Akkresiya Haqqinda Melumat - Vikipedia

Akkresiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Akkresiya – maddənin əhatə fəzasından kosmik cismin səthinə düşməsi. Akkresiyaya əks proses maddənin axıb getməsidir. Sıx yerlə şən iki ulduzdan biri o birinə (ağ cırtdana, neytron uld uzuna) və ya qara deşiyə intensiv sürətdə maddə verəndə Akkresiyanın rolu artır. Yeni ulduzların alışmasının ən çox ehtimal olunan səbəbi ağ cırtdanlara Akkresiyalar hesab edilir. Axıb tökülən maddədə adətən hidrogen üstünlük təşkil edir. Ağ cırtdanların özündə isə hidrogen olmur, çünki ağ cırtdan yarananda termonüvə reaksiyaları nəticəsində o, heliuma çevrilir. Ulduzun səthinə düşən hidrogen toplanır və hidrogenin termonüvə reaksiyasının başlanması üçün kifayət edən tempraturadək qızır. Əgər reaksiya istiliyinin ayrılma sürəti istiliyin ötürülmə sürətindən böyük olarsa, yeni ulduzun alışması kimi müşahidə edilən istilik partlayışı baş verir.

Neytron ulduzuna və ya qara deşiyə Akkresiya kosmik rentgen şüalanmasının impuls mənbələrinin – rentgen barsterlərinin təbiətini izah edən mexanizm kimi təklif olunmuşdur. Cavan neytron ulduzları – pulsarlar yüksək enerjili zərrəciklərin güclü mənbəyi olduğuna görə, onlara Akkresiya çətinləşir. Zaman keçdikcə pul sarlardan maddə axını zəifləyir və yaşı 106–107 ildən çox olan neytron ulduzları üçün Akkresiya kifayət edəcək qədər artaraq rentgen şüalanmasının kosmik mənbələrinin müşahidə olunan işıqlanmasını təmin edə bilir. Bunun üçün nisbətən kiçik kütlə axını kifayətdir, lakin hətta belə axın yalnız sıx ikili sistemlərdə mümkündür. Sıx ikili sistemlərdə yığcam ulduza düşən maddə fırlanma momentinə malik olduğundan sürtünmə nəticəsində mərkəzə doğru çökən dairəvi disk yaradır. Sürtünmə maddəni 106 K-dək qızdırır və o, istilik rentgen şüalanmasının mənbəyi olur. Qara deşiklərə Akkresiya zamanı da belə dairəvi disklər yaranır və məhz disk maddəsinin şüalanmasına görə qara deşik aşkarlanır.

Akkresiya prizması redaktə

Akkresiya prizması - akkre-s i у a p a z l — litosfer tavasinin birinin digərinin altına görüldüyü (subduksiya) zonada formalaşan geoloji struktur; dərin sualtı növ (çökəklik) boyu görülən tavanın dabanında əmələ gəlir. A.p. 93-pina kəsilişdə (profilda) subduksiya zonasına doğru əyilmiş va okeana doğru cavanlaşan pulcuqlu üstəgəlmələr sistemindяn ibarət paz formasəndadır. Tərkibində olistolitlar, tektonik bloklar və nadir halda ofiolitlər olan turbiditlərdən (novu dolduran flijdan), qismən də pelagik çöküntülərdən (gil, əhəngdaşı və s.) təşkil olunmuşdur. Okean tavasının kontinentin və ya adalar qövsünün altına subduksiyasi zamanı növün və tavanın çöküntüləri deformasiyaya uğrayaraq, yerindən qoparılır və növün daxili yamacının ətəyində toplanaraq A.p.-ni əmələ gətirir. O, novlar boyu yüzlərlə və minlərlə km izlənilir və sualtı relyefdə səthi tektonik manjali silsilə və çökəkliklərlə mürəkkəbləşmiş qalxmalar şəklində əks olunur. Eni 300 кт-ə çata bilir (Barbados a. r-nu). Subduksiya prosesi intensiv baş verdikdə A.p. kompleksi xarici qövsin tərkibinə daxil ola bilir.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 236–237. ISBN 978-9952-441-02-4.

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023