ABA TV Haqqinda Melumat - Vikipedia

ABA TV Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

ABA TV (Azerbaijan Brodcasting Agency) — 1997-ci ildə Azərbaycanda yayıma başlayıb 2001-ci ildə bağlanan televiziya kanalı. Sahibi və rəhbəri Faiq Zülfüqarov idi.

ABA
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Eutelsat-Sesat peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Rus dili
Baş qərargah Həsən Zərdabi prospekti 80, Bakı, Azərbaycan
Yaranma tarixi 19 iyul 1997
Bağlanma tarixi 17 iyul 2001 [1][2]
Sahibi Faiq Zülfüqarov
Rəhbərlik Faiq Zülfüqarov
Şüar Sizin üçün.[3]
Sayt (qeyri-aktiv)

Tarixçə redaktə

ABA TV[4] Azərbaycan ərazisində hər axşam saat 18:00-dan[5] (daha sonra 17:00-dan) 22:00-a qədər "RTR" telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu. Təsisçisi Faiq Zülfüqarov olub. "ABA TV" Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. (Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir). Ən çox tanınan "100%"[6], "Bir cənub şəhərində", "Kontra" verilişləri idi. Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi. ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu. EUTelSat-SESat peyki vasitəsilə yayımlanırdı. Ayrıca kanal texnologiyasına görə indiki televiziya kanallarından heç də geri qalmırdı. Azərbaycanda ilk dəfə rəqəmsal yayımlanan kanal da ABA idi. Həmçinin telekanal 1998-ci ildə Rabitə Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən Rusiyanın "ORT", "RTR" və "NTV" kanallarının Azərbaycanda yayımını həyata keçirirdi. Tarifə əsasən "NTV" kanalının 1 saatlıq yayımı 16.67 dollar, "ORT" və "RTR" telekanallarında isə 13.43 dollar müəyyənləşmişdi.[7] Rusiya kanallarında reklam yayımlanan vaxt ABA TV efirə qoşularaq öz reklamlarını yayımlayırdı. Qazanılan gəlirin bir qismini Rabitə Nazirliyinə, bir qismini də həmin kanallara ödəyirdi. 23 may 2000-ci il tarixindən etibarən "CNN" kanalı ilə imzaladığı müqaviləyə əsasən[8] "Azərbaycan Bülleteni" verilişində gündəlik 30 dəqiqə CNN kanalının verilişlərini azərbaycan dilində yayımlayırdı. 2000-ci ildə ABŞ-də keçirilən prezident seçkilərini canlı yayımlamışdı. Kanal 2001-ci ildə artıq gündə 3 saat deyil, 5 saat yayımlanmağa başlamışdı. Yaxın aylarda kanalın 24 saatlıq rejimə keçəcəyinə dair intro yayımlanırdı.[3]

ABA TV-nin ANS TV ilə soyuq münasibətləri var idi.[1] ANS TV xəbərlərində və Mirşahin Ağayev "Ötən Həftə" verilişində tez-tez ABA TV-ni tənqid edirdi. 1999-cu ildə bəzi ekspertlər ANS-in efirinə çıxaraq ABA-nın vergi ödəməsində qanunları pozduğunu deyirdilər. 21 aprel 1999-cu ildə Aqil Quliyev ABA TV-nin "News-Xəbərlər" verilişində kanal adından ANS TV-yə: -"ANS TV-yə bəyan edirik; yetər; yayımladığı böhtanlara və yalanlara son qoyulmalıdır; xalqı, düçar olduğu ANS-dən qorxu sindromundan azad etmək lazımdır; biz bəyan edirik ki, həmişə cavabsız qalan iddialarınız bu gün cavabsız qalmayacaq; burada "ABA Televiziya Şirkəti" var" deyə çıxış etmişdi.

16 iyul 2001-ci il tarixində "Medcarting" əyləncə mərkəzində kanalın 4 illik yubileyi keçirilmişdi. Həmin mərasimdə may ayında ABŞ-yə gedən Faiq Zülfüqarovun videomüraciəti yayımlanmışdı. Həmin videoda Zülfüqarov kanalın fəaliyyətini dayandırdığını açıqlamışdı. 2001-ci ilin iyul ayının 17-sində isə Faiq Zülfüqarov xalqa müraciət edərək kanalı bağladığını açıqlayacaqdı. Lakin hökumət buna icazə vermədi və kanal həmin gün efirə çıxmadı. Növbəti gün isə telefon danışığı vasitəsilə jurnalistlərlə danışan Zülfüqarov telekanalın fəaliyyətini dayandırdığını açıqladı. Beləliklə 4 il fəaliyyət göstərən ABA TV Peyk TV, BMTİSara TV-dən sonra bağlanan 4-cü Azərbaycan kanalı oldu.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-27.
  2. http://www.porttakal.com/ahaber-azerbaycanda-bir-ozel-televizyon-kanali-daha-kapatildi-309264.html[ölü keçid]
  3. 3,0 3,1 "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-30.
  4. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-30.
  5. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-30.
  6. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-30.
  7. "Arxivlənmiş surət". 2018-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-07.
  8. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023