc etdi.[16][17]

Təsirləri redaktə

Kəsinti Facebook-un daxili kommunikasiyalarına, işçələrin xarici e-poçt göndərmə və almasında, şirkət rəhbərliyi ilə əlaqədə və Google SənədlərZoom xidmətlərində identifikasiya baxımından əngəllər yaratdı.[2][3] New York Times, işçilərin təhlükəsizlik nişanları ilə binalara və konfrans salonlarına girə bilmədiklərini bildirdi.[2] Məşhur təhlükəsizlik tədqiqatçısı Stiv Gibson "gündəlik BGP yeniləmələri yanlış oldu və bu istifadəçilərə uzaqdan girişi əngəllədi" deyə açıqlama etdi və problemi həll etmək üçün serverlərə fiziki giriş icazəsi olan şəxslərin kəsintidən yaranmış problemdən dolayı giriş üçün icazə idenfikasiyasından keçə bilmədiyini bildirdi.[18]

Google Public DNS xidməti də kəsinti nəticəsində yavaşladı.[19] Gmail, TikTokSnapchat istifadəçiləri də yavaşlamalar yaşadı.[20] CNBC, kəsintinin 2008-dən bu yana Facebook-un yaşadığı ən bərbad vəziyyət kimi qiymətləndirdi.[21] Kəsintinin yaşandığı gün şirkətin səhmləri %5-ə yaxın düşdü ve Facebook-un CEO-su Mark Zukerberqin sərvəti 6 milyard dollardan çox azaldı.[21][22][23] FortuneSnopes tərəfindən hazırlanan bir hesabata görə, Facebook reklam gəlirlərindən ən az 60 milyon dollar itirdi.[24]

Kəsintinin əsas təsir gücü inkişaf etməkdə olan ölkələrdə ünsiyyət, işgüzar və humanitar fəaliyyətlərdə hiss olundu.[25]

Reaksiyalar redaktə

Facebookun Texnologiya üzrə Baş Direktoru Mike Schroepfer kəsinti bir neçə saata qədər uzandıqdan sonra üzr mesajı paylaşdı və "komandalar mümkün qədər çevik bir şəkildə problemi həll və bərpa etmək üçün çalışırlar" deyə açıqladı.[26]

ABŞ Nümayəndələr Palatasında çalışan konqres üzvü Aleksandriya Okasio-Kortez kəsinti ilə bağlı tvit atdı və insanlardan Twitter-də dəlil əsaslı paylaşımlar etməyi xahiş etdi və Facebook-un nüfuzu ilə saxta xəbərlərlə bağlı lağ etdi.[27] Twitter, Redditalt-texnologiya platformaları ParlerGettr-də rəsmi Twitter hesablarında kəsintini lağa qoyan tvitlər yerləşdirdi.[17][28]

Həm Twitter, həm də Telegram-dakı istifadəçilər normal olaraq Facebook xidmətlərindən istifadə edən insanların bu xidmətlərə yönəlməsindən dolayı bu proqramların fəaliyyətində müəyyən gecikmələr yaşandığını bildirdilər.[26]

Bəzi media orqanları Frances Haugenin dediklərinin kəsilmə ilə üst-üstə düşdüyünə bu iki hadisənin bir-biri ilə əlaqəsi olmasa da diqqət çəkdilər.[29]

