Aşağı Əndəmic Haqqinda Melumat - Vikipedia

Aşağı Əndəmic Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşağı Əndəmic

Aşağı Əndəmic (əvvəlki adı: Aşağı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi adlandırılmışdır.[2]

Aşağı Əndəmic
38°55′ şm. e. 46°01′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 846 nəf. (2009)
Xəritəni göstər/gizlə
Aşağı Əndəmic xəritədə
Aşağı Əndəmic
Aşağı Əndəmic

Tarixi redaktə

29 mart 2005-ci ildə Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]

Aşağı Əndəmiç oyk., mur. Ordubad rayonunun Nüsnüs inzibati ərazi vahidində kənd. Ordubad çayının sahilindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində keçmış Əndəmiç kəndindən çıxmış ailələr salmış və Aşağıda, çökəkdə yerləşdiyinə görə belə adlanmışdır. Xalq danışıq dilində əndə "eniş-yoxuş"; "cala-cuxur", mış "su yığılan yer" mənalarını ifadə edir. Beləliklə, oykonim "su yığılan cala, cuxur yer" mənasındadır. 2003-cu ildən kəndin adı Aşağı Əndəmic kimi rəsmiləşdirilmişdir.[4].

Coğrafiyası və iqlimi redaktə

Rayonun mərkəzindən 5 km şimal-qərbdə, Dübəndi çayının sağ sahilindədir.

Əhalisi redaktə

Əhalisi 846 nəfərdir.[5]

İqtisadiyyatı redaktə

Əhalisi bağçılıq, heyvandarlıqtərəvəzçiliklə məşğuldur.

İnfrastrukturu redaktə

Orta məktəbi, kitabxanası, kulubu, tibb məntəqəsi var[6].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
  4. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
  5.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  6. "Aşağı Əndəmic kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023