Adi canavargiləsi Haqqinda Melumat - Vikipedia

Adi canavargiləsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adi canavargiləsi

Adi canavargiləsi (lat. Daphne mezereum) — canavargiləsi cinsinə aid bitki növü.

Adi canavargiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

 

Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir.

Botaniki təsviri redaktə

Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli,qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm -dir , yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır. Erkən yazda çiçəkləyir (aprel-mayın əvvəlində). Meyvəsi parlaq qırmızı, oval, sulu, şarşəkilli, parlaq toxumları olan çəyirdəkdir. Çəyirdəyi tünd qonur, parlaq, oval, enli, uzunluğu 5–6 mm-dir. İyulun axırlarıavqustun əvvəlləri meyvə verir.

Ekologiyası redaktə

Tünd iynəyarpaqlı və qarışıq meşələrdə, bəzən enliyarpaqlı meşələrdə bitir. Cənub rayonlarda dağların subalp zolağında rast gəlinir. Yüngül işıqlanmaşəraitində yaxşı böyüyür və budaqlanır. Mülayim iqlimli zonalardayayılmışdır.

Azərbaycanda yayılması redaktə

Böyük Qafqazın (Quba) şərqində və qərbində, Kiçik Qafqazın şimalında və mərkəzində geniş rast gəlinir.

İstifadəsi redaktə

Bitkinin bütün hissələrində, xüsusilə meyvələrində zəhərli şirə vardır.

İstinadlar redaktə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.

Sinonimləri redaktə

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 356.

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023