ABŞ tarixi Haqqinda Melumat - Vikipedia

ABŞ tarixi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Amerika Birləşmiş Ştatları tarixi

ABŞ tarixindəki hadisələr və şəxslər
(ABŞ tarixi səhifəsindən istiqamətləndirilmişdir)

Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı.

Sakit Okean Adaları Qəyyum Ərazisinə 1994-cü ildə müstəqillik verildikdən sonra ABŞ-nin hazırkı əraziləri

1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi. General Corc Vaşinqtonun rəhbərlik etdiyi İstiqlal müharibəsində qələbə qazanıldı. 1783-cü il Paris sülh müqviləsi yeni dövlətin sərhədlərini müəyyən etdi. Konfederasiya maddələri mərkəzləşdirilmiş hökumət qurdu, lakin vergiləri toplaya bilmədiyi və icra məmuru olmadığı üçün sabitliyi təmin etməkdə təsirsiz qaldı. Konvensiya 1789-cu ildə qəbul edilmiş yeni Konstitusiyanı yazdı və ayrılmaz hüquqları təmin etmək üçün 1791-ci ildə Hüquqlar haqqında Bill əlavə edildi. İlk prezident Vaşinqton və onun baş müşaviri Aleksandr Hamilton ilə güclü mərkəzi hökumət yaradıldı. 1803-cü ildə Fransadan Luiziana ərazisinin satın alınması ABŞ-nin ərazisini iki dəfə artırdı.

Açıq taledən ruhlanan ABŞ Sakit okean sahillərinə qədər ərazisini artırdı. Ölkə ərazisinə görə böyük olsa da, 1790-cı ildə əhalisi cəmi 4 milyon idi. Qərbə doğru genişlənmə fermerlər və qul sahibləri üçün ucuz torpaq axtarışından qaynaqlanırdı. Köləliyin genişlənməsi getdikcə daha çox mübahisəli oldu və kompromislərlə həll edilən siyasi və konstitusional döyüşləri qızışdırdı. Köləlik 1804-cü ildə Meyson-Dikson xəttinin şimalındakı bütün ştatlarda ləğv edildi, lakin cənubdakı ştatlar cənub iqtisadiyyatına hakim olan kənd təsərrüfatını dəstəkləmək üçün köləliyi davam etdirdi. 1860-cı ildə Avraam Linkolnun prezident seçilməsi ilə başlayan vətəndaş müharibəsi cənub ştatlarının ittifaqdan ayrılaraq öz köləlik tərəfdarı olan Amerika Konfederativ Ştatlarını yaratmaqla başladı. 1865-ci ildə Konfederativlərin məğlubiyyəti köləliyin ləğvinə səbəb oldu. Müharibədən sonrakı Yenidənqurma dövründə azad olunmuş kişi qullara səs vermə hüququ verildi. Milli hökumət daha da gücləndi və fərdi hüquqları qorumağa başladı. Lakin ağdərili cənublu Demokratlar 1877-ci ildə səsvermənin əsasən hərbiləşdirilmiş şəkildə yatırılması yolu ilə Cənubda öz siyasi güclərini bərpa etdikdə, ağdərililərin üstünlüyünü qorumaq üçün Cim Krou qanunlarını, eləcə də irqə əsaslanan ayrı-seçkiliyi qanuniləşdirən və əksər afroamerikalıların ictimai həyatda iştirakının qarşısını alan yeni ştat konstitusiyalarını qəbul etdilər.

ABŞ sahibkarlıq və sənayeləşmə bumu və milyonlarla miqrant işçi və fermerin gəlişi nəticəsində XX əsrin əvvəlində dünyanın qabaqcıl sənaye gücünə çevrildi. Milli dəmir yolu şəbəkəsi hazırlandı və irimiqyaslı mədən və fabrikalar quruldu. Korrupsiya, səmərəsizlik və ənənəvi siyasətə qarşı olan kütləvi narazılıq 1890-cı illərdən 1920-ci illərə qədər Proqressiv hərəkatı canlandırdı, eləcə də federal gəlir vergisi, senatorların birbaşa seçilməsi, bir çox yerli xalqa vətəndaşlıq verilməsi, spirtli içki qadağasıqadınların seçki hüququ kimi islahatlara səbəb oldu. Birinci Dünya müharibəsində başlanğıcda birtərəf olan ABŞ 1917-ci ildə Almaniyaya müharibə elan etdi və sonrakı il Antanta dövlətlərinin zəfərini maliyyələşdirdi. Kükrəyən iyirmilərdən sonra 1929-cu il birja çöküşü on il davam edəcək olan dünya miqyaslı Böyük böhranın başlanğıcı oldu. Prezident Franklin Ruzvelt işsizlərə kömək, fermerlərə dəstək, sosial təhlükəsizlik və ortalama əmək haqqı da daxil olmaqla yeni kurs proqramlarını qüvvəyə mindirdi. Yaponiyanın Pörl-Harbora hücumundan sonra ABŞ İkinci Dünya müharibəsinə girərək Anti-Hitler koalisiyasını maliyyələşdirmiş və Avropa cəbhəsində Nasist AlmaniyasıFaşist İtaliyasının məğlub olmasına dəstək göstərmişdir. ABŞ-nin iştirakı Sakit Okean müharibəsində Yaponiya imperiyasını məğlub etmək üçün Hiroşima və Naqasakidə yeni icad edilmiş amerikan nüvə silahlarından istifadə etməklə kuliminasiya nöqtəsinə çatdı.

