Abşeron qalaları (film, 1989) Haqqinda Melumat - Vikipedia

Abşeron qalaları (film, 1989) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abşeron qalaları (film, 1989)

Abşeron qalaları qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Abşeron torpağında ucaldılmış qalalar həm tarixçi alimlərin, həm də arxeoloqların diqqət mərkəzindədir. Bu qədim tarixi abidələr görəsən hansı məqsədlə tikilmişdir? Bəlkə orta əsrlərdə düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə ucaldılmışdır? Bəlkə də atəşpərəstlər onları dini məqsədlə-ibadət etmək üçün tikmişlər? Filmdə göstərilən problemlər tamaşaçılara hökm yox, ehtimal şəklində təqdim olunur.

Abşeron qalaları
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Teymur Bəkirzadə
Ssenari müəllifi Seyran Vəliyev
Operator Elxan Əliyev
Bəstəkar Fərhəng Hüseynov
İstehsalçı "Rakurs" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1989
Texniki məlumatlar 1 hissə
277 metr
Rəng rəngli

Məzmun redaktə

Abşeron torpağında ucaldılmış qalalar həm tarixçi alimlərin, həm də arxeoloqların diqqət mərkəzindədir. Bu qədim tarixi abidələr görəsən hansı məqsədlə tikilmişdir? Bəlkə orta əsrlərdə düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə ucaldılmışdır? Bəlkə də atəşpərəstlər onları dini məqsədlə-ibadət etmək üçün tikmişlər?[1]

Filmdə göstərilən problemlər tamaşaçılara hökm yox, ehtimal şəklində təqdim olunur.[1]

Filmin üzərində işləyənlər redaktə

Ssenari müəllifi: Seyran Vəliyev
Rejissor: Teymur Bəkirzadə
Operator: Elxan Əliyev
Bəstəkar: Fərhəng Hüseynov

İstinadlar redaktə

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 273-274

Mənbə redaktə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
1989-cu ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı


Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024