Adı sənin, dadı mənim (film, 1980) Haqqinda Melumat - Vikipedia

Adı sənin, dadı mənim (film, 1980) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adı sənin, dadı mənim (film, 1980)

Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa QasımovOfeliya Aslan ifa edirlər.

Adı sənin, dadı mənim
Janr komediya
Rejissor Ələkbər Kazımovski
Əsərin müəllifi Seyfəddin Dağlı
Baş rollarda Səyavuş Aslan
Nəsibə Zeynalova
Əzizağa Qasımov
Ofeliya Aslan
Operator Vaqif Həsənov
Rəssam Rəfael Əlizadə
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 1980
Filmin növü tammetrajlı televiziya tamaşası
Müddət 94 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1980
Rəng rəngli
IMDb ID1330178

Məzmunu redaktə

Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...

Film haqqında redaktə

Televiziya tamaşası Seyfəddin Dağlının eyniadlı pyesi əsasında çəkilib.[1]

Filmin üzərində işləyənlər redaktə

Əsərin müəllifi: Seyfəddin Dağlı
Rejissor: Ələkbər Kazımovski
Operator: Vaqif Həsənov
Rəssam: Rəfael Əlizadə

Rollarda redaktə

Səyavuş Aslan — Qəlyanalı[2]
Nəsibə Zeynalova — Qəmzə
Əzizağa Qasımov — Həmzə
Ofeliya Aslan — Səbirə
Elxan Ağahüseynoğlu — nəzarətçi
Kübra Dadaşova — Totux
Atabala Səfərov — Quzubala
Mustafa Süleymanov — Yumşaqov
Səadət Zülfüqarova — Xatun

İstinadlar redaktə

  1. "Unudulmaz satira ustası Seyfəddin Dağlı". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  2. Yaddaqalan obrazlar qalereyası yaradan aktyor

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
1980-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı


Saytda 203 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024