Adi ağ balıq Haqqinda Melumat - Vikipedia

Adi ağ balıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü.

Adi ağ balıq
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi ağ balıq
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri redaktə

Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır.

Yayılması redaktə

Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır. Adi bölgə Aralıq, Xəzər, Qara və Azov dənizləri hövzələrində yayılıb. Xəzərdə növ 2 popoulyasiya ilə təmsil olunmuşdur - Volqa və Kür.

Yaşayış yeri və həyat tərzi redaktə

Kür bölgəsi keçici balıqdır. Yırtıcı balıqdır. Xul, kilkə, siyənək, aterinalarsıf ilə, həmçinin xırda balıqlar, balıq körpələri və dib onurğasızları ilə qidalanır. Uzunluğu 5 m-ə, kütləsi 1500 kq-a qədər çatır. 60-100 il yaşayır. Təkcə Xəzər hövzəsində deyil, həm də bütün şirin su onurğalıları arasında ən böyük balıqdır. Kütləsi 1 tona, uzunluğu 4,2 m-ə qədər olur. 1,5 hətta 2 tona qədər, 9 m uzunluğunda fərdlərin tutulması halları məlumdur. Bölgənin orta kütləsi 70-80 kq-dır. Xəzər dənizi balıqlarındandır.

 
Ağ balıq

Çoxalması redaktə

Gecyetişən növdür: dişilər 16-27, başlıca olaraq 20-25 yaşında, erkəklər isə 13-21 yaşnda cinsi yetkinliyə çatır. Hazırda cinsi yetkinlik bir qədər tez-erkəklər üçün 10, dişilərdə isə 14 yaşında baş verir. Dişilər erkəklərə nisbətən bir qədər sürətlə böyüyürlər. Kürdən tutulmuş 18 yaşlı fərdlərin uzunluğu 184 sm-ə çatmışdır. Mart-apreldə və oktyabr-noyabrda iki zirvə ilə bütün il boyu Kürə keçirlər. Payızda kürünün yetişmə dərəcəsi az olduğundan balıqlar çayda qışlayırlar, mart-apreldə yetkinlik ən yüksək həddə çatır (Derjavin, 1956). Kürütökmə martın sonunda - suyun temperaturu 10-120 C olarkən başlanır. Kürülər yapışqanlı olub, 5–11 m dərinliyə tökülür.

Təsərrüfat əhəmiyyəti redaktə

Bölgə - yağlı balıqlar kateqoriyasına aid edilən vətəgə balığıdır: onun bədənində 11,3-14,9%, kürüsündə isə 14% yağ vardır. Ayrı-ayrı illərdə Azərbaycanda bölgə tutulması 23-24 min sentner, yaxud bütün nərəkimilərin yarıdan çoxunu təşkil etmişdir. Dənizdə intensiv tutulma nəticəsində bölgə ehtiyatları və uyğun olaraq tutulması güclü şəkildə azalmışdır. Hazırda balıqartırma zavodlarında süni çoxaltmanın sayəsində dənizdə ehtiyatı xeyli artmışdır.[2]

Bilirsinizmi redaktə

  • 1915-1998-ci illərdə dünya üzrə nərəkimilərin ovunun 95%-ə qədərini Xəzər dənizi verirdi.

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 50.

Həmçinin bax redaktə


Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023