Afrika mədəniyyəti Haqqinda Melumat - Vikipedia

Afrika mədəniyyəti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Afrika mədəniyyəti

Afrika mədəniyyəti — XIX əsrin sonunadək Afrika xalqlarının incəsənəti lazımınca öyrənilməmişdir. Benin İngiltərə tərəfindən 1897-ci ildə zəbt edildik dən sonra xeyli miqdarda tuncfil sümüyündən ibarət kolleksiya əldə edilmişdi. XX əsrin əvvəllərində Fro Benius Afrika incəsənətini elmi cəhətdən öyrənməyə başladı. Dövrümüzədək çatmış petro-qliflərqayaüstü rəngkarlıq Cənubi Afrikada Əjdaha drında Ukhalambada Lesotoda, Namibiyada Brandberq və Tvifelfonteyn, Botsvanada Teodilo, Zimbabvedə Matopos, Malavidə Dedza-Çonqoni, Zambiyada Kasama; Tanzaniyada Kondoa-İranqi, Mozambikdə Manika əyaləti; Əlcəzairdə Böyük Səhra Atlası, Tell-Atlas, Tassilin-Adcer, Malidə Adrar-İforas ən qədim incəsənət nümunələridir.

Afrika mədəniyyətin təmsil edən və Afrika rəqslərində geniş istifadə olunmuş Qabon maskası.

Cənubi Afrikanın ən qədim qayaüstü təsvirləri 27,5 min il əvvələ, sonuncuları isə 20 əsrin əvvəllərinə aiddir. Təsvirlər, əsasən, Cənubi Afrikanın cənub-şərqində, cənubunda və cənub-qərbində, petro-təsvirlər yaranmış, kompozisiya mürəkkəbləşmiş, nəqlilik inkişaf etmişdir. İnsan və heyvan fiqurları düzxətliəyrixətli üslubda işlənmişdir. Bəzi fiqurlar şərti işarə səciyyəsi daşıyır. Təsvirlər Liviya və ərəb yazıları ilə müşayiət olunmuşdur. Ən qədim heyvan təsvir ləri birrənglidir, sonradan iki və çoxrəngli, sxematikləşən Səyyar ovçuluq və yığıcılıqla məşğul olan xalqlarda, Şərqi və Cənubi Afrikanın maldarlıqəkinçiliklə məşğul olan xalqları ara sında kiçik əşyalar (dəvəquşu yumurtaları və s.), fiqurlu keramika, dəri maskalar və qalxanlar üzərində naxışvurma sənəti geniş yayılmışdır. Tropik Afrikada kalebasların düzəldilməsi, hörmə və toxuma sənətləri inkişaf etmişdir.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 137. ISBN 978-9952-441-02-4.

Həmçinin bax redaktə

Ən Son Axtarılanlar

Fayl:London_(IA_london00besarich).pdf Fayl:The_conspiracy_azial_for_the_murder_of_the_President,_and_the_attempt_to_overthrow_the_governme Fayl:Retrospects_(microform)_-_a_history_of_the_formation_and_progress_of_the_Womaz's_Missionary_Aid JurnalprotectAnar_kerimxanov Fayl:Pepper091.jpg Fayl:The_Digest_(IA_CAT11090696212).pdf Fayl:Notes_on_hydrology_and_the_application_of_its_laws_to_the_problems_of_hydraulic_rugineering_(IA Fayl:Shared_idtrtity_and_reconciliation-_can_a_future_security_framework_in_Northeast_Asia_draw_from KitabMənbələri978-1-84603-960-7 Fayl:Life_of_Dewitt_Clinton._(IA_lifeofdewittclin00renwrich).pdf Fayl:Motor_Vehicles_(Approval)_(Amtrdmtrt)_Regulations_(Northern_Ireland)_2003_(NISR_2003-124).pdf Fayl:An_analysis_of_item_idtrtification_for_additive_manufacturing_(3-D_printing)_within_the_Naval_s Fayl:Legal_and_political_status_of_women_in_Iowa_(electronic_resource)_-_an_historical_account_of_th Fayl:Ignudo_04.jpg Fayl:London_(IA_londonbesant00besaiala).pdf Fayl:Medical_adviser_and_marriage_guide_-_represazting_all_the_diseases_of_the_gazital_organs_of_the Fayl:Catalogue_of_a_loan_exhibition_of_rare_views_of_old_New_York_(IA_catalogueofloane01jord).pdf Fayl:National_Endowmazt_for_the_Arts,_The_Big_Read_-_Teacher's_Guide_to_The_Death_of_Ivan_Ilyich.pdf Fayl:How_to_live_-_enles_for_healthful_living_based_on_modern_science_-_authorized_by_and_prepared_i GlobalUsagePavo_muticus_(Tierpark_Berlin)_-_1017-899-(118).jpg
Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024