Akkordeon Haqqinda Melumat - Vikipedia

Akkordeon Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Akkordeon

klavişli musiqi aləti

Akkordeon (fr. accordéon) — klavişli musiqi aləti. Bu adı alətə 1829-cu ildə vyanalı orqan ustası K.Damian qarmonu təkmilləşdirdikdən sonra verib.

Akkordeon
Hornbostel–Zaks təsnifatı 412.132, 412.132-62-8[1]
Mənşə ölkəsi
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIX əsrin sonlarında akkordeonlar çox sayda Saksoniyanın Klingentel şəhərində hazırlanırdı. Ən tanınmış markalar "Weltmeister" ( Diana, Stella, Amigo markaları), "Horch", "Hohner", "Берёзка", "Меркурий" və s.

Oxşarlığa baxmayaraq piano ifaçısı akkordeonda çalmağı ayrıca öyrənməlidir.

Bəstəkar Yan Tyersen xüsusi olaraq akkordeon üçün musiqi bəstələyib.

Tarixi redaktə

 
8-klavişli bisonorik diatonik akkordeon (1830-cu illər)

Akkordeonun primitiv formasının 1822-ci ildə Berlində Kristian Fridrix Lüdviq Buşman tərəfindən icad edildiyi güman edilir. Lakin bu yaxınlarda məlum oldu ki, akkordeon adlandırıla bilən alət 1816-cı ildə və ya ondan əvvəl Nürnberqli Fridrix Lohner tərəfindən istifadə edilmişdir.

Akkordeonun adının ilk patentini 1839-cu ildə Vyanalı orqanfortepiano ustası Cyrillus Demian indiki akkordeona çox da bənzəməyən tək klavişli kiçik alət üçün almışdır. Qısa müddətdə bir çox şirkət bu yeni alətin istehsalına başladı. Alterasiyalı səslər çıxara bilməyən “diatonik qarmon” adlanan bu alət kəndlərə qədər yayılır. 1880-ci ildə iki klavişli xromatik akkordeon istehsal edildi. Alterasiyalı səslər də çıxara bilən bu yeni akkordeon qısa müddətdə böyük populyarlıq qazanır. 1940-cı ildə daha da inkişaf etdirilir və konsert akkordeonuna çevrilir. George Auric və Jean Françaix kimi bəstəkarlar bu alət üçün çoxlu əsərlər bəstələmişlər.


.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. http://www.mimo-db.eu/HornbostelAndSachs/6769.
  2. 1 2 Mondes d’Occitanica, Portail occitan du PCI.

Xarici keçidlər redaktə


Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024