Aşağı Şurtan Haqqinda Melumat - Vikipedia

Aşağı Şurtan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşağı Şurtan

Kəlbəcər rayonunda kənd

Aşağı ŞurtanAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd.[1]

Aşağı Şurtan
39°59′31″ şm. e. 46°00′08″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Şurtan xəritədə
Aşağı Şurtan
Aşağı Şurtan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası redaktə

Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır.[2]

Tarixi redaktə

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[4]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]

Coğrafiyası redaktə

Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir.[2]

Əhalisi redaktə

1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.[7]

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
  3. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  4. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  5. "Nagorno Karabakh". Human Rights Watch. 1994. 22 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2020. The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
  6. "Azerbaijani Forces Reclaim Second District From Armenians Under Nagorno-Karabakh Truce". RFERL.org (ingilis). Radio Free Europe/Radio Liberty. 25 noyabr 2020. 25 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2020.
  7. Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. С. 22

Xarici keçidlər redaktə



Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024