Abbas Qəhrəmanov Haqqinda Melumat - Vikipedia

Abbas Qəhrəmanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abbas Qəhrəmanov

Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; 24 iyul 1960, İrəvan) — Azərbaycan aktyoru.

Abbas Qəhrəmanov
Doğum tarixi 24 iyul 1960(1960-07-24) (63 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID2947522

Həyatı redaktə

Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.[1]

Fəaliyyəti redaktə

Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.[1]

O, burada Mərvan (B.Vahabzadə "Fəryad"), Qoşqar (K.Kərimov "Cəzasız günah"), Rasim (Q.Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş.Qurbanov "Əcəb işə düşdük"), Ər (R.Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ.Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris,Paris…"), Şöklü Məlik (N.Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə.Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B.Brext "Oyuncaq ev" H.İbsen), Xondulu, Rəşid (İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın"), Durmişxan (O.İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A.Kristin "Tələ"), Dövran (H.Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə.Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.[1]

Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.[1]

Mükafatları redaktə

  • 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[1]
  • 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[2]
  • 2017-ci il oktyabrın 12-də Prezident mükafatından məhrum edilib. Daha sonra yenidən 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[3]
  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il[4], 10 may 2022-ci il[5]

Filmoqrafiya redaktə

Filmin adı İl Aktyor Mətn oxuyan İştirak edən Filmin növü
Mənim günahım 1985 Xansu Yox N Yox N tammetrajlı film-tamaşa, AzTV
Astana 1986 Draqun Yox N Yox N tammetrajlı televiziya tamaşası
Dəfn edilməmiş ölülər 1988 Fransua Yox N Yox N tammetrajlı televiziya tamaşası, AzTV
Müqəddəs oda yanaram 1991 Rasim Yox N Yox N tammetrajlı bədii film
Altı nömrəli palata 1994 Ragin Yox N Yox N tammetrajlı televiziya tamaşası
Yurd yeri 1994 Ələddin Yox N Yox N tammetrajlı film-tamaşa, AzTV
Yurd yeri 1997 Ələddin Yox N Yox N tammetrajlı bədii film, AzTV
Ailə 1998 Alyanın əri Yox N Yox N tammetrajlı bədii film
Vahimə 1998 Ruhi xəstə Yox N Yox N qısametrajlı bədii film
Atillanın atlıları 2002 kral Yox N Yox N tammetrajlı film-tamaşa
Güllələnmiş heykəllər 2002 İbrahim xan Yox N Yox N tammetrajlı film-tamaşa, AzTV
Odla qol-boyun 2002 Təzəbəy Yox N Yox N qısametrajlı bədii film
Bir anın həqiqəti 2003 Afiyəddin Cəlilov Yox N Yox N çoxseriyalı bədii film
Tənha durna uçuşu 2003 Kişi Yox N Yox N tammetrajlı film-tamaşa, AzTV
Yanmış körpülər 2003 İmran Yox N Yox N çoxseriyalı bədii film, AzTV
Arxada qalmış gələcək 2004 Ağaəli Yox N Yox N tammetrajlı bədii film
Şans 2004 Qədir Yox N Yox N tammetrajlı bədii film, AzTV
Yoxlama 2006 Yox N Çolaq (Nodar Mqaloblişvili) Yox N çoxseriyalı bədii film
Cümhuriyyət generalları 2006 Yox N Hə Y Hə Y qısametrajlı sənədli film, AzTV
Günaydın, mələyim! 2008 Yox N Yox N tammetrajlı bədii film
Acılar bitməz 2009 Yox N İsmayıl, Kamil, Qəzənfər (Vaqif Şərifov, Tofiq Bayramov, Salam İsmayıl) Yox N tammetrajlı bədii film
Cavad xan 2009 erməni Yox N Yox N tammetrajlı bədii film
Dayanacaq 2009 Arvadın atası Yox N Yox N qısametrajlı bədii film
Ölüm növbəsi 2009 Murtuz Yox N Yox N tammetrajlı bədii film
Əzizim Fellini 2010 Yox N Yox N tammetrajlı bədii televiziya filmi
Kuklalar 2009 Yox N Yox N tammetrajlı bədii film
Yaddaş 2010 Yox N Yox N Yox N tammetrajlı bədii film
Susmuş vicdan 2010 Yox N bədii serial
Qaranlıqlar çiçəyi 2011 Məmmədəli Yox N Yox N bədii serial
Yuva 2012 Yox N Yox N qısametrajlı bədii film
Döngələr 2012 Yox N Yox N çoxseriyalı bədii televiziya filmi
Alo, bu mənəm 2013 Yox N Yox N qısametrajlı bədii film
Tək olanda qorxma… 2013 Tamerlan müəllim Yox N Yox N bədii serial
Oğurlanmış arzular 2013 Yox N Yox N bədii serial
Qırmızı bağ 2016 polis Yox N Yox N tammetrajlı bədii film
Ögey ana 2017 Zakir Yox N Yox N bədii serial
Ağ tük 2018 Əmir Yox N Yox N tammetrajlı bədii film
Əqrəb mövsümü 2022 Qurban Amanov Yox N Yox N bədii serial
Alatava 2024 Cavanşir Yox N Yox N çoxseriyalı bədii film

İstinadlar redaktə

  1. 1 2 3 4 5 "Abbas Əhməd oğlu Qəhrəmanov" (Azərbaycan). https://azdrama.az/. 30 oktyabr 2020-ci il tarixində arxivləşdirilib.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024