Ağa Hüseyn Arif Haqqinda Melumat - Vikipedia

Ağa Hüseyn Arif Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağa Hüseyn Arif

Ağa Hüseyn Arif (1762, Təbriz1813, Şuşa) — şair.

Ağa Hüseyn Arif
Ağa Hüseyn Təbrizi
Təxəllüsü Ариф
Doğum tarixi 1762
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri Şuşa
Dəfn yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ağa Hüseyn Arif Vikimənbədə

Həyatı redaktə

Ağa Hüseyn Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Şair idi. Arif təxəllüsü ilə incə təbli şeirlər yazırdı. İbrahimxəlil xan Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi. Ağa Hüseyn Arif bu yürüşlə bağlı yazırdı:

Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,
Dağılıb hər biri bir guşədə pünhan oldu…

Ağa Hüseyn bu şeirindən sonra Təbrizdə Dünbililərin zülmünə dözməyib, tənqid etdiyi İbrahimxəlil xan Cavanşirə pənahlandı. Köçüb Şuşa şəhərində məskunlaşdı. Qarabağ xanı onu Şuşada evlə, hər cür avadanlıqla təmin etdi.

Ağa Hüseyn Arif 1813-cü ildə vəfat edib.

Ağa Hüseyn Bədirlə ailə qurmuşdu. Əbdürrəzzaq, Baba, Əzim, Həzrətqulu adlı oğulları, Səkinə adlı qızı vardı.

Ağa Hüseyn Arif Şuşada yaradıcılığını davam etdirdi. Divan bağladı.

Yaradıcılığı redaktə

Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et,
Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et.

Yetişcək sayəvəş torpağa düş, qəmxarıma söylə,
Qəmi-hicrində hali-zarimi izhari-qəmxar et.

Ki, ey peymanşikən, mehri-vəfası olmayan dilbər,
Təqafül eyləmə bir ləhzə, əxmi-kuyi-dildar et.

Əlindən öp, ona şərh eylə əhvali-pərişanı,
Ayağına düşüb öz başın üçün yarə izhar et.

Ki, gəlmiş aşiqi-biçarə yanından səba söylər,
Ki, ey qəmxar, xəbi nazdan cananı bidar et.

Əcəl verməz aman, can nəqdini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et.

Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibi, barmi-ilahi, mən kimi məhrumi-didar et.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Ağa Hüseyn arifin törəmələri, "Soy", 8 (16). Bakı, 2008.

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024