Afiq Süleymanov Haqqinda Melumat - Vikipedia

Afiq Süleymanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Afiq Süleymanov (10 iyul 1954) — Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi (1999). 2 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.[mənbə göstərin]

Afiq Süleymanov
Afiq Süleymanov
Əvvəlkivəzifəsi təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi (69 yaş)
Atası Məmməd Süleymanov

Təltifləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

Həyatı redaktə

Afiq Süleymanov 10 iyul 1954-cü ildə anadan olub. 1976-cı ildə ADBTİA-nı bitirdikdən sonra Azərbaycan Dövlət İdman Komitəsində təlimatçı, dövlət məşqçisi, idarə rəisi vəzifəsində çalışıb. Sonralar ÜİLKGİ MK-nin komsorqu, KP RK-nin şöbə müdiri, qadınlardan ibarət ot üstü hokkey üzrə "Rabitəçi" idman komandasının rəisi, 1991-1996-cı illədrə Əlillərin "Mərhəmət" Bədən Tərbiyəsi və İdman Assosiyasiyasının 1-ci vitse prezidenti vəzifəsində işləyib. 1996 -cı il təsis konqresində qrumun baş katibi seçilib. 1996 -cı il Atlanta, 2000 - ci il Sidney, 2004 - cü il Afina,2008-də Pekin, 2012 ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinin olub.[mənbə göstərin]

8 fevral 2013-cü il Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Baş katibi vəzifəsinə təkrarən seçilmişdir.

İstinadlar redaktə


Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024