Ağasəməd Əlizadə Haqqinda Melumat - Vikipedia

Ağasəməd Əlizadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağasəməd Əlizadə

Azərbaycan energetiki, texnika üzrə elmlər doktoru, professor

Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə (8 mart 1909, Şamaxı1990, Bakı) ― Azərbaycan energetiki, texnika üzrə elmlər doktoru (1948), professor (1949), AMEA-nın müxbir üzvü (1968).[1][2][3]

Ağasəməd Əlizadə
Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Bakı
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru (1948)
Elmi adı professor (1949)
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü AMEA (1968)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Həyatı redaktə

Ağasəməd Əlizadə 8 mart 1909-cu ildə Şamaxı şəhərində anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib.[1][2][3]

Əmək fəaliyyəti redaktə

Ağasəməd Əlizadə 1938–1940-cı illərdə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşalmaları cərəyanının əsas parametrlərini tədqiq edib. O, 1941–1944-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti sədrinin birinci müavini, 1944–1948-ci illərdə isə Azərbaycan SSR xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.[1][2]

Ağasəməd Əlizadə 1948–1950-ci illərdə SSRİ EA Energetika İnstitutunda tədqiqatçı, 1950–1954-cü illərdə böyük elmi işçi, 1954–1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri, 1959–1962-ci illərdə Azərbaycan Energetika İnstitutunda şöbə müdiri, 1962–1980-ci illərdə direktor, İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının müdiri vəzifələrində çalışıb.[1][2][3]

Akademik fəaliyyəti redaktə

Ağasəməd Əlizadə 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. 220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəllifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. Əsas elmi işləri ildırım hadisələrinə və ondan mühafizənin öyrənilməsinə həsr edilmişdir. Əlizadə respublikanın su və külək enerjisi ehtiyatlarının tədqiqi ilə də məşğul olub.[1][2][3]

Mükafatları redaktə

Ağasəməd Əlizadə 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib, SSRİ-nin Fəxri energetiki adına layiq görülüb.[1][2][3]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 "Əlizadə Ağasəməd Əbdülhüseyn oğlu" (Azərbaycan). science.gov.az. 2021-09-21 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 "ƏLİZADƏ AĞASƏMƏD ƏBDÜLHÜSEYN OĞLU" (Azərbaycan). www.nkpi.az. 2023-07-28 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 "Əlizadə Ağasəməd Əbdülhüseyn oğlu" (Azərbaycan). shamakhi-encyclopedia.az. 2023-07-28 tarixində arxivləşdirilib.

Saytda 212 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024