ADMİU Haqqinda Melumat - Vikipedia

ADMİU Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi
(ADMİU səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.

Mədəniyyət və İncəsənət Universiteti
ADMİU
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Xəritə
40°22′48″ şm. e. 49°49′16″ ş. u.
Əsası qoyulub 1923
Rektor Ceyran Mahmudova
Tələbə sayı 7.258
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Yasamal rayonu, İnşaatçılar prospekti 39
Sayt admiu.edu.az
admiu.edu.az/en.php

Tarixi redaktə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyorrejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.[1]

İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır.

1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılmışdır.

Rektoratlıq redaktə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi
1 Rektor Ceyran Mahmudova[2]
2 Rektorun köməkçisi Əsəd Rzayev[3]
3 Rektorun Humanitar Məsələlərlə İş Üzrə Müşaviri [4]
4 Elmi Katib Fatimat Məmmədova[5]
5 Baş Mühəndis-Əməyin Mühafisəsi Üzrə Mühəndis Abdullayev İsa[6]
6 Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Elçin Cəfərov[7]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorları
1 Tədris işləri üzrə prorektor Validə Məmmədova
2 Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva[8]
3 Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Gülşən Əliyeva
5 Ümumi işlər üzrə prorektor Təriqəddin Həmidov
6 İnzibati-təsərrüfat işləri üzrə prorektor Azər Cəfərov[9]

Struktur quruluşu redaktə

"SƏDA" Tədris teatrı redaktə

Rəhbərlik

Direktor Ömərov Gümrah Rza oğlu
İnzibatçı Qasımov Amid Fizuli oğlu
Ədəbi hissə müdiri
Mütəxəssis Əliyeva Türkan Vasif qızı
Səhnə işıqlandırıcısı Qasımova Günay Mail qızı

[10]

"Səda" Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılıb. "Səda" Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Bu gün tanınıb sevilən aktyor və aktrisaların, tanınmış sənətkarların əksəriyyəti ilk addımlarını məhz bu teatrda atıb.

Bu illər ərzində Tədris Teatrının səhnəsində M. F. Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Ə. Haqverdiyevin "Dağılan tifaq", Ü. Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", C. Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", C. Məmmədquluzadənin "Ölülər", S. Vurğunun "Vaqif", S. Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", J. B. Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop", V. Şekspirin "Otello", "On ikinci gecə", N. Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarla digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub. Son illər ərzində "Səda" Tədris Teatrında hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Onlardan Cənnət SəlimovaFikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq tələbə teatr festivalında), Ağakişi KazımovHacı İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas" Gürcüstan Respublikasında Beynəlxalq Etüd Festivalında və "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası 1-ci beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək olar.

Bu gün "Səda" Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.[11]

"SABAH" Mərkəzi redaktə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində SABAH qruplarına qəbul 2015-ci ildən başlayıb və iki ixtisas — Aktyor sənəti və Rejissorluq üzrə aparılıb.

SABAH qruplarında təhsil alan tələbələrə əlavə ingilis dili fənni tədris olunur və onların SABAH təqaüdü alma imkanları var. 2017/2018-ci tədris ilinə ixtisaslar üzrə tələbə sayı [12]

Səsyazma Studiyası redaktə

1968-ci ildən ADMİU-da fəaliyyət göstərən səsyazma studiyası Mehdi Məmmədov, Adil İsgəndərov, Rza TəhmasibMüxlis Cənizadə kimi sənətkarların rəhbərliyi ilə tələbələri təcrübə meydanı olmuşdur. Azərbaycanda ilk dəfə ali təhsil müəssisəsində fəaliyyət göstərən bu studiyada universitetin aktyor və rejissor tələbələri müstəqil olaraq musiqili proqramlar və verilişlər hazırlayırlar. Səsyazma studiyasına təcrübəli müəllim Faiq Babayev rəhbərlik edir.[13]

Kolleclər redaktə

Fakültələr redaktə

Kulturologiya fakültəsi redaktə

Fakültənin dekanı Vasif Adilov
Fakültənin dekan müavini Emil Səlimov

1995-ci ildən "Kulturologiya" adı altında fəaliyyət göstərən "Mədəni-maarif işi" fakültəsi 1959-cu ildən mütəxəssis hazırlığına başlamışdır.

