Ağ Xəlili Haqqinda Melumat - Vikipedia

Ağ Xəlili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağ Xəlili — üzüm növü.

Üzüm (Vitis)
Ağ Xəlili

İran mənşəlidir. Dağıstanda, Stavropol diyarında, ÖzbəkistandaTürkmənistanda müxtəlif adlarla yayılmışdır. Ancaq heç bir yerdə sortun təmiz əkinləri yoxdur. Sort Azərbaycanda naməlum vaxtdan ən çox Gəncəbasarda becərilmişdir. Hazırda onun əkinləri xeyli azalmışdır. Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, konusvari və yaxud silindrik-konusvari, əsasən sıx və orta sıxdır. Salxım saplağı uzundur, oduncaqlaşmır. Gilələri orta irilikdə, oval, az hallarda zəif yumurtavari, yaşılımtıl-ağ, yetişib ötdükdə bir tərəfində zəif çəhrayı rəng olur. Qabığı incədir. Ləti bərkdir. Dadı adi, şirindir.

Ağ Xəlili ən tezyetişən süfrə üzümlərinə aiddir. Türkmənistanda seçmə ilə yığma iyul ayının əvvəllərində, Azərbaycanda iyulun ortalarında aparılır. Gəncədə üzüm bazarını bu sort açır. Məhsuldarlığı ortadır. Təzə halda yeyilmək üçün yararlıdır.

İstinadlar redaktə


Saytda 228 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024