İstinadlar redaktə

  1. Madory, Doug (5 Oktyabr, 2021). "Facebook's historic outage, explained" Arxivləşdirilib 2021-11-01 at the Wayback Machine. Kentik.
  2. 1 2 3 "Locked out and totally down: Facebook’s scramble to fix a massive outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The Verge
  3. 1 2 3 Lawler, Richard (4 Oktyabr, 2021). "Facebook is back online after a massive outage that also took down Instagram, WhatsApp, Messenger, and Oculus" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The Verge
  4. Barrett, Brian. "Why Facebook, Instagram, and WhatsApp All Went Down Today" Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. Wired. ISSN 1059–1028.
  5. 1 2 3 Isaac, Mike; Frenkel, Sheera (4 Oktyabr, 2021). "Facebook and all of its apps go down simultaneously" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The New York Times.
  6. "Millions Flock to Signal and Telegram After Facebook Outage" Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine. Bloomberg.com.
  7. "Discord down? Current problems and outages" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. Downdetector.
  8. Dewar, Caitlyn (4 Oktyabr, 2021). "Is Twitter down?: Users report outage after Facebook, WhatsApp and Instagram go down" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The Herald.
  9. Madory, Doug (4 oktyabr 2021). "Facebook suffers global outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. Kentik
  10. Frenkel, Sheera. "Facebook coming back online after lengthy outage" Arxivləşdirilib 2022-03-11 at the Wayback Machine. The New York Times.
  11. Duffy, Clare; Lyngaas, Sean (4 Oktyabr, 2021). "Facebook, Instagram, WhatsApp go down" Arxivləşdirilib 2021-12-24 at the Wayback Machine. CNN Business.
  12. "Insta und WhatsApp down – so stark schrumpfte der Internet-Traffic" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. watson.ch (in German).
  13. Strickx, Tom; Martinho, Celso (4 Oktyabr, 2021). "Understanding How Facebook Disappeared from the Internet Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine".
  14. "More details about the October 4 outage" Arxivləşdirilib 2022-02-12 at the Wayback Machine. Facebook Engineering. 5 Oktyabr, 2021.
  15. "Facebook, Whatsapp and Instagram back after outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. BBC News. 4 Oktyabr, 2021.
  16. Subrat Patnaik; Eva Mathews (4 Oktyabr, 2021), Facebook, Instagram appear to partly reconnect after nearly six-hour outage Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine, Reuters.
  17. 1 2 "Facebook, Whatsapp and Instagram suffer outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. BBC News. 4 Oktyabr, 2021.
  18. Steve Gibson [@SGgrc] (4 Oktyabr, 2021). "Someone on the Facebook recovery effort has explained that a routine BGP update went wrong, which in turn locked out those with remote access who could reverse the mistake. Those who do have physical access do not have authorization on the servers. Catch-22" Arxivləşdirilib 2022-02-12 at the Wayback Machine (Tweet).
  19. Schoon, Ben (4 Oktyabr, 2021). "Google's 8.8.8.8 DNS service slows down amid massive Facebook outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. 9to5Google.
  20. Massie, Graeme (4 Oktyabr, 2021). "Gmail, TikTok and Snapchat Users Complain Apps Slowing Down During Facebook Outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The Independent.
  21. 1 2 "Facebook is suffering its worst outage since 2008" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. CNBC. 4 Oktyabr, 2021.
  22. Carpenter, Scott (4 Oktyabr, 2021). "Zuckerberg Loses $6 Billion in Hours as Facebook Plunges" Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. Bloomberg.
  23. "Facebook Outage Causes Share Drop, Zuckerberg Loses US$5.9B Net Worth — 5 Oktyabr, 2021" Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. Daily News Brief.
  24. Wong, Queenie. "Facebook's massive outage costs the company an estimated $60 million in revenue" Arxivləşdirilib 2021-10-05 at the Wayback Machine. CNET.
  25. Schapiro, Avi Asher; Teixeira, Fabio (5 Oktyabr, 2021). "Small businesses to aid: How Facebook outage upended lives" Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine. Thomson Reuters.
  26. 1 2 Massie, Graeme (4 Oktyabr, 2021). "Twitter users suggest site is slowing down as it takes pressure from Facebook and Instagram outage" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The Independent.
  27. O'Connell, Oliver (4 Oktyabr, 2021). "AOC mocks Facebook outage by asking people to share positive 'evidence-based' stories on rival platform Twitter" Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine. The Independent.
  28. Palmer, Ewan (5 Oktyabr, 2021). "Parler, GETTR mock Facebook outage as conservatives deride Big Tech" Arxivləşdirilib 2022-02-13 at the Wayback Machine. Newsweek.
  29. Siberling, Amanda (5 Oktyabr, 2021). "Facebook whistleblower Frances Haugen testifies before the Senate" Arxivləşdirilib 2021-10-10 at the Wayback Machine. TechCrunch.

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024