Aşikaqa şoqunatı Haqqinda Melumat - Vikipedia

Aşikaqa şoqunatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşikaqa şoqunluğu

(Aşikaqa şoqunatı səhifəsindən istiqamətləndirilmişdir)

Aşikaqa şoqunatıYaponiyada mövcud olmuş şoqunat.

Ümumi məlumat redaktə

Minamoto dövrü (1192—1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsasını qoyan Aşikaqa Takauci şoqunun qərargahını Kamakuradan, yenidən Yaponiyanın paytaxtı olan Kyotoya keçirdi. Şoqun sarayı Kyotonun rayonlarından biri Muromatidə yerləşirdi. Bu mərhələnin adı da burdan yaranıb- "Muromati mərhələsi".

Xüsusiyətləri redaktə

Aşikaqa mərhələsi yapon şoqunat tarixində san ki ara dövrü vəziyətini tutur. Yapon şoqunatının başlanğıc dövrü ilə onun son dövrü arasında bir növ körpü olaraq, onu fərqləndirən cəhət odur ki, bu mərhələdə(XIV-ci əsrin ortasından XVI-ci əsrin ikinci yarısına qədər) ölkənin sosial-siyasi və iqtisadi həyatı durğunluq dövrü yaşayır.[1]

Ancaq XVI-cı əsrin ikinci yarısı mərhələsi istisna təşkil edir. Bu zaman hadisələr çox sürətlə cərəyan edirdi. Əslində bu dövrü ancaq şərti olaraq Aşikaqa dövrünə aid etmək olar: həmin vaxta qədər Aşikaqa evindən olan şoqunlar artıq demək olar ki hakimiyəti tamamilə itirmişdilər. Onlar hadisələrin iştirakçıları deyil, şahidləri idilər.

Bir çox yapon alimi XVI sərin sonuncu rübünü(1573 cü ildə Aşikaqa sülaləsinin sonuncu şoqunu devriləndən sonra və 1603-cü ildə Tokuqava evindən olan ilk şoqunun elan olunmasına qədər), şəxsi diktaturalar dövrü adı ilə xüsusi mərhələyə ayırılar.[2]

Şoqunat sistemi şəxsi diktaturadan başqa bir şey deyildi, hərçənd ki müəyyən feodal sülalənin hakim mövqyini əks etdirirdi. Aşikaqa feodal evinin tarixində təxminən otuz illik bir mərhələ, şoqun Yesimitsunun hakimiyəti illəri (1379-1408) xüsusi qeyd edilir. Yesimitsu ilk olaraq imperatorluğun iki düşmənçilik edən qanadını barışdırmaq qərarına gəldi. Yaponiyada şoqunat yaranandan sonra öz talyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər.

Kemmu bərpası redaktə

Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Hoco evinin əlində idi. Hoco klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər.

Ədəbiyyat redaktə

  • А.А Искендеров. Тойотоми Хидейоши. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1984

İstinadlar redaktə

  1. Bax:W.Dening. The Life of Toyotomi Hideyoshi. Tokyo, 1955, s. 26 Bu sözlərin doğruluğunu təsdiq etmək üçün müəllif "Nihon qaysi" yə istinad edirək yazır ki Asikaqa mərhələsi, dövlət adında olduqca uzun quyruğu olan əjdahaya bənzəyir ki onu yellədə bilmir, başı isə bədən üzvlərini idarə etmək qabiliyətindən tamamilə məhrum olub.
  2. Н.И.Конрад. Япония. Народ и государство. Исторический очерк. Пг., 1923, с. 25

Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023