Aşıq Talıb Haqqinda Melumat - Vikipedia

Aşıq Talıb Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşıq Talıb (1877, Ağkilsə, Yeni Bəyazid qəzası21 may 1979, Azad, Vardenis rayonu) — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu.[1]

Aşıq Talıb
Aşıq Talıb Aşıq Ələsgər oğlu
Aşıq Talıb Aşıq Ələsgər oğlu
Doğum tarixi 1877
Doğum yeri
Vəfat tarixi 21 may 1979(1979-05-21)
Vəfat yeri
Dəfn yeri
Uşaqları
Atası Aşıq Ələsgər

Həyatı redaktə

Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.[2]

Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur.

Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır.

Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir.

XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır.

Kitabları redaktə

 
  • "Könlüm Vətən arzular".

İstinadlar redaktə

  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Xarici keçidlər redaktə


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024