Ağa Zeynallı Haqqinda Melumat - Vikipedia

Ağa Zeynallı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağa Zeynallı

alim

Ağa Hacıbala oğlu Zeynallı (20 iyun 1952, Kürdəmir31 may 2023, Kürdəmir) — Azərbaycan tarixçisi, tədqiqatçı[1]. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ağa Zeynallı
Doğum tarixi 20 iyun 1952(1952-06-20)
Doğum yeri
Vəfat tarixi 31 may 2023(2023-05-31) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Üzvlüyü

Həyatı redaktə

Ağa Zeynallı 20 iyun 1952-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta təhsilini keçmiş 13 saylı, indiki 6 saylı dəmiryol orta məktəbində almışdır. 1977-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca tarixçidir.

Ağa Zeynallı 31 may 2023-cü ildə Kürdəmir şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur.

Fəaliyyəti redaktə

Kürdəmir tarixinin tədqiqinə tələbəlik illərindən başlamışdır. XX əsrin 80–90-cı illərində mətbuatda bununla bağlı silsilə yazıları dərc edilmişdir. 15-ə qədər kitabın müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəsi redaktə

Ağa Zeynallı əslən Şamaxının Sarıtorpaq məhəlləsindən, şair Məhəmməd Hadi şəcərəsindəndir.

Kitabları redaktə

  • Kürdəmir faciəsi və Qafqaz islam ordusunun qurtuluş savaşları (1918). Bakı: Şirvannəşr, 2010, 195 səh.[2]
  • Kürdəmir 1883–1923-cü illərdə. Bakı, 2011
  • Yaşamaq yanmaqdır yanasan gərək. Bakı, 2012
  • Kürdəmir və Kürdəmirlilər Soykökümüz Mənşəyimiz. Bakı, 2013
  • Kürdəmir xanlıqlar dövründə və müridizm hərəkatında (1743–1883). Bakı: Elm və təhsil, 2013, 160 səh.
  • Kürdəmir 1923–1963-cü illərdə. Bakı, 2014
  • Kürdəmirin tarix yaradan oğlu Mustafa Mahmudov. Bakı, 2014
  • Kürdəmir təhsilinin tarixi. Bakı: Elm və təhsil, 2015, 279 səh.
  • Məktəb tariximiz, müəllimlərimiz, müqəddəslərimiz. Bakı: Elm və təhsil, 2016, 239 səh.[3]
  • Kürdəmir səhiyyəsinin tarixi. Bakı, 2017
  • Heç nə unudulmur, heç nə yaddan çıxmır. Bakı: Elm və təhsil, 2018, 159 səh.[4]
  • Ömrün müdrik çağı İsa Hacıyev 90. Bakı, 2019
  • Kürdəmir: Açılmamış səhifələrin izi ilə. Bakı, 2022
  • Getmək istəyirsən bəhanəsiz get. Bakı, 2023

Mükafatları redaktə

  • "Qızıl Qələm" media mükafatı — Bakı, 2010
  • "Şöhrət mükafatı" — Bakı, 2015
  • "Məmməd Əmin Rəsulzadə" Müstəqil Milli mükafatı — Bakı, 2018

İstinadlar redaktə

  1. ""Tarixdə Azərbaycanlıların Soyqrımı-Kürdəmir faciəsinin 95 illiyi"nə dair elmi-praktik konfrans keçirildi". kurdemir-ih.gov.az (az.). 09 iyun 2013. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.09.2023.
  2. AMK. Elektron kitabxana. Tarix. Tarix elmləri: Z[ölü keçid]
  3. "AMK. Elektron kitabxana: Z". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
  4. "Filologiya elmləri doktoru, professor Nadir Məmmədli". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024