Ağaşirin Cəfərov Haqqinda Melumat - Vikipedia

Ağaşirin Cəfərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağaşirin Cəfərov

Cəfərov Ağaşirin Ağaməmməd oğlu (10 iyul 1906, Ballıcalı, Cavad qəzası3 may 1984, Neftçala) — Sovet İttifaqı Qəhrəmanı[1].

Cəfərov Ağaşirin
Cəfərov Ağaşirin Ağaməmməd oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyul 1906(1906-07-10)
Doğum yeri
Vəfat tarixi 3 may 1984(1984-05-03) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Cəfərov Ağaməmməd
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi kiçik çavuş
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı

Həyatı redaktə

25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur.

1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır.

Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.

O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.

Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.

3 may 1984-cü ildə vəfat etmişdir. Məzarı Neftçala şəhərindəki İsmilli aramgahındadır.

Neftçala rayonu Astanlı kənd tam orta məktəbi Ağaşirin Cəfərovun adını daşıyır. Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır[2].

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Джафаров Агаширин Агамамед оглы". 2012-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
  2. "Neftçala qəhramanlar". 2011-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-30.

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024