2021 Süveyş kanalının tıxanması Haqqinda Melumat - Vikipedia

2021 Süveyş kanalının tıxanması Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2021 Süveyş kanalının tıxanması

Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur.[2] İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir.[3] Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır.[4] Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi.[5] Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur.[6]

2021 Süveyş kanalının tıxanması
Başlama tarixi 23 mart 2021[1]
Bitmə tarixi 29 mart 2021
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəmin redaktə

Süveyş kanalının yuxarıdan görünüşü. 
Süveyş kanalınınSüveyş körfəzinin görünüşü. Sol tərəfdə Afrika, sağ tərəfdə isə Sinay yarımadasıAsiya yerləşir. Fotoşəklin yuxarı sol küncündə Böyük Acı gölü görmək olur.

1869 ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarında biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir ki, bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir.[2][7] Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət gədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini şərtləndirmişdir. Kanalın genişləndirmə layihəsi realizasiya mərhələsində olmasına baxmayaraq, kanalın böyük bir hissəsi hələ də birtərəfli olaraq qalır.[8][9][10]

İrlandiya Milli dəniz kollecinin müəllimi və keçmiş kapitanı Bil Kavana, Süveyş kanalında üzməni «yüksək riskli çox mürəkkəb əməliyyat» kimi təsvir etmişdi. Küləyin əsməsi gəmilərin üzərində sanki bir yelkən kimi olan konteyner səthlərinə təsir edərək, gəminin istiqamətinə də təsir göstərir. Ever Given kimi böyük gəmilər də bir təkan aldıqdan sonra istiqaməti dəyişməyə başlayırsa onun qarşısını almaq çətin olur.[11]

Misir hökuməti tələb edir ki, kanalı keçən gəmilərə Misirin «Süveyş komandası» otursun, o cümlədən də bir və ya bir neçə Misirin rəsmi Süveyş kanal rəhbərliyinin dəniz pilotu, hansılar ki ekipajın və kapitanın ohdəliklərini üzərinə götürüb gəmini idarə edəcəklər.[12] Qəza zamanı bortda iki nəfər Misirin Süveyş kanal rəhbərliyinin pilotu var idi.[13][14]

Toqquşma redaktə

23 mart 2021 il saat 07:40 EGY (05:40 UTC ) Ever Given gəmisi Süveyş kanalı ilə hərəkət edərkən qum fırtınasına düşür. Sürəti 73 km/saat olan güclü külək idarəetməni mümkünsüz edərək gəminin gövdəsinin yana çəkilməsinə gətirib çıxartdı və sonra Aralıq dənizindəki Port-Səiddən 151 km (82 dəniz mili) məsafədə, həmçinin Süveyş körfəzindəki Süveyş portundan 10 km (5,4 dəniz mili) məsafədə gəmi kanala nisbətdə köndələn vəziyyətdə saya oturdu və kanalı hər iki tərəfdən bağlamış oldu[15][16][17][18] Gəminin heyətindən zərər çəkən olmamışdı.[19][20] İnsident zamanı gəmi Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam limanına yollanırdı.[18][21] Manşiet Ruqola kəndinə yaxın saya oturan zaman, o şimala doğru hərəkət edən gəmilərdən kolonda 5 idi və ondan sonra 15 gəmi də arxasınca hərəkət edirdi.[22][22][23]

26 mart tarixinə olan məlumata görə kanalı keçmək üçün növbədə artıq 150 gəmi yığılmışdı[24], 27 martda artıq bu rəqəm 276 qalxdı, 28 martda 321 və 29 martda artıq 450 yuxarı müxtəlif gəmilər yığılmışdır.[25][26]

Qəzanı aradan qaldırma əməliyyatı redaktə

Ever Given Süveyş kanalında ilişib, Beynəlxalq Kosmik Stansiyasından görünüş, 27 mart 2021 il. 
Yedəklər ilişmiş gəmini çıxarmağa çalışırlar. Beynəlxalq Kosmik Stansiyasından görünüş, 27 mart 2021 il.

İlkin olaraq gəmini yedəklərlə çıxarmaq cəhdləri uğursuzluqla nəticələnmişdir.[27][28] Buna görə də iki torpaqqazan gəmi ilə dibin dərinləşməsi üçün işlərə başlanılmışdır. Gəminin 16-20 metr suya çökməsinə nail olmaq üçün üçün 15-20 min m³ həcmində qum uzaqlaşdırılmalı idi. Süveyş kanal rəhbərliyinin dediyinə görə bundan sonra gəmini saydan qaldırmaq mümkün olacaqdı.[29]

28 mart tarixində gəmidən 9000 ton su ballastı uzaqlaşdırılmışdı. İşlərə əvvəl 8 sonra isə 14 gədər yedək gəmi cəlb olunmuşdur. Dörd ekskavator gəminin burun tərəfindən sahili dərinləşdirmə işlərinə cəlb olunmuşdur.[27]