ABŞ və SSRİ İkinci Dünya müharibəsindən sonra iki hegemon güc olaraq meydana çıxdı. Soyuq müharibədə iki ölkə silahlanma yarışı, kosmik yarış, təbliğat kampaniyalarıvasitəçilik müharibələrində mübarizə apardı. 1960-cı illərdə böyük miqyaslı mülki hüquqular hərəkatı sayəsində afro-amerikalıların səs vermə və hərəkət azadlığı kimi konstitusional hüquqlarını təmin edən sosial islahat dalğası qüvvəyə mindi. 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə ABŞ siyasəti vergi və dəyişikliklərin azaldılması istiqamətində yenidən quruldu. Soyuq müharibə 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatdı və ABŞ dünyanın tək hegemon dövləti oldu. Soyuq müharibədən sonra xarici siyasət, xüsusilə də 11 sentyabr hücumlarından sonra əsasən Orta Şərqə yönəlmişdir. XXI əsrin əvvəllərində ABŞ-də dünyaya mənfi təsir göstərən Dünya iqtisadi böhranıCOVID-19 pandemiyası yaşandı.

Aborigenlər redaktə

 
Buzsuz dəhlizin və xüsusi paleohindi məntəqələrinin təxmini yeri (Klovis nəzəriyyəsi)

Amerikan aborigenlərinin Amerika qitəsinə və hazırkı ABŞ ərazisinə ilk gəlişi və məskunlaşması dəqiq bilinmir. Başlıca nəzəriyyəyə görə, Avrasiyadan gələn insanlar Son buzlaq dövründə Sibirlə hazırkı Alyaska arasındakı quru körpü olan Beringiyadan keçərək cənuba tərəf Amerikaya yayılmışdır. Bu köç 30.000 il əvvəl başlamış[1] və 10.000 il əvvələ qədər, hansı ki, quru körpünün buzların əriməsi ilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində su altında qaldığı vaxta qədər davam etmiş ola bilər.[2] Paleohindilər adlandırılan bu aborigenlər qısa müddətdə mədəni cəhətdən müxtəlif yüzlərlə yaşayış məntəqəsi və ölkə qurmuşdur.

Kolumbaqədərki sivilizasiya Üst Paleolit dövründəki ilkin məskunlaşmadan başlayaraq erkən müasir dövrdə Avropa müstəmləkəçiliyinə qədər davam edən, Amerika qitəsində Avropa təsirlərinin görünməsindən əvvəlki Amerika tarixinin bütün dövrlərini özündə birləşdirir. Termin texniki olaraq Xristofor Kolumbun 1492-ci ildə səyahətindən əvvəlki dövrə aid edilsə də, praktikada bu termin əsasən Kolumbun ilk gəlişindən onilliklər və ya əsrlər sonra baş vermiş olsa belə, avropalılar tərəfindən fəth edilənə və ya əhəmiyyətli dərəcədə təsirlənənə qədər Amerikanın yerli mədəniyyətlərinin tarixini əhatə edir.[3]

Paleohindilər redaktə

 
Alfred Kreberə görə, Kolumbaqədərki Şimali Amerikanın mədəni əraziləri

E.ə. 10.000-ci ildə insanlar Şimali Amerikada nisbətən daha yaxşı məskunlaşmışdılar. İlk başlarda paleohindilər mamont kimi Buzlaq dövrünün meqafaunalarını ovladılar, lakin onların nəsli tükənməyə başladıqda insanlar qida mənbəyi kimi bizonlardan istifadə etdilər. Getdikcə meyvələr və toxumlar üçün qida axtarmaq ovçuluğun alternativinə çevrildi. Orta Meksikadakı paleohindilər e.ə. 8.000-ci il civarında qarğıdalı, lobya və balqabaq becərməyə başlayaraq Amerikada təsərrüfatla məşğul olan ilk insanlar oldular. Bunun haqqındakı məlumat nəhayət şimala tərəf yayılmağa başladı. E.ə. 3.000-ci ildə ArizonaNyu-Meksiko vadilərində insanlar qarğıdalı becərməyə başlamış, ardınca ibtidai suvarma sistemləri və Hohokamın ilk kəndləri yaradılmışdır.[4][5]

Müasir ABŞ ərazisindəki ən qədim mədəniyyətlərdən biri Klovis mədəniyyətidir. Bu mədəniyyət ilk növbədə Klovis ucu adlanan yivli nizə uclarının istifadəsi ilə tanınır. E.ə. 9.100—8.850-ci illərdə Şimali Amerikanın çox hissəsinə yayılmış bu mədəniyyət Cənubi Amerikada da görülmüşdür. Bu mədəniyyətə aid əsərlər ilk dəfə 1932-ci ildə Nyu-Meksiko ştatının Klovis şəhərinin yaxınlarında tapılmışdır. Folsom mədəniyyəti də oxşardır, lakin o, Folsom ucunun istifadəsi ilə tanınır.

Linqivistiklər, antropoloqlar və arxeoloqların müəyyən etdiyi növbəti köç e.ə. 8.000-ci il civarında baş vermişdir Bu köç e.ə. 5.000-ci ildə Şimal-qərbi Sakit okeana çatmış na-dene dillərində danışan xalqları əhatə edir.[6] Buradan Sakit okean sahili boyunca və daxili ərazilərlə köç etmiş, eləcə də kəndlərində sadəcə mövsumi olaraq yayda ovçuluq və balıqçılıq, qışda isə qida toplamaq üçün istifadə edilən çox ailəli böyük məntəqələr inşa etmişdirlər.[7] E.ə. 5.000—e. 600-cü illərində yaşamış digər bir qrup olan Oşara mədəniyyətinin insanları arxaik cənub-qərbinin bir hissəsi idi.

Kurqan inşaatçıları və anasazilər redaktə

border=none  Əsas məqalələr: Kurqan inşaatçılarıAnasazilər
 
Kaxokiyada yerləşən Monks-Maund kurqanı (UNESCO Ümumdünya irsi)
 
Mesa-Verde milli parkında yerləşən Kliff Pelas (UNESCO Ümumdünya irsi)

Adena mədəniyyəti e.ə. 600-cü il civarında böyük ölçülü kurqanlar tikməyə başladılar. Onlar bilinən ən qədim kurqan inşaatçılarıdır, lakin ABŞ-də bu mədəniyyətdən də qədim kurqanlar vardır. Votson-Breyk Luizianada yerləşən e.ə. 3.500-cü ilə aid 11 kurqandan ibarət kompleksdir. Poverti-Point mədəniyyətinin inşa etdiyi Poverti-Point e.ə. 1.700-cü ilə aid kurqan kompleksidir. Bu kurqanlar çox güman ki, dini məqsədlə tikilmişdi.

