9M133 Kornet Haqqinda Melumat - Vikipedia

9M133 Kornet Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir.[1] NATO kod adı AT-14 "Spriggan"dır.[2] İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur.[3] İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur.

Kornet (TƏİR)
Tipi Tank əleyhinə idarəolunan raket
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1998–davam edir
İstismara başlanması 1994
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər İraq müharibəsi
Livan müharibəsi (2006)
Suriya vətəndaş müharibəsi
Donbass müharibəsi
İstehsal tarixçəsi
Konstruktor KBP
Konstruksiya tarixi 1988–1998
İstehsalçı Deqratyev Zavodu
İstehsal illəri 1994–davam edir
Xüsusiyyətləri
Ağırlığı 27 kq
Uzunluğu 1200 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüşlərdə istifadə olunması redaktə

2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur. Müharibənin ilk həftəsində bu silahdan istifadə nəticəsində ABŞ ordusuna məxsus ən azı 2 ədəd Abrams tankı və 1 ədəd Bradley PDM-i sıradan çıxarılmışdır.

Kornet TƏİR-dən ikinci dəfə 2006-cı il Livan müharibəsində Suriya tərəfindən dəstəklənən Hizbullah döyüşçüləri tərəfindən İsrail ordusuna qarşı uğurla istifadə olunmuşdur. Nəticədə, İsrailə məxsus 4 ədəd Merkava tankı məhv edilmiş, ümumilikdə isə 24 ədəd tank zədələnmişdir. İsrail ordusunun Ghandouriyeh kəndi yaxınlığında Hizbullaha məxsus postdan ələ keçirilən içərisində Kornet TƏİR olan qutunun üzərində "Müştəri: Suriya Müdafiə Nazirliyi. Təchizatçı: KBP, Tula, Rusiya" sözləri yazılmışdı. Atəşkəsdən bir neçə ay sonra çəkilən fotoşəkillərdən də aydın olur ki, Hizbullah bu ərazidə Kornet TƏİR-dən istifadə etmişdir. İsrail hökuməti bu silahların birbaşa Hizbullaha verilib-verilmədiyini öyrənmək üçün Rusiyaya bir qrup mütəxəssis göndərmişdir. Rusiya isə bu silahların yalnız Suriyaya verildiyini bildirmişdir.

6 dekabr 2010-cu ildə Qəzzə zolağından atılan daha bir Kornet mərmisi də sərhəddə olan Merkava III tankının zirehini zədələmiş, lakin, tankın ekipajından heç biri yaralanmamışdır.

2014-cü ilin yayında Qəzzədə İsrail və Həmas arasında baş verən toqquşmalar ərzində, İsrail tanklarına 15 ədəd Kornet raketi atılmış, lakin, İsrail tankları üzərində quraşdırılmış "Trofi" aktiv qoruma sistemi sayəsində tanklara heç bir ziyan dəyməmişdir. Bəzi hallarda Trofi aktiv zirehi ona istiqamətlənmiş Kornetin yerini müəyyən etmiş və onu məhv etmişdir.

İraq ordusu Kornet raketlərindən İŞİD terror qruplaşmasına qarşı ilk dəfə 2014-cü ilin sentyabrında istifadə etmişdir. Diyala bölgəsində İŞİD tərəfindən idarə olunan 5 ədəd maşına bu raketdən atəş açılmışdır.

2015-ci ilin yanvarında Hizbullah bir neçə ədəd Kornetdən İsrail ordusuna məxsus 2 ədəd Hummer maşınına atəş açmış, nəticədə, 1 əsgər və 1 zabit həlak olmuşdur.

29 yanvar 2015-ci il tarixində İran tərəfindən Hizbullaha verildiyi iddia olunan raketlərlə sərhəddə İsrail ordusuna atəş açılmışdır.

Reuters xəbər agentliyindən verilən məlumata əsasən Kornet raketlərindən 2014-15-ci illərdə Ukraynada istifadə olunmuşdur. Ukraynanın Kornet istifadəçisi olmadığı bilindikdən sonra, bu silahların Rusiya tərəfindən Ukraynada döyüşən rus yönümlü separatçılara verildiyi məlum olmuşdur.

