Aşağı Maralyan Haqqinda Melumat - Vikipedia

Aşağı Maralyan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşağı Maralyan

Cəbrayıl rayonunda kənd

Aşağı MaralyanAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu inzibati-ərazi vahidində kənd. Araz çayının sol sahilində, düzənlikdədir.

Aşağı Maralyan
39°20′43″ şm. e. 47°13′05″ ş. u.
Ölkə
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 170 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Maralyan xəritədə
Aşağı Maralyan
Aşağı Maralyan
Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Maralyan

Tarixi redaktə

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası redaktə

Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır.[2] Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.[3]

İqtisadiyyatı redaktə

Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi.

Coğrafiyası və iqlimi redaktə

Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb, Bakı-2007. I cild, səh.427
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb, Bakı-2007. II cild, səh.94

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024