Adenalılar geniş ərazidə alət və mal ticarəti ilə məşğul olan güclü xalq olan Houpvell mədəniyyətinə daxil oldular. Onlar Adenanın kurqan inşa etmək adətini davam etdirdilər. Cənubi Ohayodakı keçmiş ərazilərinin nüvəsində hələ də mövcud olan bir neçə min kurqanın qalıqları mövcuddur. Houpvell "Houpvell mübadilə sistemi" adlanan və ən böyük dərəcədə indiki Cənub-Şərqdən Ontario gölünün Kanada tərəfinə qədər uzanan ticarət sisteminin əsasını qoymuşdur.[8] Bizim eranın 500-cü ilində houpvellilər də daha böyük Missisipi mədəniyyətinə daxil olmuş və yoxa çıxmışdırlar.

Missisipilər geniş qəbilə qrupu idi. Ən mühüm şəhəri indiki Missuri ştatının Sent-Luis şəhərinin yaxınlığında yerləşən Kaxokiya idi. Bu şəhər XII əsrdə kuliminasiya nöqtəsinə çatanda əhalisinin sayı təxminən 20.000 nəfər idi, belə ki, bu say o vaxtkı Londonun əhalisindən daha çox idi. Bütün şəhər 30 metr hündürlükdə olan Monks-Maund kurqanının ətrafında toplanmışdı. Kaxokiya həmin dövrün bir çox şəhər və kəndi kimi ovçuluq, qida toplama, ticarət və təsərrüfatla məşğul idi. Həmçinin mayyalılar kimi cənub xalqlarından təsirlənərək kölələr və insan qurban etmək ilə təbəqələşmə sistemi yaratmışdılar.[4]

Cənub-Qərbdə anasazilər e.ə. 900-cü il civarında daşdan və kərpicdən pueblolar inşa etməyə başlamışdı.[9] Mesa-Verdedə yerləşən Kliff Pelas nümunəsindən göründüyü kimi bu bina tipli tikililər əsasən qaya üz inşa edilmişdir. Bəziləri şəhər böyüklüyündə olmuşdur. Nyu-Meksikodakı Çako çayı boyunca uzanan Pueblo-Bonito vaxtıykən 800 otaqdan ibarət olmuşdur.[4]

Şimal-qərb və şimal-şərq redaktə

 
Tlingit Kiks.ádi klanına aid K'alyaan totem dirəyi 1804-cü il Sitka döyüşündə həlak olanlarının xatirəsinə Sitka Milli Tarixi Parkında ucaldılmışdır.

Sakit okean şimal-qərbinin aborigenləri çox güman ki, Amerikanın ən zəngin yerliləri idi. Bu ərazidə bir çox müxtəlif mədəni qrup və siyasi qurumlar inkişaf etdi. Onların hamısı müəyyən inancları, adət-ənənələri və təcrübələri, məsələn, qızılbalığın mənbə və mənəvi simvol kimi mərkəzi rol oynamasını paylaşırdılar. Bu ərazidə hələ e.ə.1.000-ci ildə daimi kəndlər inkişaf etməyə başladı və bu icmalar potlaç adlandırılan hədiyyə ziyafəti ilə qeyd olunurdu. Bu məclislər adətən totem dirəyinin ucaldılması və ya yeni rəisin qeyd olunması kimi xüsusi hadisələri qeyd etmək üçün təşkil edilirdi.

Müasir Nyu-Yorkun yuxarı hissələrində yaşayan irokezlər XV əsrin ortalarında Oneyda, Moxok, Onondaqa, KayuqaSeneka qəbilələrindən ibarət konfederasiya qurdular. Bu sistem güclü, mərkəzi Avropa monarxiyalarından fərqlənən federasiya növü idi.[10][11][12] Hər qəbilənin 50 sajem başçısından ibarət qrupda yerləri var idi. Onlarının mədəniyyətinin ABŞ hökumətinin inkişafında siyasi fikirə töhfə verdiyi irəli sürülmüşdür. İrokezlər güclü idi, belə ki, bir çox qonşu qəbilə ilə, daha sonra avropalılarla döyüşmüşdülər. Əraziləri genişləndikcə Oseyc, Kanza, PonkaOmaha xalqları da daxil olmaqla daha kiçik qəbilələr daha da qərbə doğru getməyə məcbur oldu.[12][13]

Yerli havaylılar redaktə

border=none  Əsas məqalələr: Qədim HavayHavay krallığı

Havayda ilk insanların məskunlaşmasının dəqiq tarixi mübahisəli mövzudur. Lakin ilk məskunlaşmanın böyük ehtimalla eramızın 940—1130-cu illərində baş tutduğu qəbul edilir.[14] Eramızın 1200-cü ili civarında taytyan kəşfiyyatçıları ərazini kəşf edərək burada məskunlaşdılar və yeni kasta sistemi qurmağa başladılar. Bu, 600 il sonra ingilislərin gəlişinə qədər dünyanın qalan hissəsindən böyük ölçüdə ayrı qalacaq Havay sivilizasiyasının yüksəlişini qeyd etdi.[15][16][17] İngilis kəşfiyyatçı Ceyms Kukun rəhbərliyindəki avropalılar 1778-ci ildə Havay adalarına gəldi. Bu hadisədən sonrakı beş il ərzində Avropa hərbi texnologiyası I Kameameaya ada qrupunun əksəriyyətini fəth etməyə və nəticədə Havay krallığının qurulması ilə ilk dəfə adaları birləşdirməsinə kömək etmişdir.[18]

