Ağabəy Novruzbəyli Haqqinda Melumat - Vikipedia

Ağabəy Novruzbəyli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağabəy Novruzbəyli

Ağabəy Novruzbəyli (tam adı: Ağabəy Oqtay oğlu Novruzbəyli; 23 may 1971, Bakı, Azərbaycan SSR, SSRİ27 may 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Ağabəy Novruzbəyli
Ağabəy Oqtay oğlu Novruzbəyli
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Pirşahı ailə qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Oqtay
Milliyyəti azərbaycanlı
Təhsili M. Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti
Fəaliyyəti Tələbə

Həyatı redaktə

Ağabəy Novruzbəyli 23 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində oxuyurdu. Bundan əlavə, tarix ilə də maraqlanırdı. 1905–1920-ci illərin Azərbaycan tarixi ilə daha çox maraqlandırırdı.

Qanlı Yanvar faciəsi redaktə

Qara Yanvar hadisələrindən sonra müxtəlif rəsmi qurumlara müraciətlər etsə də, bu müraciətlər cavabsız qalmışdır. Bu səbəbdən, 19 may 1990-cı ildə gündüz saat 16 radələrində oxuduğu institutdan gətirdiyi kalium-dixromat zəhəri ilə sui-qəsd etmişdir. Zəhəri qəbul etməzdən öncə son yazısında qeyd etmişdir:

"  Bağışlayın, əzizlərim, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağa gücüm çatmadı.

Yaşasın Azad Azərbaycan![2]

" 

Sui-qəsd etdikdən sonra cəmi 7 gün yaşamış, 27 may 1990-cı il tarixində vəfat etmişdir.

Pirşahı ailə qəbiristanlığında dəfn olunmuşdur.

Xatirəsi redaktə

Bakı şəhəri 46 nömrəli tam orta məktəb Ağabəy Novruzbəyli adınadır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər redaktə


Saytda 175 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024