Abbasqulu Kazımzadə Haqqinda Melumat - Vikipedia

Abbasqulu Kazımzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abbasqulu Kazımzadə

Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası28 iyul 1947, Ankara)— Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Abbasqulu Kazımzadə
7 dekabr 1918 – 28 aprel 1920
28 may 1918 – 7 dekabr 1918
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
Vəfat tarixi 28 iyul 1947(1947-07-28)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

 
Abbasqulu Kazımzadə 1930-cu illərdə

1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı NağıyevMəhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur.

Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.

 
Abbasqulu Kazımzadə 1917-ci ildə

Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:

"  1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi".[1] " 

28 iyul 1947-ci ildə Ankarada vəfat etmiş, Cebeci məzarlığında 63-cü ada, 12-ci parseldə dəfn olunmuşdur. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur.

Mənbə redaktə

  • Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası.II cild. Bakı, 2005. səh.79

İstinadlar redaktə

  1. "Азербайджан" qəzeti. 1919, N111.

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023