29 mart 2020 il, saat 04:30 gəmi gismən, saat 05:42 EGY (03:42 UTC) artıq suya qaytarılmışdır və 15:05 EGY (13:05 UTC) tamamilə saydan qaldırılaraq çıxarılmışdır, gəmi texniki baxış üçün Böyük Acı göl tərəfə yedəkdə hərəkətə başlamışdı.[30][31] Gəminin burun tərəfində olan sahildən 27 min m³ qum qazılıb çıxarılmışdır.[32] Gəminin çıxarılmasına baxmayaraq hərəkət bir müddət bərpa edılməmişdir, Süveyş kanalının rəhbərliyi kanalın vəziyyətini yoxladıqdan sonra gəmiçilik aqentliklərinə hərəkətin yerli vaxt ilə 19:00 EGY (17:00 UTC) bərpa olunacağı haqda xəbər vermişdir.[22][23][24]

Qlobal iqtisadiyyata təsiri redaktə

 
Süveyş kanalın tıxanması 
Peykdən çəkilən bu iki şəkildə Ever Given gəmisinin yaratdığı maneə nəticəsində yaranmış txacın bir hissəsi görünür. 29 mart 2021.

Gəmiçilik və logistika sahəsi üzrə ekspertlər xəbərdarlıq edirdilər ki, insident çox güman ki bütün dünya üzrə malların müştərilərə çatdırılmasını ləngitəcək.[33] Dəniz tarixçisi Sal Merkolyano Associated Press-ə bildirmişdir: «Hər gün kanal bağlıdır, konteyner daşıyanlar və tankerlər gida məsullarını və sənayə məhsullarını Avropaya çatdırmır və Avropadan da Uzaq Şərqə ixrac edilmir».[2][18] Lloyd's List hər saatda ləngiyən malların dəyərini 400 milion ABŞ dolları dəyərində qiymətləndirir[34][35] və maneəni aradan qaldırmaq üçün keçən hər gün əlavə malların 9 miliyard ABŞ dolları dəyərində ləngiməsinə gətirəcək.[36][37] Rabi qapanmaya görə Misirin hər gün 12-14 milion dolların itirdiyini hesablamışdır.[38]

«Strateji energetika və iqtisadi araşdırmalar»-ın prezidenti Maykl Linç, neftin qiymətinin artmasını «Süveyş kanalı triqer faktorunu qapatdığı zaman, insanlar neftin qiymətinin yaxın vaxtlarda aşağı düşdüyü onu almağa başlayırlar» ifadəsi ilə izah etmişdir. WTRG Economics-dən olan energetika sahəsindən olan iqtisadçı Jeyms Vilyams demişdir ki, hal hazırda dünyada mövcud olan ehtiyatlar baxımından bir neçə günlük neftin tədarükünün ləngiməsi bazar üçün o qədər kritik deyil.[39] Əksinə 29 mart 2021 ildə Süveyş kanalı açılandan sonra digər gəmilərdən neftin tədarükünün ləngiməsinin nəticəsi olaraq, neftin qiymətləri kəskin düşmüşdür.[40]

Hadisə mallar ilə təchiz etməni ləngitdi və bu da yarımkeciricilər kimi, defisit olan sahələrə təsir etdi, bununla da iflas təhlükəsi ilə üz-üzə olan bazarlara təsir etdi. Uzun müddətli mal çatışmazlığını azaltmaq üçün gələcək tədarüklərdə, yaranmış çatışmamazlığ bərpa olunana qədər adi vaxtdan tez sifariş verilə bilər.[39][41] Həmçinin də başqa bir şirkətin məsləhətçisi, Süveyş kanalında hətta qısa bir fasilənin belə tədarük zənciri boyunca bir neçə ay domino təsiri göstərəcəyini qeyd etdi.[42] Bəzi ekspeditorlar qeyd edirlər ki, yükgöndərənlərin kanalın tıxanması nəticəsində yaranan axsama və qeyri-müəyyənlikdən çəkinməyə çalışdıqları üçün Avropadan Asiyaya gedən yollarda alternativ nəqliyyat vasitələrinə olan tələbatın yaxın bir neçə həftədə artacağı gözlənilir.[43]

Asiya ilə Avropa arasında dəniz əlaqəsi üçün standart alternativ marşrut – Ümid burnu ilə Afrikanı dövrələməqdir, o səyahət ki, yola iki həftəyə gədər əlavə vaxt gedəcək, bununla belə bu variant 26 martdan bəzi gəmilər tərəfindən artıq istifadə olunurdu.[44][45][46][47] Rusiya bu insidentdən, Afrika ətrafından yükdaşımalara daha qısa alternativ kimi, özünün arktik marşrutlarını irəli çəkmək üçün istifadə edirdi.[48][49]

Bu qədər kiçik bir ərazidə qiymətli gəmilərin görünməmiş konsentrasiyası səbəbindən dəniz quldurluğu təhlükəsi ehtimalı, gəmiçilik şirkətlərini təhlükəsizlik üçün Bəhreyndə yerləşən ABŞ Beşinci Donanmasına sorğu göndərməyə vadar etmişdir.[50]

Başqa qəzalar redaktə

Süveyş kanalında bu cür qəzalar nadirən baş verib:

  • 29 sentyabr 1990 ildə ABŞ-nin Robert Lee konteyner daşıyan gəmisi kanalın şərq sahilinə çırpılmışdır, nəticədə kanalda 80 gəmi yığılmışdır. Hərəkər 30 sentyabrda bərpa edilmişdir.
  • 7 noyabr 2004 ildə Tropic Brillance tankeri İsmailiyyə şəhərin yanında saya oturmuşdur və nəticədə hərəkəti bağlamışdır. Kanalın şimal və cənub girişlərində 100 yaxın gəmi yığılmışdır. Gəmini 9 noyabrda saydan qaldırmaq mümkün olmuşdur.

