Açıq Səma Altında Muzey (Naxçıvan) Haqqinda Melumat - Vikipedia

Açıq Səma Altında Muzey (Naxçıvan) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Açıq Səma Altında Muzey (Naxçıvan)

Açıq Səma Altında Muzey — Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamı əsasında yaradılmış, Naxçıvan şəhərində muzey.[1]

Açıq Səma Altında Muzey
Xəritə
Əsası qoyulub 2002
Mövzu Tarix, arxeologiyaetnoqrafiya
Ölkə
Yerləşir Naxçıvan, Azərbaycan
Muzeyə yetişmək Naxçıvan
38°56′ şm. e. 45°50′ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında redaktə

Muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir.[2]

Eksponatlar redaktə

Naxçıvanın müxtəlif bölgələrindən tapılmış daş eksponatlar əsasında yaradılmışdır. Muzeydə 220-dən artıq daş abidə qorunur və ekspozisiyalarda nümayiş etdirilir. Ekspozisiyada 4 qrup daş abidələr – eksponatlar vardır.

  • Sütun altlıqları və başlıqları
  • İnşaat işlərində istifadə olunan sütunlar
  • Dekorativ üzlüklər
  • Daş dibəklər
  • Məişətdə istifadə olunan dəstərlər
  • Şirəsüzənlər
  • Məzar daşları
  • Beş ton ağırlığında olan dəyirman daşı
  • Qoç heykəlləri
  • Dini inanclarla bağlı sənduqələr
  • Qayaüstü təsvirlər
  • Təbiətdən hazır əldə olunan zoomorf fiqurlar və bəndlər

İstinadlar redaktə

  1. "Açıq Səma Altında Muzey: qədim diyarımızın zəngin tarixinin fəal təbliğatçısı". serqqapisi.gov.az. İstifadə tarixi: 16 mar 2024.
  2. "Açıq səma altında muzey". virtualnakhchivan.az. 16 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mar 2024.

Xarici keçidlər redaktə


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024