Abdulcəlil Xuluqvi Haqqinda Melumat - Vikipedia

Abdulcəlil Xuluqvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abdulcəlil Xuluqvi

Azərbaycan şairi

Abdulcəlil Xuluqvi (ləzg. Абдулджелил Хулухви; 1880-1937) və ya doğum adı ilə Abdulcəlil Sadiq oğlu RamazanovLəzgi əsilli Azərbaycan şairi. O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır.[1]

Abdulcəlil Xuluqvi
Abdulcəlil Sadiq oğlu Ramazanov
ləzg. Абдулджелил Хулухви
Təxəllüsü Nadim
Doğum tarixi
Doğum yeri Rusiya imperiyası, Bakı quberniyası, Xuluq
Vəfat tarixi
Vətəndaşlığı Rusiya imperiyası
Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Milliyyəti ləzgi
Təhsili orta
Fəaliyyəti şair
Əsərlərinin dili ləzgi, azərbaycan

Həyatı və fəaliyyəti redaktə

Abdulcəlil Sadiq oğlu Ramazanov 1880-ci ildə Rusiya imperiyasının, Bakı quberniyasına daxil, Xuluq kəndində (hazırda Qusar rayonu ərazisində) anadan olub.

O, Xuluq kənd məscidinin nəzdindəki məktəbdə, sonradan o vaxtın Alqadar Həsən Əfəndinin məktəbində və Yaraq mədrəsəsində təhsil almışdır. Burada o, şərq poeziyasını, Azərbaycan və Dağıstan şeirlərinin yaradıcılığını öyrənmişdir. Abdulcəlil Azərbaycan, fars, türk, ərəb dillərinidə bilirdi. Onun həmçinin öz kitabxanası var idi. Kitabxanasından qonşu kəndlərin sakinləri də istifadə edirdi. Abdulcəlil Əhməd CavadMircəfər Bağırovla dostluq etmişdir. 1932-ci və 1934-cü illərdə "xalq düşməni" kimi ittihamalarla iki dəfə həbs edilmiş, kitabxanası isə məhv edilmişdir. Həbs edilməsinin əsas səbəbi ərəb və fars dillərini bilməsi idi. Abdulcəlil 1937-ci ildə üçüncü dəfə də həbs olunur. Onun sonrakı taleyi isə məlum deyil. Abdulcəlil Xuluqvinin yalnız 101 şeiri və son iki dəftəri qalmışdır.[2]

O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır.

İstinadlar redaktə

  1. Haqsızlığın qurbanı: qusarlı şair Xuluqvi Abdulcəlil
  2. "'Абд ал-Джалил ал-Хулухви — известный лезгинский богослов и поэт". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.

Ədəbiyyat redaktə

  • Elbrus Şahmar. «Qusar beşiyim mənim», «Zərdabi LTD» MMC, Bakı, 2012, səh. 31.

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024