Ağarəfi Rəhimov Haqqinda Melumat - Vikipedia

Ağarəfi Rəhimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağarəfi Rəhimov

Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru.

Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov
Doğum tarixi 9 may 1952(1952-05-09)
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 2005(2005-10-25) (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Fəaliyyəti aktyor

Həyatı redaktə

Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb.[1]

1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır.[2]

1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır.[1]

Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.[1]

25 oktyabr 2005-ci ildə işə gələrkən evində ürəktutmasından vəfat etmişdir.[2]

Filmoqrafiya redaktə

Ağarəfi Rəhimov aşağıdakı filmlərdə çəkilmişdir:[2]

  1. Birisigün, gecəyarısı... (film, 1981)
  2. Üzeyir ömrü (film, 1981)
  3. Evlənmək istəyirəm (film, 1983)
  4. İşarəni dənizdən gözləyin (film, 1986)
  5. Özgə ömür (film, 1987)
  6. Gülüş sanatoriyası (film, 1989)
  7. Qətl günü (film, 1990)
  8. Şirbalanın məhəbbəti (film, 1991)
  9. Yük (film, 1995)
  10. Kənddən gələn var
  11. Kənddən gələn var. II
  12. Yoxlama (film, 2006)
  13. Papaq (film, 2007)

İstinadlar redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024