Adi çivdimdik Haqqinda Melumat - Vikipedia

Adi çivdimdik Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü.

Adi çivdimdik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi çivdimdik
Beynəlxalq elmi adı

Statusu redaktə

Nadirdir.

Kateqoriyası redaktə

Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər.

Qısa təsviri redaktə

Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.

Yayılması redaktə

Avropa, AsiyaAfrikada yayılıb. Azərbaycanda Xəzər dənizi sahillərində və Kür-Araz ovalığında təsadüf olunur.

Yaşayış yeri və həyat tərzi redaktə

Su hövzələrinin və çayların bitkilərlə sıx örtülmüş bataqlıq sahilləri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda miqrantdır. Yaz köçü aprel–may aylarında, payız köçü isə oktyabr–noyabr aylarında müşahidə olunur. Həşəratlar, onların sürfələri, molyusklar, bitki toxumları yeyir.

Məhdudlaşdırıcı amillər redaktə

Yaşayış yerlərində iribuynuzlu mal-qaranın kütləvi otarılması, su-bataqlıq biotoplarının qurudulması çivdimdiyi sıxışdırır.

Əhali üçün əhəmiyyəti redaktə

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər redaktə

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və Dövlət Təbiət Yasaqlıqlarında nəzarət altında saxlanılır. Naxçıvan MR-in Qırmızı kitabına (2006), Bonn, Bern, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər redaktə

Kür deltasına və ona həmsərhəd bataqlıq sahələrinə yasaqlıq statusunun verilməsi məsləhətdir. Növü əhaliyə tanıtmaq vacibdir.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024