95 tezis Haqqinda Melumat - Vikipedia

95 tezis Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

95 tezis (lat. Disputatio pro declaratione virtutis indulgentiarum; İndulgensiyaların gücü və effektivliyi haqqında disput) — Martin Lüter tərəfindən yazılan və hakim dini doktrinanın imanı məhv etdiyini irəli sürərək katolisizm ilahiyyatının tənqidinə yönələn sənəd.[1] Bu sənəd Almaniyada Reformasiyanınprotestantlığın başlanğıcı hesab olunur.

1517-ci ildə Nürnberqdə çap edilmiş "95 tezis" (Berlin dövlət kitabxanası)

95 tezisin əsas məzmununu indulgensiya praktikasının, Roma papasının günahları bağışlamaq haqqının, həmçinin, Əhdi-Cədidlə Əhdi-Ətiqin yeganə etibarlı mənbə hesab edilməsinin tənqidi təşkil edir.

Martin Lüter bu tezisləri 31 oktyabr 1517-ci il tarixində məktubla MaynsMaqdeburq arxiyepiskopu Albrext fon Brandenburqa göndərmişdi. Lakin XX əsrin sonlarınadək elə hesab edilirdi ki, o, bu tezisləri Vittenberq kilsəsinin qapısından asıb.[2]. Albrext fon Brandenburqa göndərdiyi məktubda Martin Lüter Vittenberqdə indulgensiyaları təbliğ edən İohann Tetseldən şikayət etsə də, onun fon Brandenburq tərəfindən təyin etdiyindən xəbərsiz idi.

Martin Lüter tezislərində bəyan edir ki: Papa yalnız insanların bu dünyadakı günahlarını bağışlaya bilər, Ərafdakı günahları bağışlamaq haqqı yalnız Allaha məxsusdur. Digər tərəfdən Lüter Papaya müraciət edərək Papanın adından yanlış danışılmasından və Papanın Allahla bir tutulmasından narahat olduğunu bildirib.

Bu tezisləri yazmaqda Lüterin məqsədi Papaya və arxiyepiskop Albrext fon Brandenburqa keşişlərin özbaşınalığını xəbər vermək idi. Lakin bu tezislər Papanın mənafelərinə uymadığı üçün Papa Lüteri "kafir" və "dinsiz" adlandırdı.

İstinadlar redaktə

  1. "В. С. Никольский. Основы религиоведения". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  2. "Legends about Luther: Nailing the 95 Theses". 2015-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024