Adsız məzar (film, 2006) Haqqinda Melumat - Vikipedia

Adsız məzar (film, 2006) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Adsız məzar (film, 2006)

Adsız məzar qısametrajlı sənədli filmi[1] rejissor Kəmalə Musazadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film "Muğam Film"də istehsal edilmişdir. Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub.

Adsız məzar
Adsız məzar
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Kəmalə Musazadə
Prodüser Abdulkadir İnaltəkin
Operator Kəmalə Musazadə
İstehsalçı "Muğam Film"
İlk baxış tarixi 2006
Filmin növü qısametrajlı sənədli film
Müddət 17 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2006
Rəng rəngli

Məzmun redaktə

Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub.

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.[2]

Film Cabbar Qaryağdıoğlunun qızı Şəhla Qaryağdı-Kürçaylının öz atasının məzarını ziyarəti ilə başlayır. Baxımsız qalan məzarı ot-alaq basmışdır...

Filmin üzərində işləyənlər redaktə

Rejissor: Kəmalə Musazadə
Operator: Kəmalə Musazadə
Prodüser: Abdulkadir İnaltəkin

İstinadlar redaktə

  1. "ABİDƏ UCALDARAQ". 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.
  2. "Cabbar Qaryağdıoğlu". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.

Həmçinin bax redaktə

Azərbaycan filmlərinin siyahısı
2006-cı ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı


Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024