2016-cı ildə Rusiya Suriyada hökumət qüvvələrinə üsyançılara və terrorçulara qarşı döyüşlərdə kömək üçün 1,000 ədəd 3-cü nəsil Kornet TƏİR göndərmişdir. Elə həmin ildə Suriyada hökumət qüvvələrinə məxsus TOS-1A Solntsepyok ağır odsaçan sistemi Kornet TƏİR-dən açılan atəş nəticəsində məhv edilmişdir.

2016-cı ilin oktyabrında Mosul yaxınlığında İŞİD terrorçuları tərəfindən istifadə olunan Kornetdən açılan atəşlə ABŞ istehsalı M1 Abrams tankı məhv edilmişdir.

2017-ci ilin yanvarında alman qəzeti Die Velt-in yayımladığı xəbərə əsasən, Suriyada İŞİD terrorçularının Kornet TƏİR-dən istifadə nəticəsində bu vaxta qədər Türkiyə ordusuna aid 6 ədəd Leopard-2 tankı məhv edilib.

İstifadəçilər redaktə

  • Azərbaycan  Azərbaycan: 2009 və 2010-cu illərdə Rusiyadan satın alınıb[4]
  • Ermənistan  Ermənistan: Rusiya ilə imzalanmış ixracat krediti sazişi çərçivəsində 50 kompleks və 200 raket qarşı tərəfə təhvil verilib[5]
  • Rusiya  Rusiya: Təqribən 750 raket kompleksi
  • Əlcəzair  Əlcəzair: 2006 və 2010-cu illər aralığında təqribən 3000 ədəd 9M133 raketi[6]
  • Yunanıstan  Yunanıstan: 2013-cü ildə 196 ədəd Kornet-E raket kompleksi silahlanmaya qəbul olunub. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən silahların çatdırılması iki etap üzrə həyata keçirilib
  • Hindistan  Hindistan: 250-dən çox Kornet-E raket kompleksi və təqribən 3000 ədəd 9M133 raketi[7]
  • İordaniya  İordaniya: 200 kompleks və 2000 ədəd 9M133 raketi
  • Kot-d'İvuar  Kot-d'İvuar: Sayı məlum olmayan Kornet-E
  • Liviya  Liviya: Liviya vətəndaş müharibəsi zamanı istifadə olunub
  • Peru  Peru: 2008-ci ildə imzalanmış 23 milyon dollar dəyərindəki müqaviləyə əsasən, 2013-cü ildə Rusiya qarşı tərəfə 22 kompleks və 244 raket vermişdir
  • Suriya  Suriya: 100 ədəd Kornet-E buraxıcı qurğusu və 1000 ədəd həmin kompleks üçün raket[8]
  • Türkiyə  Türkiyə: 80 ədəd Kornet-E raket kompleksi və həmin kompleks üçün təqribən 800 raket[9]
  • Eritreya  Eritreya: 170 min ABŞ dolları dəyərində imzalanmış müqaviləyə görə, 2005-ci ildə Rusiya qarşı tərəfə 80 ədəd 9M133 raketi satıb[7]

Hərbi təşkilatlar redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "KORNET-E ANTITANK MISSILE SYSTEM". KBP Instrument Design Bureau. 2008. 1 noyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  2. "Kornet (AT-14)". Federation of American Scientists. 1999-06-19. 2008-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-08.
  3. "Kornet". 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  4. "Azərbaycan Ordusu yeni silahlarla gücünə güc qatır". Azeri Defence. 2018-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  5. "Ermənistan Rusiyadan aldığı Kornet-E TƏİR kompleksini göstərdi". Azeri Defence. 2018-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  6. "Algeria could become Russia's main military partner – paper". RIA Novosti. 29 mart 2007. 8 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  7. 1 2 "Sipri: Trade Registers". 23 aprel 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  8. "Archived copy" (PDF). 2 oktyabr 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
  9. "Россия передала Турции противотанковые комплексы". Lenta.ru. 1 avqust 2010. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.

Xarici keçidlər redaktə


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024