Puerto-Riko redaktə

border=none  Əsas məqalələr: Puerto-Riko tarixiTayno

Puerto-Riko adası porto-ferro insanının qalıqlarına qədər gedib çatan ən azı 4.000 illik tarixə sahibdir. Ortoiroid mədəniyyətindən başlayaraq ardıcıl yerli miqrasiyalar yerli əhalini əvəzləmiş və ya onları öz tərkibinə qatmışdır. 1000-ci ildə Aravak xalqı Kiçik Antil adaları vasitəsilə Cənubi Amerikadan gəlmişdi, bu köçkünlər 1493-cü ildə ispanların qarşılaşdığı tayno olacaqdılar. Avropa ilə təmas qurulanda 30.000—60.000 arasında yerli əhaliyə Kasik adlı tək bir rəis başçılıq edirdi.[19] Kolonizasiya sərt enkomyenda sistemi və Köhnə Dünya xəstəliklərinin səbəb olduğu epidemiyalar səbəbindən yerli xalqın məhv olması ilə nəticələndi. Puerto-Riko 1898-ci ildə ABŞ-yə ilhaqına qədər İspaniyanın bir hissəsi olaraq qaldı.[19]

Avropalıların gəlişi (t. 1000–1763) redaktə

 
Plymouth limanındakı Meyflauer gəmisi. Fleytlər, karavellalarkarakkalar ilk avropalıları Amerikaya gətirmişdir.

Skandinaviya kəşfiyyatı redaktə

Avropada Amerika haqqında yazılmış ən qədim yazılı mənbə orta əsrlər tarixçisi Adam Bremenin 1075-ci ildə yazdığı və Vinland adlandırdığı tarixi əsərdə mövcuddur.[qeyd 1][20] Həmçinin 1000-ci illərdə baş vermiş hadisələr haqqında XIII əsrə aid skandinav Vinland dastanlarında da Amerikadan bəhs edilir. Amerikada skandinav müstəmləkəsinə aid ən əsaslı arxeoloji sübut Kanadada, xüsusilə də L’Ans-o-Medouzda yerləşir və təqribən 1000-ci ilə aid edilir. Skandinav tədqiqatçılarının Yeni İngiltərədə və digər şərq sahillərində də quruya çıxıb-çıxmadığına dair əhəmiyyətli elmi mübahisələr vardır.[21] 1925-ci ildə Prezident Kalvin Kulic Leyf Eriksson (təxminən 970—1020-ci illər) adlı skandinav tədqiqatçının Amerikanı kəşf etmiş ilk avropalı olduğunu elan etmişdir.[22]

Erkən müstəmləkələr redaktə

İspanlar Amerika qitəsini 1492-ci ildə kəşf etdi. Böyük Avropa dövlətlərinin dəstəklədiyi kəşfiyyat dövründən sonra ilk ingilis məntəqəsi 1607-ci ildə quruldu. Avropalılar Amerikaya at, mal-qara və donuz gətirdilər, qarşılığında isə Avropaya qarğıdalı, hind quşu, pomidor, kartof, tütün, lobya və balqabaq apardılar. Bir çox tədqiqatçı və erkən köçənlər Amerikada yeni xəstəliklərə məruz qaldıqdan sonra öldü. Lakin müstəmləkəçilərin daşıdığı yeni Avrasiya xəstəliklərinin, xüsusən də çiçəkqızılca xəstəliyinin təsiri yerli amerikalılar üçün daha pis idi, çünki onlara qarşı immunitetləri yox idi. Onlar epidemiyalardan əziyyət çəkirdilər və adətən geniş miqyaslı Avropa məskunlaşması başlamazdan əvvəl çoxu öldü. Cəmiyyətləri ölümlərin miqyasının böyüklüyünə görə dağıldı və məhv oldu.[23][24]

İspan müstəmləkəçiliyi redaktə

 
Kolumbun Haiti adasına enişi

Xristofor Kolumbun ekspedisiyaları (1492-ci ildə başlayan) indiki ABŞ əraziləri olan Puerto-RikoABŞ Vircin adalarının bir hissəsi də daxil olmaqla Karib hövzəsində mülklər qurmasından sonra ispan səyyahları skandinavlardan sonra indiki ABŞ ərazisinə çatmış ilk avropalılar idi. Xuan Ponse de Leon 1513-cü ildə Floridaya gəlib çatdı.[25] İspan ekspedisiyaları qısa müddət ərzində Appalaç dağları, Missisipi çayı, Böyük Kanyon[26]Böyük Düzənliklərə çatdı.[27]

1539-cu ildə Hernando de Soto Cənub-Şərqi geniş şəkildə kəşf etdi.[27] Bundan bir il sonra Fransisko Koronado qızıl axtarışı üçün Arizonadan Kanzasın mərkəzinə qədər kəşf etdi.[27] Koronadonun qrupundan qaçan atlar Böyük Düzənliklərə yayıldı və düzənlik hindliləri bir neçə nəsil ərzində at sürməyi mənimsədilər.[4] Kiçik ispan məntəqələri sonda San-Antonio, Albukerke, Tuson, Los-AncelesSan-Fransisko kimi böyük şəhərlərə çevrildi.[28]

Holland müstəmləkəçiliyi redaktə

 
Yeni Amsterdam, təqribən 1626-cı il

Niderland Ost-Hind Şirkəti 1609-cu ildə səyyah Henri Hudzonu Asiyaya gedən Şimal-Qərb keçidi axtarmaq üçün göndərdi. Şirkət Şimali Amerikada xəz ticarətindən faydalanmaq üçün 1621-ci ildə Yeni Niderlandı yaratmışdır. Hollandların yanlış idarəetməsi və amerikan yerlilərinin münaqişələri səbəbindən başlanğıcda inkişaf zəif idi. Hollandlar Manhetten adasını amerikan yerlilərindən 24 ABŞ dolları qarşılığında aldıqdan sonra bu ərazini Yeni Amsterdam adlandırdılar. Yeni Amsterdam Yeni Niderlandın paytaxtı oldu. Şəhər sürətlə genişləndi, eləcə də 1600-cü illərin ortalarında mühüm ticarət mərkəzi və limana çevrildi. Hollandların kalvinist olmasına və Amerikada kalvinist kilsəsi qurmağına baxmayaraq, onlar digər dinlərə və mədəniyyətlərə qarşı tolerant idilər. Həmçinin şimaldakı irokezlərlə ticarət aparırdılar.[29]

