Acıçiçək Haqqinda Melumat - Vikipedia

Acıçiçək Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Acıçiçək (lat. Gentiana) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinə aid bitki cinsi.

Acıçiçək
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimal yarımkürəsinin mülayim zonalarında 400-ədək növü var. Qafqazda 28, o cümlədən Azərbaycanda 14 növü bitir. Tək-tək yerləşən çiçəkləri 4–5 (6–8) üzvlüdür. Meyvəsi biryuvalı, çoxtoxumlu qutucuqdur. Toxumları xırdadır. Acıçiçəyin bəzi növlərinin kök və kökümsovundan xalq təbabətində malyariyaya qarşı, həmçinin iştahaartıran, həzmi yaxşılaşdıran, ödqovucu dərman kimi istifadə edilir. Dekorativ bitkidir. Gövdə və yarpaqlarında C vitamini var. Gülçülükdə istifadə olunur. 3 növü qorunur.

Dioskorid və Pliniyin məlumatlarına görə Germes İlliri kralı Qentiyə bir bitki gətirmişdir. Əfsanəyə görə kral bu bitkinin yarpaq və köklərindən vəba xəstəliyinə qarşı dərman hazırlamağı əmr etmişdir. Sonralar bitki Qentinin şərəfinə adlandırılmış və daha sonralar bu ad bütün cinsə aid edilmişdir.

Bitki dekorativ cəhətdən çox qiymətlidir. Alp florasının rəmzlərindən hesab olunur. Xalq təbabətində acıçiçəyin kökündən qızdırmaya (malyariyaya) qarşı, həmçinin acılıq kimi, iştahanın artırılmasında və qidanın həzm olunmasında istifadə olunur. Acıçiçəyin gövdə və yarpaqlarında C vitamini vardır.

Əsasən çoxillik, bəzi hallarda isə birilik ot və yarımkol bitkidir. Çiçəkləri beşləçəkli, nadir hallarda dördləçəkli mavi, göy, bəzən isə sarı rəngli qovuşuqləçəkli çiçək tacından ibarətdir.

Bitkinin hündürlüyü 20—150 sm olur.

Meyvəsi kiçik toxumlardan ibarət biryuvalı qozadan ibarətdir.

Yer kürəsində, əsasən şimal yarımkürəsinin mülayim iqlimli zonalarında 400-ə yaxın növü yayılmışdır. Bir çox acıcicək alp və subalp çəmənlikləri üçün xarakterikdir. Azərbaycan florasında 14 növü bitir.

Növləri redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023