Aşıq Nabat Haqqinda Melumat - Vikipedia

Aşıq Nabat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı[1].

Aşıq Nabat
Aşıq İslam Yusifov və Aşıq Nabat (1960-cı il)
Aşıq İslam Yusifov və Aşıq Nabat (1960-cı il)
Ümumi məlumatlar
Doğum adı Nabat Paşa qızı Cavadova
Doğum tarixi 1914
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1973(1973-10-03)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti şair, aşıq

Həyatı redaktə

Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub.

1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı.

Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır[2].

Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir.[3]

3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir.

İstinadlar redaktə

  1. "AŞIQ NABAT". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
  2. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.177
  3. Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.

Mənbə redaktə

  • Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh. 192).
  • Albalıyev, Ş. Aşıq Nabatın sorağında: [folklorşünas Sədnik Paşa Pirsultanlının Aşıq Nabat "Əldə xına, gözdə yaş" adlı kitabı haqqında] //Kredo.- 2012.- 4 avqust — S.14.
  • Uğur. Aşıq Nabat //Xalq cəbhəsi.- 2012.- 2 oktyabr — S. 14.

Saytda 253 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024