Abbasın bədbəxtliyi (film, 1935) Haqqinda Melumat - Vikipedia

Abbasın bədbəxtliyi (film, 1935) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abbasın bədbəxtliyi (film, 1935)

Abbasın bədbəxtliyi qısametrajlı cizgi filmi rejissor D. Dikaryov tərəfindən 1935-ci ildə çəkilmişdir. Film Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir. Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib.

Abbasın bədbəxtliyi
Janr qısametrajlı
cizgi
uşaq
Rejissor D. Dikaryov
Ssenari müəllifi Aleksandr Popov
Operator Qavriil Yegizarov
Rəssamlar Qəzənfər Xalıqov
Məhəmməd Maqomayev
Cabir Zeynalov
Ənvər Mirzəyev
İstehsalçı Azərfilm
İlk baxış tarixi 1938, 1935
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 11 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil səssiz
İl 1935
Texniki məlumatlar 1 hissə
291 metr

Məzmun redaktə

Film Azərbaycan xalq nağıllarının motivləri əsasında çəkilmişdir.[1]

Film haqqında redaktə

  • Bu film müsəlman dünyasında hazırlanmış ilk cizgi filmidir. Bununla Azərbaycan həm də SSRİ-də ikinci ölkə olub ki, cizgi film istehsal edib.
  • Film saxlanılmayıb.[1]
  • Elçin Axundov: “Abbasın bədbəxtliyi” adlı ilk animasiya filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi. Həmin almanlardan başqa, o filmdə Qəzənfər Xalıqov, Müslüm Maqomayevin atası Məhəmməd Maqomayev, Ənvər Mirzəyev, Cabir Zeynalov da işləmişdi. Sonra həmin iki alman mütəxəssis repressiyaya məruz qalıb sürgün edildi. Almanlar gedəndən sonra Azərbaycanda animasiya çəkilişləri dayandı. Həmin film də itib-batdı.[2]

Filmin üzərində işləyənlər redaktə

Ssenari müəllifi: Aleksandr Popov
Rejissor: D. Dikaryov
Operator: Qavriil Yegizarov
Rəssam: Qəzənfər Xalıqov, Məhəmməd Maqomayev, Cabir Zeynalov, Ənvər Mirzəyev

Mənbə redaktə

  • Расцвет Азербайджанского советского искусства. Баку, 1986, стр. 110.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 47-49.

İstinadlar redaktə

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.185
  2. Azərbaycanlı animator: Disney filmləri axı sizə nə pislik edib? Azadlıq radiosu, Mart 13, 2016

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
1935-ci ilin Azərbaycan filmləri
1930-cu illər Azərbaycan filmlərinin siyahısı


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024