Aşıq Xosrov Məhəmmədoğlu Haqqinda Melumat - Vikipedia

Aşıq Xosrov Məhəmmədoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşıq Xosrov Məhəmmədoğlu

Aşıq Xosrov Məhəmmədoğlu (Kolanlı) — XX-XXI əsr Azərbaycan aşığı.

Aşıq Xosrov Məhəmmədoğlu
Xosrov Məhəmməd oğlu Səfərov
Fotoşəkil 10 avqust 2012-ci ildə Bərdə rayonunda çəkilmişdir
Fotoşəkil 10 avqust 2012-ci ildə Bərdə rayonunda çəkilmişdir
Digər adı Aşıq Xosrov Kolanlı
Doğum tarixi
Doğum yeri Qalayçılar, Ağdam rayonu
Vəfat tarixi (82 yaşında)
Dəfn yeri Mirəşelli, Ağdam rayonu
Fəaliyyəti aşıq

Həyatı redaktə

Aşıq Xosrov Məhəmmədoğlu (Səfərov) 1938-ci il fevralın 5-də (qeyri-rəsmi məlumata görə 1936-cı ildə) Ağdam rayonunun Kolanlı bölgəsinin Qalayçılar kəndində anadan olub. Aşıq Məhəmməd Kolanlının oğlu və sonuncu şagirdidir[1].

1984-cü ildə Bakıda keçirilən Aşıqlar qurultayının nümayəndəsi olub[1].

Ağdam rayonunun işğalından sonra Bərdə rayonunda yaşayıb.

Yaradıcılığı redaktə

Erkən yaşlarından atası ilə aşıq məclislərinə gedən Aşıq Xosrov "Misri", "İrəvan çuxuru", "Qəhrəmani", "Ayaq cəlili", "Orta cəlili", "Ayaq divani", "Məhəmməd Hüseyni" havalarını ifa edərmiş. Ustad Aşıq Xaspolad Gülablı ilə aşıq məclisləridə, el şənliklərində birlikdə iştirak edib. Həmçinin Gəncəli Qədir, Aşıq Cavad Hüseyn, Aşıq Mayis və b. ilə dostluq edir. Onun bu sənətdə püxtələşməsində Gəncə aşıqlarının xüsüsi rolu olub[1].

Aşıq Xosrov Məhəmmədoğlu (Kolanlı) təkcə ifaçı aşıq yox, həm də yaradıcı aşıqdır. Bu ustad aşığın çoxlu şeirləri olsa da, yaradıcılığının çox hissəsi köçkünlük vaxtı itib-batmışdır. Yaradıcılığında Azərbaycan aşıq şerinin klassik ənənələri (təbiət təsviri, məhəbbət lirikası, yurd həsrəti, vətən nisgili) davam etdirilir[1].

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Almara Nəbiyeva, Qarabağ aşıq mühiti. Bakı, Təknur, 2019.

Xarici keçidlər redaktə


Saytda 219 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024