Ağac (material) Haqqinda Melumat - Vikipedia

Ağac (material) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağac yoxsa taxtaağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir. Nüvə tədricən ölməkədə olan hüceyrələrdən, özək isə kövrək və çox yaşlı hüceyrələrin toplaşdığı yerdir. Ağacın özəyindən səthə doğru özək şüaları yönəlir, daxildə isə qabığa nisbətən daha yüksək konsentrasiyaya malik həlqələr yerləşir. Ağac inkişaf etdikcə hər il yeni həlqə əmələ gəlir. Ağacın tərkibi başlıca efir yağları, qətranlar və başqa maddələrdən ibarətdir. Onun tərkibində sellülozun və liqninin miqdarı 60%-i təşkil edir. Sellüloz lifləri ağaca mexaniki möhkəmlik, linqin isə elastiklik verir.

Ağacın en kəsiyi, 6-qabıq, 5-mantar, 4-kambi, 3-sütul, 2-nüvə, 1-özək
Kəsilmiş ağac

Ağac anizotrop struktura malikdir, yəni onun xassələri anatomik istiqamətlərdən çox asılıdır. Müxtəlif ağaclardan hazırlanmış nümunələrin en kəsiklərində bunu aydın görmək olur. Buradan göründüyü kimi tikanlı ağac (məsələn küknar) nisbətən oxşar hüceyrələrdən ibarətdir və mantar bu ağaclarda möhkəmlik, həm də güc funksiyaları üçün cavabdehdir. Yarpaqlı ağacların strukturu dəyişən hüceyrələrdən təşkil olunur. Burada ağacın möhkəmliyinin yaranmasında damarların gücə, ağac liflərinin isə möhkəmliyə cavabdeh olması aydınca görünür. Ağac əl sənəti və sənaye üçün vacib materiallardan sayılır. Ağac materialları müxtəlif en kəsiyə malik uzunsov (çubuqşəkilli) və ya lövhə şəklində emal olunaraq müxtəlif məqsədlər üçün tətbiq olunur.

Mənbə redaktə

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.  (az.)

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Azərbaycan_SSR_əməkdar_neft_və_qen_sənayesi_işçilərinin_siyahısı SəhifəyəKeçidlərBookSources978-9941-445-52-1 SəhifəyəKeçidlərBookSources978-9941-0-4195-2 Fayl:History_of_the_United_States_from_the_Compromise_of_1850_to_the_final_restoration_of_home_azle_ SəhifəyəKeçidlərMap1250.75156.35az Fayl:Caledonia;_or,_A_historical_and_topographical_account_of_North_Britain,_from_the_most_ancient_t SəhifəyəKeçidlərQədim_MisirMisir_tanrıları Fayl:Home_and_health_and_home_economics_-_a_cyclopedia_of_facts_and_hints_for_all_departmtrts_of_hom kinoizlekazhdyj-tvoj-vdoh-every-breath-you-take-2021-hdrip-17914-tr-dublaj-izle.html SəhifəyəKeçidlərWhatLinksHerePortal:Qədim_MisirMisir_tanrıları Fayl:Applied_mechanics-_an_elementary_general_inruoduction_to_the_theory_of_structures_and_machines_ Fayl:Introductory_lecture_delivered_at_the_opening_of_the_twenty-sixth_annual_session_of_the_Woman's Fayl:A_treatise_on_the_law_of_idiocy_and_lunacy_-_to_which_is_subjoined_an_apprudix,_containing_the_ SəhifəyəKeçidlərNewSectionMüzakirə:Exnaton mp3kdlg0k6xkJkkadin-dizisi-ceyda-nin-soyledigi-sarki-mevsim-bahar-olunca-yarabbim-sru-buyuksun.htm Vtrera,_Kupid,_Folli_və_Zaman_(Bronzino) Fayl:Illusruated_catalogue_of_the_permanrut_collection_of_pictures,_drawings,_and_sculpture_-_with_b Fayl:Low_frequrucy_active_sonar_(Grueric_UK)_performance_assessmrut_in_the_operationally_significant Fayl:Life_and_correspondruce_of_Samuel_Johnson_D.D._-_missionary_of_the_Church_of_England_in_Connect
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024