Hazırda "Kulturologiya" fakültəsində 4 kafedra ("Sosial-mədəni fəaliyyət" kafedrası, "Turizm və kitabxana-informasiya fəaliyyəti" kafedrası, "Sosial siyasi elmlər" kafedrası, "Muzeyşünaslıq" kafedrası) fəaliyyət göstərir. Fakültədə muzeyşünaslıq, arxivşünaslıq, menecment, sosial iş, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və digər elm sahələri üzrə kadr hazırlığı həyata keçirilir.[14]

Audiovizual sənətlər (keçmiş kino-televiziya) fakültəsi redaktə

Fakültənin dekanı Gülnarə Hüseynova
Fakültənin dekan müavini Vəfa Mirzəyeva

Kino və televiziya fakültəsi 1945-ci ildə yaradılmış Teatr İnstitutunun yüksək sənət ənənələrini özündə saxlayan və bu gün də öz istiqaməti üzrə peşəkar kadr hazırlığını həyata keçirən bir tədris bölümüdür.

2016-cı ildən ADMİU-da baş verən struktur dəyişiklikləri nəticəsində yenidən yaradılmış Kino və televiziya fakültəsi 1997-ci ildən Rejissor sənəti fakültəsi kimi fəaliyyət göstərmişdir.

Hazırda fakültədə təhsilin müxtəlif pillələrində tədris Azərbaycanrus dillərində, əyaniqiyabi formalarda aparılır.

Fəaliyyət göstərdiyi müddətdən bu günədək fakültədə xarici ölkə vətəndaşları da təhsil alır. Hazırda fakültənin tələbələri sırasında Türkiyəİran vətəndaşları da var. Fakültədə kino və televiziya pavilyonu, montaj otaqları, səsyazma studiyası və rəqəmsal laboratoriya tələbələrin ixtiyarındadır.[15]

Teatr sənəti fakültəsi redaktə

Fakültənin dekanı Bella Talıbova
Fakültənin dekan müavini Lalə Səlimova

1945-ci ildə teatr texnikumunun bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. "Aktyorluq", "Rejissorluq" və "Teatrşünaslıq" ixtisasları üzrə mütəxısislər hazırlanmağa başladı. Müxtəlif illərdə (aktyorluq, rejissorluq və s.) ixtisaslar ayrı-ayrılıqda müstəqil fakültələr kimi fəaliyyət göstərmişdilər, lakin 9 iyun 2015-ci ildə tədrisin səmərə və keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində struktur dəyişikliyi edilərək "Aktyor sənəti", "Rejissor sənəti" və "Sənətşünaslıq " fakültələri birləşdirilərək yeni böyük "Teatr sənəti" fakültəsi yaradıldı.[16]

Musiqi sənəti fakültəsi redaktə

Fakültənin dekanı Nərmin Qaralova
Fakültənin dekan müavini Mehriban Qasımova

Universitetin aparıcı fakültələrindən olan "Musiqi sənəti" fakültəsi 25 sentyabr 2001-ci il tarixdən yaradılmışdır. Müstəqil fakültə kimi formalaşanadək müyyən bir vaxt keçmişdir.

1962-ci il "Musiqili komediya aktyoru" ixtisası yaradılır və institutun musiqi təhsilinin inkişafında yeni mərhələ başlanır. Tədris olunan musiqi fənlərinin sayı artır, Musiqi nəzəriyyəsi, Solfecio, Fortepiano, Vokal, Vokal ansamblı kimi fənlərlə zənginləşir. Artıq burada musiqi fənləri professional səviyyədə tədris olunur. O vaxtdan institutun məzunları opera teatrında, dövlət xor kapellasında bir mütəxəssis kimi fəaliyyətlərini davam etdirmək fürsəti əldə edirlər. 1967-ci ildən "Musiqi fənləri" kafedrası yaradılır.

O dövrdə bir çox musiqi xadimləri bu qocaman tədris ocağında çalışaraq mədəniyyət işçilərinin böyük bir nəslini yetişdirmişlər. Görkəmli Azərbaycan dirijoru, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazi, xalq artistləri, bəstəkarlarHacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilərRəhilə Cabbarova, Qulu Əsgərov, Lütfiyar İmanov, Milovanov, musiqişünaslar — Danil Danilov, Nailə Kərimova və başqaları burada uzun müddət fəaliyyət göstərmişlər.

