Abdulla bəy Divanbəyoğlu Haqqinda Melumat - Vikipedia

Abdulla bəy Divanbəyoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abdulla bəy Divanbəyoğlu

Sübhanverdixanov Abdulla Vəli ağa oğlu (1 yanvar 1883, Əzizbəyli6 yanvar 1936, Bakı) — nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Abdulla bəy Divanbəyoğlu
Abdulla Vəli ağa oğlu Sübhanverdixanov
Doğum adı Abdulla Sübhanverdixanov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı
Üzvlüyü
Vikimənbənin loqosu Abdulla bəy Divanbəyoğlu Vikimənbədə

Həyatı redaktə

Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898–1903). Bir müddət BatumBakı ibtidai məktəblərində müəllimlik etmişdir.

1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920–1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927–1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930–1935).

Yaradıcılığı redaktə

Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül" əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911) və s. hekayələri, "Parlaq ulduz" (1912) felyetonu və s. kimi əsərləri də vardır.

Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923–1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923–1927). Ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir (1930-cu ildən). Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır. Dövrü mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir.

1936-cı il yanvarın 6-da vəfat etmişdir.

Mənbə redaktə


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024