Aksidensiya Haqqinda Melumat - Vikipedia

Aksidensiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aksidensiya [ lat. accidentia; — təsadüfi yaranan] – yunan dilinə (yun. συμβεβηκός) Aristotel tərəfindən gətirilmiş və əşyanın mühüm, daimi, substansional olandan (substansiya) fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsini nəzərdə tutan fəlsəfi termindir. Aksidensiya termini fəlsəfə tarixi boyunca fəqli mənalarda işlədilmişdir. Azərbaycan dilində aksidenisya termini əvəzinə daha çox tarixən "ərəz" termini işlənilirdi. Görkəmli Azərbaycan filosofu Bəhmənyar aksidensiyanı "əl-arad" adlandırmışdır (bunun əksi olan substansiyanı isə "əl-cəuhər").[1] Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur. Aksidensiya termini xristian fəlsəfəsində çox böyük əhəmiyyət daşıyır.

İstinadlar redaktə

  1. Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, 2012, s.60

Mənbə redaktə

Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024