Alı Alıyev Haqqinda Melumat - Vikipedia

Alı Alıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alı AlıyevFüzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014) və "Tərəqqi" medalı laureatı (2009).

Alı Alıyev
Alı Nüşrəvan oğlu Alıyev
bayraq
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
25 fevral 2011-ci ildən
ƏvvəlkiNəbi Muxtarov
Şəxsi məlumatlar
Doğum tarixi 4 yanvar 1955(1955-01-04) (69 yaş)
Doğum yeri

Təltifləri "Şöhrət" ordeni — 2014 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır.

1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır.

25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.[1]

Təltif və mükafatları redaktə

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]

Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ailəsi redaktə

Ailəlidir. İki övladı var.

İstinadlar redaktə

  1. "A.N.Alıyevin Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
  2. Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinin [ölü keçid]"Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2009-cu il tarixli 311 saylı Sərəncamı

Saytda 224 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024