Afrikaansca Vikipediya Haqqinda Melumat - Vikipedia

Afrikaansca Vikipediya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Afrikaansca Vikipediya

Vikipediyanın afrikaans dilində olan bölməsi

Afrikaansca Vikipediya (afrik. Afrikaanse Wikipedia) — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu.[1] 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi AfrikaNamibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali AmerikaOkeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir.

Afrikaansca Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL af.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil Afrikaans
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi 16 noyabr 2001
Məqalələrin sayı 115.593 (69-cu yer)
Faylların sayı 9.727
Səhifələrin sayı 392.329
Redaktələrin sayı 2.659.514
İstifadəçilərin sayı 174.525
Aktiv istifadəçilərin sayı 162
İnzibatçıların sayı 13
Dərinlik 38,9
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziyarətlər və redaktələr redaktə

Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: Cənubi Afrika Respublikası  CAR (64.0%) ABŞ  ABŞ (5.5%) Almaniya  Almaniya (4.1%)  Digər (26.4%)

Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur.[2]

Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur.[3] Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaanscaniderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.

İstinadlar redaktə

  1. "Wikipedia:2001", English-language Wikipedia (16 December 2006)
  2. Wikimedia Traffic Analysis Report – Wikipedia Page Views Per Country – Breakdown Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine. Stats.wikimedia.org. Retrieved on 23 November 2013.
  3. Africa Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine. Stats.wikimedia.org. Retrieved on 23 November 2013.

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024