Akif Məmmədov (həkim) Haqqinda Melumat - Vikipedia

Akif Məmmədov (həkim) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Akif Məmmədov (həkim)

Azərbaycanlı alim, həkim

Akif Alış oğlu Məmmədov (17 aprel 1928, Şuşa, Dağlıq Qarabağ1 oktyabr 1985, Bakı) — azərbaycanlı həkim, tibb elmləri doktoru (1968), professor (1970).

Akif Alış oğlu Məmmədov
Doğum tarixi 17 aprel 1928(1928-04-17)
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1985(1985-10-01) (57 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Uşağı Dr. Nazim Məmmədov
Atası Alış Məmmədov
Elm sahələri tibb, biokimya
İş yerləri Azərbaycan Virusologiya, Mikrobiologiya və Gigiyena İnistitutu
Azərbaycan Dövlət Tibb İnistitutu
Azərbaycan Parazitologiya və Epidemologiya İnstitutu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu
Təhsili
Mükafatları "Əmək veteranı" medalı
"Səhiyyə əlaçısı" döş nişanı

Həyatı redaktə

1928-ci ildə Şuşa şəhərində anadan olmuş və Azərbaycan Dövlət Tibb İnistitutunun müalicə-profilaktika fakültəsini 1952-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə elə məzun olduğu il Xəzər Dəniz Hərbi Donanmasında həkim kimi başlamışdır. 1954–1964-cü illərdə Azərbaycan Virusologiya, Mikrobiologiya və Gigiyena İnistitutunda elmi işçi kimi çalışmış, 1964-cü ildən 1969-cu ilə kimi virusların biokimyası laboratoriyasının müdiri olmuşdur. Tibb elmləri namizədliyi üzrə dissertasiya işini 1963-cü ildə Professor Luryenin rəhbərliyində bioloji kimya üzrə tamamlamışdır. 1967-ci ildə tibb elmləri üzrə doktorluq dərəcəsini virusologiya üzrə etmişdir. Elmi rəhbəri Moskvada yerləşən Bax adına Bioloji Kimya İnistitutundan professor Gostev olmuşdur. 1969-cu ildən 1973-cü ilə qədər Azərbaycan Dövlət Tibb İnistitutunun bioloji kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1973–1975-ci illərdə Azərbaycan Parazitologiya və Epidemologiya İnstitutunun şöbə müdiri, 1975–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda bioloji kimya kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə Akif Məmmədova Moskvada yerləşən Ali Attestasiya Komitəsi tərəfindən bioloji kimya üzrə professor adı verilmişdir. Onun rəhbərliyi altında 16 elmlər namizədi hazırlanmışdır. 90-dan çox elmi əsərin müəllifi və 1985-ci ildə çap edilmiş "Biloji Kimya" dərsliyinin tərtibçisi olmuşdur.[1]

Mükafatları redaktə

  • "Əmək Veteranı" medalı
  • "Sovet Səhiyyəsinin Əlaçısı" medalı

İstinadlar redaktə

  1. Şuşa qəzeti, Şuşalı alimlər, 31 dekabr 2014-cü il

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024