Koloniya ingilislərin Yeni İngiltərədən genişlənməsinə maneə rolunu oynadı və nəticədə bir sıra müharibələr aparıldı. Müstəmləkə 1664-cü ildə Nyu-York olaraq Britaniya tərəfindən ələ keçirildi və paytaxtı Nyu-York adlandırıldı. Yeni Niderland Amerikanın mədəni və siyasi həyatında dini tolerantlıq, eləcə də şəhər yerlərində ağıllı ticarət və kənd yerlərində kənd ənənəçiliyi ilə bağlı qalıcı bir miras qoydu (Rip van Vinkl hekayəsi ilə xarakterizə olunur). Niderland əsilli ABŞ-nin tanınmış şəxsləri arasında Martin Van Buren, Teodor Ruzvelt, Franklin Delano RuzveltEleanora Ruzvelt yer alır.[29]

İsveç müstəmləkəçiliyi redaktə

border=none  Əsas məqalə: Yeni İsveç
 
Nothnagle Log House ABŞ-dəki ən qədim taxta tikilidir.

İsveç imperiyasının ilk illərində isveç, holland və alman səhmdarları Şimali Amerikada xəz və tütün ticarəti aparmaq üçün Yeni İsveç Şirkətini qurdular. Şirkətin ilk ekspedisiyasına 1626—1631-ci illərdə Yeni Niderlandın qubernatoru olmuş, lakin Niderland hökuməti ilə mübahisə etdikdən sonra ayrılmış Peter Minyöyt rəhbərlik etdi. Bu ekspedisiya 1638-ci ilin martında Delaver körfəzinə endi. Məskunlar indiki Delaver ştatının Vilminqton şəhərinin yerləşdiyi ərazidə Fort-Kristina qülləsini tikdilər. Həmçinin Delaver çayının hər iki tərəfindəki mülkiyyət üçün yerli qruplarla razılaşmalar qurdular.[30][31]

Növbəti on il ərzində əlavə 12 ekspedisiya İsveç imperiyasından (hazırkı Finlandiya, Estoniya və Latviyanın bəzi hissələri, eləcə də Norveç, Rusiya, Polşa və Almaniyanı da əhatə edən) məskunları Yeni İsveçə gətirdi. Koloniya indiki Merilend, PensilvaniyaNyu-Cersiyə qədər çatan bir çox fermadan əlavə 19 daimi yaşayış məntəqəsi qurdu. Bu müstəmləkə İkinci Şimal müharibəsində qonşu Yeni Niderlanddan gələn holland işğalından sonra 1655-ci ildə Yeni Niderlandın tərkibinə qatıldı.[30][31]

Fransız müstəmləkəçiliyi redaktə

 
Florida ştatının Sent-Oqastin şəhərində yerləşən San Pablo Bastion 1683-cü ildə tamamlanmışdır.

Covanni da Verraççano 1524-cü ildə Şimali Karolinaya gələrək Nyu-York limanından Narraqansett körfəzinə üzən ilk avropalı oldu. 1540-cı illərdə fransız hugenotları Florida ştatının indiki Ceksonvill şəhərinin yaxınlığındakı Fort-Karolinada məskunlaşdılar. 1565-ci ildə Pedro Menendesin rəhəbrliyindəki ispan qüvvələri bu məntəqəni dağıdıb ABŞ-a çevriləcək ilk ispan qəsəbəsini — Sent-Oqastini qurdu.

Fransızların çoxu KvebekAkadiyada (müasir Kanada) yaşayırdı, lakin Böyük göllər və Ortaqərb boyunca amerikan yerliləri ilə əhatəli ticarət əlaqələri qururdular. Missisipiİllinoys çayları boyunca kiçik kəndlərdə yaşayan fransız müstəmləkəçiləri Körfəz sahillərindəki yaşayış məntəqələri üçün taxıl mənbəyi kimi xidmət edən əkinçi icmalarında yaşayırdılar. Fransızlar Nyu-Orlean, MobilBiloksi şəhərlərində məskunlaşdılar, eləcə də Luizianada plantasiyalar qurdular.

İngilis müstəmləkəçiliyi redaktə

 
İngilis kəndliləri Şimali Karolinanın şərqində yerləşir, 1713-cü il.

Frensis Dreykin Yeni Dünyanı tərk edən ispan xəzinə gəmilərinə basqınları ilə cəlb olunan ingilislər 1600-cü illərdə şərq sahili boyunca torpaq zolağında məskunlaşdılar. Şimali Amerikadakı ilk ingilis koloniyasını Volter Reli 1585-ci ildə Roanokda qurdu, lakin bu müstəmləkə uğursuz oldu. Növbəti cəhd 20 il sonra baş verəcəkdi.[4]

İlk ingilis koloniyalarını gəlir güdən şəxsi qruplar qurmuşdu. Bu koloniyalar aclıq, xəstəlik və amerikan yerlilərinin hücumlarına məruz qalmışdı. Köçərilərin çoxu dini azadlıq axtaran ya da siyasi təzyiqdən qaçan insanlar, eləcə də Sənaye inqilabı nəticəsində didərgin düşmüş kəndlilər ya da sadəcə macəra və fürsət axtarışında olanlar idi. 1610-cu illərin sonlarından inqilaba qədərki dövr ərzində ingilislər Amerika koloniyalarına təxminən 50.000—120.000 göndərmişdi.[32]

Bəzi ərazilərdə yerli amerikalı yerlilər kolonistlərə yerli məhsulu necə əkib biçməyi öyrədirdilər. Digərlərində isə kolonistlərə hücum etdilər. Meşələr kifayət qədər tikinti materialı və odun ehtiyatı təmin edirdi. Təbii girişlər və limanlar sahilləri əhatə edərək Avropa ilə əsas ticarət üçün asan limanlar təmin edirdi. Hindi müqaviməti və daxili hissələrdə aşkar edilmiş Appalaç dağları səbəbindən yaşayış məntəqələri sahilə yaxın qaldı.[4]

