Aşıq Ələsgər (film, 1972) Haqqinda Melumat - Vikipedia

Aşıq Ələsgər (film, 1972) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşıq Ələsgər (film, 1972)

Aşıq Ələsgər qısametrajlı sənədli filmi rejissor Xamiz Muradov tərəfindən 1972-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir.

Aşıq Ələsgər
Fayl:Aşıq Ələsgər (film, 1972).jpg
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Xamiz Muradov
Ssenari müəllifi İlyas Tapdıq
Operator Fəraməz Məmmədov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı sənədli film
Müddət 17 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1972
Texniki məlumatlar 2 hissə
500 metr
Rəng rəngli]]

Məzmun redaktə

Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə həsr olunmuşdur. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət etmişlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləmiş, "Dədə Qorqud" dan başlayaraq, bugünkü aşıq yaradıcılığına qədər olan dövrdən bəhs etmişlər.[1]

Filmin üzərində işləyənlər redaktə

Ssenari müəllifi: İlyas Tapdıq
Rejissor: Xamiz Muradov
Operator: Fəraməz Məmmədov

İstinadlar redaktə

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 145

Mənbə redaktə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024