1987-ci ildən universitetdə həyata keçirilən islahatlar nəticəsində vaxtı ilə 9 ixtisası olan təhsil ocağına müxtəlif profilli bir çox yeni ixtisaslar — "İnstrumental ifaçılıq", "Estrada", "Muğam" və ali təhsil müəssisəsində ilk dəfə olaraq "Aşıq sənəti" ixtisasları açılır.

2011-ci ildən "Aşıq sənəti" kafedrası da fəaliyyət göstərməyə başlayır.

Rəssamlıq fakültəsi redaktə

Fakültənin dekanı Sevil Kerimova
Fakültənin dekan müavini Günel Seyidəhmədli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsi zəngin yaradıcılıq ənənələrinə malikdir. 1962-ci ildə "Teatr" fakültəsinin nəzdində "Rəssamlıq" şöbəsi yaradılıb və 1963-cü ildə ilk dəfə "Rəssamlıq" ixtisası üzrə dərslərin tədrisinə başlanılıb. 1967–1968-ci illərdə "Rəssamlıq" şöbəsində ilk dəfə olaraq "Rəsm" kafedrası açılıb. 1982-ci ildə "Rəssamlıq" şöbəsi əsasında institutda "Rəssamlıq" fakültəsi yaradılıb. [17]

Kafedralar redaktə

Sosial-mədəni fəaliyyət kafedrası redaktə

Kafedra 1959-cu ildə "Mədəni-maarif işi" adı ilə yaradılmış, qurum dəyişikliyi ilə əlaqədar ADMİU-nun Elmi Şurasının 21 iyun 2012-ci il tarixli 41 saylı əmrilə "Kulturologiya" kafedrası adlandırılmışdır. "Kulturologiya" kafedrası ADMİU-nun Kulturologiya fakültəsinin tədris-elm struktur bölmələrindən biri olub, "sənətşünaslıq", "beynəlxalq münasibətlər", "sosial iş" ixtisasları üzrə kadr hazırlığını, habelə universitetin digər fakültələrində tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir. [18]

Sosial siyasi elmlər kafedrası redaktə

1945-ci ildə Teatr institutu yenicə yarananda bu sahədə kafedra yaratmaq mümkün olmadığı üçün Humanitar və sosial-siyasi fənləri saat hesabı ilə dəvət olunmuş müəllimlər tədris ediblər. Təxminən 20 ildən sonra 1966-cı ildən fəaliyyət göstərən kafedra qurum dəyişiklikləri ilə əlaqədar olaraq ayrı-ayrı adlarla fəaliyyət göstərib, 1991-ci ildə "Sosial-siyasi fənlər" və 1995-ci ildən isə "Sosial-siyasi elmlər" kafedrası adlanmışdır.

[19]

Muğam sənəti kafedrası redaktə

2001-ci ildən müstəqil kafedra kimi əvvəlcə "Solo oxu", 2004-cü ildən isə "Muğam sənəti" adı altında fəaliyyət göstərir.

Kafedraya yarandığı gündən bu günə kimi Xalq artisti (1992), professor (2008), "Şöhrət (2002)" və "Şərəf" (2010) ordeninə layiq görülmüş, prezident təqaüdüçüsü Canəli Əkbərov rəhbərlik edir.[20]

Aşıq sənəti kafedrası redaktə

Bu kafedra 2011-ci ildə təsis edilmişdur. "Aşıq sənəti" kafedrasında müasir aşıq ifaçılığının müxtəlif mühitlərini təmsil edən istedadlı nümayəndələri çalışır. Onu da qeyd edək ki, kafedrada pedaqoji fəaliyyətlə məşğul olan ifaçı — müəllimlər aşıq sənətinin müxtəlif ifaçılıq mühitlərini təmsil edirlər.[21]

İnstrumental ifaçılıq kafedrası redaktə

Kafedrada öz pedaqoji fəaliyyətində ifaçılıq pedaqogikasının müasir metodologiyasının prinsiplərini tətbiq edən yüksək ixtisaslı müəllimlər dərs deyir.

[22]

İstinadlar redaktə

  1. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  2. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  3. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  4. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  5. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  6. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  7. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  8. "Nazir prorektoru vəzifəsindən azad etdi — Yeni təyinat". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  9. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  10. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 10 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.
  11. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  12. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  13. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  14. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  15. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  16. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  17. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  18. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
  19. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 8 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2019.
  20. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 8 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
  21. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 8 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
  22. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 2019-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2019.

Xarici keçidlər redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023