Açıq ulduz topası Haqqinda Melumat - Vikipedia

Açıq ulduz topası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Açıq ulduz topası

Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır.

Yerləşməsi redaktə

Açıq ulduz topaları əsasən Ağ Yolda toplanmışlar. Bu topaların ulduzlarını ümumi qalaktik fondan ayırmaq çox çətindir. Bunun üçün spektral tədqiqatlar aparmaq, çoxlu sayda ulduzların rəng göstərəcilərini və məxsusi hərəkətlərini öyrənmək lazımdır. Hər bir açıq topanın ulduzları eyni şüa sürətinə və məxsusi hərəkətə malikdir.

Quruluşu redaktə

Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar. Ülkər ulduz topası baş ardıcılığın ulduzlarından ibarətdir (bu topada nəhəng və ifrat nəhəng ulduzlar çox azdır). Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır.

Yaşları redaktə

Ulduz toplusunun yaşı təxminən 60–100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 — dən çox ulduz olduğu ehtimal olunur. Hər bir topadakı ulduzları eyni məsafədə hesab etmək olar. Odur ki, topanın hər bir ulduzunu Hersşprunq-Ressel diaqramında öz yerində müəyyən etməklə və bu diaqramda baş ardıcıllıqdan kənarda qalan ulduzları topanınkı hesab etməməklə topaya məxsus ulduzları ayırmış olarıq[1]. Əlbəttə, bu zaman ulduzlararası mühitdə udulmanə nəzərə almaq lazımdır. İstinad ulduzları üçün qurulmuş Hersşprunq -Ressel diaqramından istifadə etməklə spektr (effektiv temperatur) və ya B-V-yə uyğun olan M mütləq ulduz ölçüləri tapılır.

Görünməsi redaktə

Qeyd edək ki, Ülkər səpilən ulduz topasında adi gözlə yeddi ulduz görünür; güclü teleskopda 200, həmin teleskoplarda müasir fotoemulsiyaların köməyi ilə isə 300-ə qədər ulduz qeydə alınır. Bizim Qalaktikada 1200-ə qədər açıq ulduz topası aşkar edilmişdir. Bunlara qədər məsafə 2ps-dan 20 ps-ə qədərdir. Bu topaların orta diametri 35ps-dir.

İstinadlar redaktə

  1. R. Ə. Hüseynov "Astronomiya" , Maarif nəşriyyatı, Bakı,1997

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023