Ceymstaunda ilk məntəqələr redaktə

 
1622-ci ildə Ceymstaun qətliamı

İlk uğurlu ingilis koloniyası olan Ceymstaunu Virciniya Şirkəti 1607-ci ildə Virciniyadakı Ceyms çayının üzərində qurmuşdu. Kolonistlər qızıl axtarışı ilə məşğul idi. Kapitan Con Smit ilk ildə Ceymstaunu bütöv saxladı və iki il sonra İngiltərəyə qayıdanda koloniya anarxiyaya düşdü, hətta dağılma təhlükəsi ilə qarşılaşdı. Con Rolf 1612-ci ildə Qərbi Hindistandan gələn tütün ticarətinə başladı və 1614-cü ildə ilk göndəriş Londona çatdı. Bu koloniya on il ərzində Virciniyanın əsas gəlir mənbəyi oldu.

1624-cü ildə xəstəlik və hindi hücumlarından, o cümlədən 1622-ci il Ceymstaun qətliamından sonra kral I Ceyms Virciniya Şirkətinin nizamnaməsini ləğv etdi və Virciniyanı kral koloniyasına çevirdi.

Yeni İngiltərə müstəmləkələri redaktə

 
"Plimutda ilk Şükran" (The First Thanksgiving at Plymouth), 1914-cü il, Pilgrim Hall muzeyi, Plimut, Massaçusets

Yeni İngiltərədə ilk növbədə dini təqiblərdən qaçan puritanlar məskunlaşmışdı. Pliqremlər 1620-ci ildə Meyflauer gəmisi ilə Virciniyaya tərəf yola çıxdılar, lakin fırtına nəticəsində istiqamətləri dəyişdi və Plimuta gəldilər, burada Meyflauer sazişində mövcud olan sosial qanunları qəbul etdilər. Plimutdakı ilk qışda pliqremlərin təxminən yarısı öldü.[33] Ceymstaun kimi Plimut da xəstəlik və aclıqdan əziyyət çəkirdi, lakin yerli vampanoaq hindiləri kolonistlərə qarğıdalı becərməyi öyrədirdilər.

Plimutun ardınca 1630-cu ildə puritanlar və Massaçusets körfəzi koloniyası gəldi. Onlar İngiltərədən ayrı bir özünüidarə nizamnaməsini qorudular və qurucu Con Vintropu qubernator seçdilər. Rocer Vilyams Vintropun yerli amerikalılara qarşı rəftarına və dini dözümsüzlüyünə qarşı çıxaraq din azadlığı əsasında Providens plantasiyaları, daha sonra Rod-Aylend koloniyasını qurdu. Digər kolonistlər Konnektikut çayı vadisində, həmçinin indiki Nyu-HempşirMen sahillərində yaşayış məntəqələri qurdular. 1637-ci ildə Pekot müharibəsi və 1675-ci ildə Kral Filip müharibəsi başda olmaqla amerikan yerlilərinin hücumları davam etdi.

Yeni İngiltərə kənd təsərrüfatı üçün əlverişsiz olan dağlıq ərazilərinə görə ticarət və sənaye mərkəzinə çevrildi. Çaylardan taxıl dəyirmanlarını və mişar dəyirmanlarını gücləndirmək üçün istifadə edildi və çoxsaylı limanlar ticarəti asanlaşdırıldı. Bu sənaye mərkəzlərinin ətrafında bir-biri ilə sıx əlaqəli kəndlər inkişaf etdi və Boston Amerikanın ən mühüm limanlarından biri oldu.

Orta müstəmləkələr redaktə

border=none  Əsas məqalə: Orta müstəmləkələr
 
Bencamin Vest və hindlilər arasında Pensilvaniya koloniyasında Penn müqaviləsi

1660-cı illərdə Nyu-York, Nyu-CersiDelaver orta müstəmləkələri keçmiş holland ərazisi olan Yeni Niderlandda yaradıldı. Onlar geniş şəkildə etnik və dini müxtəlifliklə xarakterizə olunurdu. Həmçinin Nyu-Yorkdakı irokezlər avropalılarla illərlə xəz ticarəti aparıb güclənərək güclü İrokez Konfederasiyası qurdular.

Bu regiondakı sonuncu koloniya 1681-ci ildə Vilyam Pennin kvakerlər, metodistləramişlər də daxil olmaqla dini müxaliflər üçün yuva kimi qurduğu Pensilvaniya idi.[34] Koloniyanın paytaxtı Filadelfiya qısa müddət ərzində dokları və kərpic evləri ilə dominant ticarət mərkəzinə çevrildi. Kvakerlər şəhərdə məskunlaşdılar, alman köçərilər Pensilvaniya təpələri və meşələrinə köç etdilər, şotland-irlandlar isə uzaq qərb sərhədinə tərəf irəlilədilər.

Cənub müstəmləkələri redaktə

 
"Qədim plantasiya" (The Old Plantation), Cənubi Karolina, təqribən 1790-cı il.

Əksəriyyəti kənd yerləri olan cənub müstəmləkələri Yeni İngiltərə və orta müstəmləkələrlə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Virciniyadan sonra Yeni İngiltərənin cənubundakı ikinci ingilis koloniyası 1632-ci ildə katolik cənnəti kimi qurulan Meriland idi. Bu iki koloniyanın iqtisadiyyatı tamamilə yomen fermerlər və əkinçilərə əsaslanırdı. Əkinçilər Virciniyanın Tidewater regionunda qul əməyi ilə kütləvi plantasiyalar qurdular.

