Ağa Əminov Haqqinda Melumat - Vikipedia

Ağa Əminov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov (1888, Bakı1921, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Ağa Əminov
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri
bayraq2
14 mart 1919 – 22 dekabr 1919
ƏvvəlkiMirzə Əsədullayev
Sonrakıvəzifə ləğv olundu
18 fevral 1919 – 27 aprel 1920
Müsavat və bitərəflər fraksiyasının üzvü
Şəxsi məlumatlar
Doğum tarixi 1888
Doğum yeri
Vəfat tarixi 1921
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti mühəndis, siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır.[1]

Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır.

Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir.

Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir.

Siyasi fəaliyyəti redaktə

Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur.[2]

Azərbaycan Xalq Cümhuriyyəti dövrü redaktə

 
I Yusifbəyli hökumətinin üzvləri. Arxa sırada soldan 3-cü Ağa Əminov

Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır.

Parlamentdə redaktə

Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir. O, parlamentdə qanun layihəsi komissiyasının üzvü olmuşdur.[3]

Ağa Əminovun parlamentdəki son çıxışı 26 aprel 1920 tarixində keçirilən sayca 144-cü iclasda Orta təhsil məktəblərinin hazırlıq sinifl ərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi zamanı olmuşdur.[4]

Hökumətdə redaktə

Ağa Əminov 1919-cu ilin martın 14-də təşkil olunan I Yusifbəyli hökumətində Müsavat üzvü olaraq ticarət və sənaye naziri vəzifəsinə təyin olunmuşdur.[3]

Ağa Əminov nazir olduğu dövrdə iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs göstərdi, neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında hökumət qərarının qəbuluna nail olmuşdur.[5]

Ağa Əminov Azərbaycanda ilk dəfə olaraq məlumat alıb-ötürmək imkanlarının genişlənməsi üçün informasiya agentliyinin yaradılması ilə bağlı hökumətin hazırladığı qanun layihəsini parlamentə təqdim etmişdir. Sonradan onun bu çıxışı "AzərTAc" İnformasiya Agentliyinin yaradılmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti olan "Azərbaycan" qəzeti 1920-ci il martın 2-də ilk dəfə olaraq "AzərTAC" imzası ilə nəşr olunmuşdur.[6]

Partiya fəaliyyəti redaktə

Ağa Əminov 1912-ci ildə Müsavat Partiyasına üzv olmuşdur.[2]

Mənbə redaktə

İstinadlar redaktə

  1. "Peterburq ali məktəblərində oxumuş tələbələrimiz". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  2. 1 2 Ağa Əminov // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. 440. ISBN 9952-417-14-2.
  3. 1 2 "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-06.
  4. Azərbaycan Respublikası Dövlət Arxivi, f. 895, s. 1, i. 288, v. 4–26.
  5. Cümhuriyyət Qurucuları, 2018. səh. 352
  6. N. Əhmədov. Cümhuriyyətin AzərTAC yadigarı: yaranma zərurəti və keçdiyi yol haqqında. "525-ci qəzet", 07.03.2018

Ədəbiyyat redaktə

  1. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  3. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024