28 May (qəsəbə) Haqqinda Melumat - Vikipedia

28 May (qəsəbə) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

28 May (qəsəbə)

28 MayAzərbaycan Respublikasınnın Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 may 2004-cü il tarixli, 674-IIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsi Xocasən qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsindən 254 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.[3]

28 May
40°27′43″ şm. e. 49°38′18″ ş. u.
Ölkə
Əhalisi
Əhalisi
  • 7.011 nəf.[1]
Xəritəni göstər/gizlə
28 May xəritədə
28 May
28 May

Tarixi redaktə

Qəsəbənin bir hissəsi XX əsrin 90-cı illərində Xocəsən qəsəbəsinin inzibati ərazisinə daxil olmuşdur. 2003-cü ildə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur. 2004-cü ildə 28 May qəsəbə inzibati vahidi yaradılmışdır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2004-cü ildən fəaliyyətə başlamış, işçilərin sayı 4 nəfərdir.[4] 

Coğrafiyası və iqlimi redaktə

Qəsəbə rayon mərkəzindən 20 km aralı, Abşeron yarımadasının qərbində yerləşir.

Əhalisi redaktə

Qəsəbədə yaşayan əhalinin sayı 7011 nəfər (01 yanvar 2013), qeyri rəsmi (qeydiyyatsız yaşayan) 10.000 nəfər təşkil edir.

İqtisadiyyatı redaktə

Əhalisi əsasən kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları emalı müəssisələrində və sosial obyektlərdə çalışır.[5]

Təhsil redaktə

Qəsəbədə 329 saylı 120 yerlik uşaq bağçası, 306 saylı 507 şagird yerlik orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

İstinadlar redaktə

  1. http://www.stat.gov.az.
  2. "Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 21 may 2004-cü il tarixli, 674-IIQ saylı Qərarı". 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2022.
  3. "Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  4. "28 May qəsəbəsi". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
  5. Əfəndiyev V. Ə., Qadımov F. E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s.115

Həmçinin bax redaktə


Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024