1670-ci ildə Karolina koloniyası quruldu və Çarlston regionun ən böyük ticarət limanına çevrildi. Virciniyanın iqtisadiyyatı tütünə əsaslanırdı, Karolina isə daha diversifik idi, hansı ki, düyü, indiqo və taxta-şalban da ixrac edirdi. 1712-ci ildə iki hissəyə ayrılaraq CənubiŞimali Karolina yaradıldı. On üç koloniyanın sonuncusu olan Corciya koloniyasını 1732-ci ildə Ceyms Oqltorp ispan Floridasına sərhəd, eləcə də keçmiş məhkumlar və yoxsullar üçün islahat koloniyası kimi qurmuşdu.[34]

Din redaktə

border=none  Əsas məqalə: ABŞ-də din tarixi
 
Con Qedsbi Çapmanın "Pokahontasın vəftizi" (Baptism of Pocahontas) əsəri (1840-cı il) ABŞ Konqres Binasının rotundasında nümayiş etdirilir.

Dindarlıq 1740-cı illərdə Conatan EdvardsCorc Vaytfild kimi moizəçilərin rəhbərlik etdiyi dini oyanış olan Birinci böyük oyanışdan sonra daha çox genişləndi. Oyanışdan təsirlənən amerikan evangelistlər Müqəddəs ruhun ilahi enişlərinə və yeni inananlara tanrıya güclü məhəbbət aşılayan ibadətlərə yeni bir vurğu əlavə etdilər. Oyanışlar bu əlamətləri əhatə edirdi və yeni yaradılmış yevangelizmi erkən respublikaya daşıyaraq 1790-cı illərin sonlarında İkinci böyük oyanış üçün zəmin yaratdı.[35] İlkin mərhələlərdə cənubdakı metodistlərbaptistlər kimi evangelistlər dini azadlıq və köləliyin ləğvi üçün moizələr oxumuş, bir çox qulun dinini dəyişdirmiş və bəzilərini moizəçi kimi tanımışdılar.

Hökumət redaktə

On üç koloniyanın hər biri bir qədər fərqli hökumət strukturuna sahib idi. Hər bir koloniya Londondan təyin edilmiş və icra hakimiyyətinə nəzarət edən qubernator tərəfindən idarə olunurdu, həmçinin vergilərə səs vermək və qanunlar hazırlamaq üçün yerli olaraq seçilmiş qanunverici orqana əsaslanırdı. XVIII əsrdə Amerika koloniyaları bol miqdarda torpaq və qida mənbəyi ilə birlikdə aşağı ölüm nisbətləri nəticəsində çox sürətlə inkişaf edirdi. Koloniyalar Britaniyanın əksər hissəsindən daha zəngin idi və davamlı immiqrant axını, xüsusən də müqaviləli qulluqçu kimi gələn yeniyetmələri cəlb edirdi.[36]

Köləlik redaktə

 
XVIII əsrə aid Müqaviləli köləlik sertifikatı. Ən azı 500.000 avropalı Şimali Amerikaya müqaviləli kölə kimi gəldi, bu təcrübə koloniyalarda köləliyin artmasından sonra azaldı.

Müstəmləkə Amerikasına gələn avropalıların yarısından çoxu müqaviləli kölə kimi gəlmişdir.[37] Amerikaya səyahət xərclərini çox az adam ödəyə bilirdi, buna görə də bu pulsuz əmək forması Amerikaya köçmək üçün yaxşı vasitə idi. İnsanlar adətən 4-7 illik müəyyən xidmət müddətini nəzərdə tutan müqavilə imzalayaraq qarşılığında Amerikaya gəlir və xidmətləri başa çatdıqda torpaq alırdı. Bəzi hallarda gəmi kapitanları kasıb miqrantların çatdırılması üçün mükafat alırdılar, buna görə də həddindən artıq vədlər və adam oğurluğu adi hal almışdı. Virciniya Şirkəti və Massaçusets Körfəzi Şirkəti də müqaviləli kölə əməyindən istifadə etmişdir.[4]

İlk afrikalı kölələr Ceymstaunun qurulmasından 12 il sonra, 1619-cu ildə[38] Virciniyaya gətirildi[39] 1660-cı illərdə tütün və düyü plantasiyalarında işçi qüvvəsinə tələbat artdıqca, əvvəlcə öz azadlığını satın ala biləcək müqaviləli kölələr kimi qəbul edilən köləlik institutu sərtləşməyə başladı və qeyri-iradi köləlik ömürlük oldu.[38] Köləlik o dövrdə "qara irq" kimi görülən qəhvəyi dəri rəngi ilə eyniləşdirildi və kölə qadınların uşaqları kölə kimi doğuldu (partus sequitur ventrem ("doğulan ana bətninin ardıcılıdır")).[38] 1770-ci illərdə afrikalı kölələr amerikan əhalisinin beşdə birini təşkil edirdi.

Koloniyaların fransız və ispan güclərinə qarşı ingilis hərbi dəstəyinə ehtiyacı olduğu müddətcə İngiltərədən müstəqillik məsələsi ortaya çıxmadı. Bu təhlükələr 1765-ci ildə yox oldu. Lakin London merkantilizm kimi tanınan siyasət çərçivəsində Amerika koloniyalarını əsas ölkənin maraqları üçün mövcudluğunu görməyə davam etdi.[36]

Müstəmləkə Amerikası köləlik və müqaviləli köləlik kimi məcburi əmək formalarından istifadə edən ciddi işçi çatışmazlığı ilə tanınırdı. Britaniya müstəmləkələri həm də parlament qanunlarının ciddi şəkildə icrasından qaçmaq siyasəti ilə diqqət çəkirdi. Bu hal avropalı qurucularından fərqli bir amerikan ruhunun formalaşmasına imkan yaratmışdır.[40]

Qeydlər redaktə

  1. "Həmçinin o, [yəni Danimarka kralı Sven Estridsen (hökmdarlıq illəri 1047—1076-cı illər)] bu okeanda bir çoxları tərəfindən kəşf edilmiş daha bir adanın adını çəkdi ki, bu adanı "Vinland" adlandırırlar, çünki orada üzümlər yabanı şəkildə böyüyür və ən yaxşı şərabın hazırlanmasında istifadə olunur. Orada əkilməmiş məhsulların bolluğunu xəyali fikirlərdən yox, danimarkalıların həqiqi hekayələrindən öyrənirik."