Bir neçə saatlıq bağlanmaya gətirən qəzalar da baş vermişdir:

  • 18 avqust 1990 ildə Silver Energy tankeri sahilə çırpılaraq yarılmışdır və ondan neft dağılmışdır. Tanker yedəkdə təhlükəsiz zonaya aparıldıqdan sonra və yaranmış neft ləkəsi də lokallaşdırılandan sonra, tez bir zamanda hərəkət bərpa olundu.
  • 13 sentyabr 2006 ildə İsmailiyyə yanında Misir gəmisi batmışdır. İki nəfər həlak oldu, bir neçə insan itkin düşdü. Xilasedici əməliyyat zamanı gəmilər bir saata yaxın müddətdə dayanmışdılar.
  • 6 dekabr 2007 ildə Eiffel gəmisi kanalın şimal hissəsində dayandı və bir neçə saatlıq 33 gəminin də hərəkətini dayandırdı.
  • 18 oktyabr 2017 ildə Yaponiyanın konteyner daşıyan gəmisi OOCL(Orient Overseas Container Line) saya oturmuşdur. Bir neçə saatdan sonra gəmini yedəyə almaq mümkün oldu və gəmi suya qaytarılmışdır və o hərəkətə davam etmişdir.
  • Analoji hadisələr 2020 il noyabr ayında da baş vermışdir.

Altı günlük müharibə 8 il müddətində kanalda hərəkəti iflic etmişdir. (1967-1975).[51][52]

Populyar mədəniyyətdə redaktə

İnsident haqqında müxtəlif internet-memlər dərc olunmuşdur, həmçinin çoxlu zarafatlar.[53][54][55][56] İstifadəçilərə Ever Given-i dünyanın istənilən yerinə yerləşdirməyə imkan verə bilən Ever Given Ever Ywhere internet-tətbiqi viruslu olmuşdur.[57] TikTok mobil platformasında istifadəçilər məsələyə şəxsi baxışlarını interpritasiya edən zarafat və memləri yerləşdirirdilər.[53] Tvitterdə insidentin aradan qaldırılması üçün ayrıca zarafat şəklində təkliflər yayılmışdır.[58] Microsoft Flight Simulator gəminin kanala oturan modifikasiyasını yaratmışdır[40][59].

İstinadlar redaktə

  1. Samaan M., Deng S., Sirgany S. E., Salem M., Said-Moorhouse L. Suez Canal blocked by traffic jam after massive container ship runs aground. CNN, 2021.
  2. 1 2 3 "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  3. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  4. "Arxivlənmiş surət". 2021-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  5. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  6. "Arxivlənmiş surət". 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  7. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  8. "Arxivlənmiş surət". 2021-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  9. "Arxivlənmiş surət". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  10. "Arxivlənmiş surət". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  11. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  12. "Arxivlənmiş surət". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  13. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  14. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  15. https://qazet.az/article/article/suveys-kanali-baglandi-neft-qiymetleri-qalxdi
  16. "Arxivlənmiş surət". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  17. "Arxivlənmiş surət". 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  18. 1 2 3 "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  19. "Arxivlənmiş surət". 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  20. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  21. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  22. 1 2 "Arxivlənmiş surət". 2021-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  23. "Arxivlənmiş surət". 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  24. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  25. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  26. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  27. 1 2 "Arxivlənmiş surət". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  28. "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  29. "Arxivlənmiş surət". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  30. "Arxivlənmiş surət". 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  31. "Arxivlənmiş surət". 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  32. "Arxivlənmiş surət". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  33. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  34. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  35. "Arxivlənmiş surət". 2021-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  36. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  37. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  38. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  39. 1 2 "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  40. 1 2 "Arxivlənmiş surət". 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  41. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  42. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  43. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  44. "Arxivlənmiş surət". 2021-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  45. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  46. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  47. "Arxivlənmiş surət". 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  48. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  49. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  50. "Arxivlənmiş surət". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  51. "Arxivlənmiş surət". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  52. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  53. 1 2 "Arxivlənmiş surət". 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  54. "Arxivlənmiş surət". 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  55. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  56. "Arxivlənmiş surət". 2021-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  57. "Arxivlənmiş surət". 2021-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  58. "Arxivlənmiş surət". 2021-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  59. "Arxivlənmiş surət". 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024