Akif Məlikov Haqqinda Melumat - Vikipedia

Akif Məlikov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi.

Akif Məlikov
1989 – 3 aprel 2023
SonrakıYusif Eyvazov
1998 – 2006
Şəxsi məlumatlar
Doğum tarixi 1950
Doğum yeri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017 "Humay" mükafatı

Həyatı redaktə

Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış,

1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur.

1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir.

Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır.

1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır.

1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir.[1]

Mükafatları redaktə

Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına[2], 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[3]

İstinadlar redaktə

  1. "Arif Məlikov işdən çıxarıldı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-03.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  3. "A.T.Məlikovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024