İstinadlar redaktə

  1. "New Ideas About Human Migration From Asia To Americas". ScienceDaily. October 29, 2007. February 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2011.
  2. Kennedy, Cohen, and Bailey. səh. 6
  3. "Defining "Pre-Columbian" and "Mesoamerica" – Smarthistory". smarthistory.org. İstifadə tarixi: 2022-09-16.
  4. 1 2 3 4 5 6 7 Outline of American History
  5. Chenault
  6. Dumond, D. E. "Toward a Prehistory of the Na-Dene, with a General Comment on Population Movements among Nomadic Hunters". American Anthropologist. 71 (5). 1969: 857–863. doi:10.1525/aa.1969.71.5.02a00050. JSTOR 670070.
  7. Leer, Jeff; Hitch, Doug; Ritter, John. Interior Tlingit Noun Dictionary: The Dialects Spoken by Tlingit Elders of Carcross and Teslin, Yukon, and Atlin, British Columbia. Whitehorse, Yukon Territory: Yukon Native Language Centre. 2001. ISBN 1-55242-227-5.
  8. "Hopewell". Ohio History Central. June 4, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2015.
  9. "Ancestral Pueblo culture". Encyclopædia Britannica. April 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2012.
  10. Woods, Thomas E. 33 questions about American history you're not supposed to ask. Crown Forum. 2007. səh. 62. ISBN 978-0-307-34668-1. January 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2015.
  11. Wright, R. Stolen Continents: 500 Years of Conquest and Resistance in the Americas. Mariner Books. 2005. ISBN 978-0-618-49240-4.
  12. 1 2 Tooker. səh. 107–128
  13. Burns, LF. "Osage". Oklahoma Encyclopedia of History and Culture. January 2, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 29, 2010.
  14. DYE, THOMAS S. "A model-based age estimate for Polynesian colonization of Hawai'i". Archaeology in Oceania. 46 (3). 2011: 130–138. doi:10.1002/j.1834-4453.2011.tb00107.x. ISSN 0728-4896.
  15. Kirch, Patrick. "When Did the Polynesians Settle Hawai'i?".
  16. Conte, Eric; Anderson, Atholl. "Radiocarbon Ages for Two Sites on Ua Huka, Marquesas". Asian Perspectives. 42 (1). 2003: 155–160. doi:10.1353/asi.2003.0018. hdl:10125/17184. ISSN 1535-8283.
  17. ANDERSON, ATHOLL; LEACH, HELEN; SMITH, IAN; WALTER, RICHARD. "Reconsideration of the Marquesan sequence in East Polynesian prehistory, with particular reference to Hane (MUH1)". Archaeology in Oceania. 29 (1). 1994: 29–52. doi:10.1002/arco.1994.29.1.29. ISSN 0728-4896.
  18. Fitzpatrick. Early mapping of Hawaii. Routledge. March 9, 2020. ISBN 978-1-317-72652-4. OCLC 1151955837.
  19. 1 2 Rouse, Irving. The Tainos : rise & decline of the people who greeted Columbus. New Haven. 1992. ISBN 0-300-05181-6. OCLC 24469325.
  20. von Bremen, Adam. Schmeidler, Bernhard (redaktor ). Hamburgische Kirchengeschichte [Hamburg's Church History] (latın və alman). Hannover and Leipzig: Hahnsche. 1917. 275–276.
  21. Linden, Eugene. "The Vikings: A Memorable Visit to America". Smithsonian Magazine. İstifadə tarixi: May 28, 2020.
  22. "Leif Erikson". History.com. A&E Television Networks. October 10, 2019. İstifadə tarixi: May 28, 2020.
  23. Byrne, Joseph Patrick. Encyclopedia of Pestilence, Pandemics, and Plagues. ABC-CLIO. 2008. 415–416. January 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2015.
  24. Eric Hinderaker; Rebecca Horn. "Territorial Crossings: Histories and Historiographies of the Early Americas". The William and Mary Quarterly. 67 (3). 2010: 395. doi:10.5309/willmaryquar.67.3.395. JSTOR 10.5309/willmaryquar.67.3.395.
  25. Greenberger, Robert. Juan Ponce de León: the exploration of Florida and the search for the Fountain of Youth. 2003.
  26. Pyne, Stephen J. How the Canyon Became Grand. New York City: Penguin Books. 1998. 4–7. ISBN 978-0-670-88110-9.
  27. 1 2 3 Day
  28. Weber, David J. New Spain's Far Northern Frontier: Essays on Spain in the American West, 1540–1821. 1979.
  29. 1 2 Jacobs
  30. 1 2 "Brief History of New Sweden in America". colonialswedes.net. September 21, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2020.
  31. 1 2 "The Finns in America. The First Settlers". www.genealogia.fi. October 1, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2020.
  32. James Davie Butler, "British Convicts Shipped to American Colonies", American Historical Review (1896) 2#1 pp. 12–33 in JSTOR; Thomas Keneally, The Commonwealth of Thieves, Random House Publishing, Sydney, 2005.
  33. Mintz, Steven. "Death in Early America". Digital History. December 30, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 15, 2011.
  34. 1 2 Middleton and Lombard
  35. Kidd, Thomas S. The Great Awakening: The Roots of Evangelical Christianity in Colonial America. Bedford/St. Martin's. 2009. ISBN 9780312452254.
  36. 1 2 Savelle. səh. 185–190
  37. Barker, Deanna. "Indentured Servitude in Colonial America". National Association for Interpretation, Cultural Interpretation and Living History Section. October 22, 2009 tarixində orijinalından arxivləşdirilib.
  38. 1 2 3 Corbett et al.
  39. "First enslaved Africans arrive in Jamestown, setting the stage for slavery in North America". A&E Television networks.
  40. Encarta Online

Mənbələr redaktə

Xarici keçidlər redaktə

Şablon:Ştatlara görə ABŞ tarixi

Şablon:Ölkələrə görə Şimali Amerika tarixi Şablon:Ölkələrin tarixi


Saytda 35 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024